Sözləri: Əhməd Cavad
Musiqisi: Üzeyir Hacıbəyov
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
Sponsor Linklər
“Həmidiyyə” o Türk qanı!
Heç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Çırpınırdı Qara dəniz — Azərbaycanda və Türkiyədə çox populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnı.
Mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı “Çırpınırdı Qara dəniz” şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.
“Çırpınırdı Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan “Dalğa”da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır. Bunlar Azərin və Şəmistan Əlizamanlıdır. Xüsusən, bu mahnı Türkiyədə Azərinin ifasında çox sevilir.
| Mənbə: wikipedia.az
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!