Kriptovalyutaya yatırım etmədən öncə bilməli olduğun faktlar! Kripto dünyasının qaranlıq tərəfləri

Kriptovalyutaya yatırım etmədən öncə bilməli olduğun faktlar! Kripto dünyasının qaranlıq tərəfləri
0
(0)

Kripto dünyası bir çoxlarına görə böyük gələcək və bir çox fürsət vəəd edir, Kriptovalyuta gələcəyin pulu hesab olunur. Təəssüf ki, hər yerdə olduğu kimi burda da yalanlar, fırıldaqçılıq fəaliyyətləri az deyil.
Adətən bizə kripto ilə varlanan az bir qisiminsanı göstərib ümid verir, bəzi həqiqətləri isə öz mənfəətlərin naminə bizdən gizlədirlər. Ancaq aysberqin bir də görünməyən tərəfi var. Qazanma ehtimalından danışıb, itirmə ehtimlından danışmırlar. Youtube, Instagram və digər sosial platformalarda yüksək izləyicisi olan insanlara sponsorluq təklif edib daha çox insanın birjaya daxil olmasına çalışırlar. Vəya kripto kurslarında sanki bu iş çox asanmış kimi bir təəsürat yaradırlar. Elə asan olsaydı, kripto kursu satmaqdan özləri vaxtlarını daha çox buna sərf edərdilər.

Unutmayın ki, kripto birjasının əsas məqsədi qazandırmaq deyil, qazanmaqdır. Bütün birjalar belədir. Bilgisiz və təcrübəsiz olub tez varlanmaq istəyənlər isə bu oyunun əsas qurbanına çevrilir. Ancaq oyunun qaydalarını öyrənənlər, itiriənlərdən deyil, qazananlardan olur.
Bunun üçün öncə birjanı tanıyıb ona görə seçimlər etməlisən.

Kriptovalyuta haqqında bilməli olduğun faktlar:

Başlıqlar:

1) Demo hesabla başla.

Bir çox insan tez varlanmaq ümidi ilə bu işi öyrənmədən birjaya daxil olur ki, bu da arzuolunmaz itkilərə səbəb olur.
Öncə demo hesabla trade edib özünüz sınayın. Hansı ki, burda real olmayan vəsait sizə verilir və siz heç bir ödəniş etmədən onunlatrade edirsiz. Öyrəndikdən sonra real birjaya keçərək kiçik yatırımlarla başlamağınız tövsiyə olunur. Əgər demo hesabda itkilər qazancınızdan qat-qat çoxdursa, demək bu işi hələ öyrənməyə davam etməlisiz. Bu durumda real hesab hələ keçməyin.


2) Kripto birjası fake məlumatlarla doludur. HƏR KƏSƏ İNANMA!

Birjada qiymətlərlə oynamaq üçün bir fake news belə bəs edir. Burda manipulyasiya etmək olduqca asandır. Məsələn, Elon Musk-ın bir tviti belə bazarın gedişatını tərsinə dəyişə bilir.


3) Birjada yenisənsə Spotdan başla.

Spotun risk səviyyəsi olduqca aşağıdır.Futures işləmlər daha yüksək qazanc vəəd etsə də, spotla müqayisədə çox risklidir və yenisinizsə burdan uzaq olmasınız, Futures işləmlərdə illərin təcrübəsinə sahib insanlar belə külli miqdarda pul itirmişdir. Bu birjada risk səviyyəsi artdqca qazanc ehtimalı kimi, itirmə ehtimalı da artır. Futures işləmlərdə bir neçə dəqiqə ərzində bütün balans sıfırlana bilər. Spotda isə belə bir risk yoxdur.


4) FOMO-ya qapılma. Ucuz olduqda al, baha olduqda sat.

 kripto para borsası, kripto paralar,kripto valyuta almaq,kriptovalyuta nece almaq olar, bitcoin nədir
Kriptovalyutaya yatırım etmədən öncə bilməli olduğun faktlar!

Birjada edilən ən böyük yanlışlardan biri, yüksəlməkdə olan koinə spot-da və ya futures-də böyük məbləğlə işləm açılmasıdır. Kriptoya yeni başlayanlar böyük yüksəliş edənkoini gördükdə dərhal böyük fürsəti qaçırdıqlarını düşünüb alım edirlər. Ancaq hər yüksəlişin bir sonu vardır. Və bu koin birdən qəfl düşüş etdikdə ziyanla üzləşirlər. Bu iş böyük səbr və təcrübə istəyir.


5) Nəfsə qapılıb çox işləmə girmə.

Çox işləm açmaq, hər zaman çox qazandırmır. Əksinə itkinin artmsına səbəb ola bilir. Gün ərzində 2-3 işləm açmağınız kifayətdir. Sadəcə səbrli olub ən doğru vaxtı gözləyin. Səhərdən axşama kimi birjada trade etsəz, qazandığınızla bərabər bütün pullar gedə bilər. Unutma, birjanın qurbanları acgöz və səbrsiz olanlardır.


6) Birja manipulyasiyaya meyilidir.

Məntiqə sığmayan eniş və yüksəlişlər birjada yaşana bilir. Bunu öncədən proqnozlaşdırmaq həmişə mümkün olmur. Bəzən “Balina” adlandırılan böyük investorlar böyük miqdarda alqı-satqı edərək, tələb-təkliflə oynaya bilir ki, bu da qiymətlərə təsir edir.


7) Tekniki analiz həmişə doğru çıxmır.

Texniki analiz bəzi durumlarda doğru çıxır, həmişə yox. Həmişə doğru olsaydı Copy Trade və Kripto botlar bu qədər geniş yayılmazdı. Unutma, bəzən bir xəbər bütün gedişatı dəyişə bilir. Bu səbəbdən, hər şəxsə və hər trade botuna güvənmə.


8) Yeni çıxan koinlər ən riksli olanlarıdır.

Doğrudur birjaya yeni girən koinlər 5x, 10x və hətta daha artıq yüksəlişlər edə bilir. Bu zaman birjada təcrübəli olanlar yüksək qazanc əldə edirlər. Ancaq bu koinlər yüksəldiyi kimi, heç kəsin gözləmədiyi anda qəfl düşə də bilir. Tövsiyə edirik ki, yeni çıxan bu cür koinlərlə ancaq spotdan trade edəsiz və bunlarla futures işləmlər qətiyyən açmayın. Futures işləmlər bütün vəsaitin itirilməsinə səbəb ola bilir, ancaq spotda belə deyil.


9) Ehtiyacın olan vəsaitlə və ya borc pulla yatırma etmə!

Qazanma ehtimalın olduğu kimi
itirmə ehtimalın da var. Yalnız əlinizdə ehtiyacdan kənar əlavə vəsait varsa onunla bura yatırım edin.

UNUTMA! Kriptovalyuta yoxsulu milyoner edə bildiyi kimi, milyoneri səfil də edə bilir.
Oyunun qaydalarını öyrən!

Bənzər mövzular:

Axtarış sözləri: kripto para borsası, kripto paralar,kripto valyuta almaq, kripto valyutalar, kripto valyuta nədir,kriptovalyuta nece almaq olar, bitcoin nədir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir