Zəfər Günü haqqında esse

44 günlük zəfər tariximiz,zefer gunune aid esse,zefer gunu esse,zəfər günü haqqında inşa,zəfər günü haqqında esse,zəfər gününə aid esse,zəfər tarixi haqqında esse,zefer gunu haqqinda esse
3.9
(8)

Bu məqalə Zəfər Günü  haqqnda esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Vətənimin qədim tarixi şanlı zəfərlərlə və qələbələrlə zəngindir. Qəhrəmanlıq örnəyi olan belə zəfərlərə bir yenisi daha əlavə olundu : 8 Noyabr Zəfəri!  Bu şanlı zəfərlə  rəşadətli ordumuz düşməni 44 gündə məğlub etdi və doğma Qarabağımız öz gerçək sahbinə qovuşdu. 8 Noyabr Qələbəsi hər birimiz üçün sevinc və qürur mənbəyidir.

ƏSAS HİSSƏ

2020-ci il noyabrın 8-də  30 illik həsrətə son qoyduq və mədəniyyət beşiyimiz olan doğma Qarabağımıza qovuşduq. Bu sanki, uzun illər bir-birindən ayrı düşmüş  Ana və balanın qovuşması idi.

Qarabağ zəfəri tarixi əsərdir. Hansı ki, bu əsərin müəllifi başda Ali Baş Komandan olmaqla müzəffər Azərbaycan ordusudur. Əsgərlərimiz sadəcə torpaqları fəth edərək tarixə düşmədilər. Həm də milyonlara sevinc bəxş edib könülləri fəth etdilər.  Zəfərin memarları olan şəhid və qazilərimiz adlarını həm tarix kitablarına. həm də ürəklərə qızıl hərflərlə yazdılar.

Biz bir gün bu zəfəri qazanacağımıza və Qarabağımıza geri dönəcəyimizə ürəkdən inanırdıq. Qarabağı itirsək də, inancımızı itirməmişdik. Biz inancımızı rəşadətli ordumuzdan və güclü dövlətimizdən  aldıq, ona güvəndik.

Bu  Zəfər Azərbaycanın gücüdür!  Bu zəfər haqqın gücüdür! Biz gücümüzü haqqdan, həqiqətdən aldıq. Həqiqətsə budur ki, Qarabağ AZƏRBAYCANDIR! Bunu nəinki bütün dünya,  düşmən də bilir hətta etiraf edir. Düşmənə həqiqəti qəbul etdirmək özü də ayrı bir zəfərdir. Bax budur əsl qələbə!

Bu Zəfələ tarix kitabları artıq yenidən yazılır. Tarixə damğa vurub zəfərin kitabının yazdıq. 8 Noyabr Zəfəri ermənilərin tarixi yalanlarına son qoydu.
Əslində qələbəmiz 44 gündə qazanılmadı. Bu uzun illər ərzində görülmüş planlı işlərin və doğru qərarların nəticəsidir.

Şanlı zəfərə gedən uzun yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuşdur. Onun müdrik qərarları, doğru siyasəti nəticəsində Azərbaycan hərbi və iqtisadi cəhətdən daha da güclənmiş, siyasi arenada söz sahibi olan dövlətə çevrilmişdir.  Ulu öndər faəliyyətini  gələcək Qarabağ zəfərinə görəqurmuşdu. Heydər babanın  layiqli davamçısı olan İlham Əliyevin uğurlu xarici siyasəti və idarəçiliyi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. Ordumuza ən müasir və yeni silahlar məhz gələcəkdəki tarixi zəfərlər üçün alınmışdı.

Qarabağ Zəfəri təkcə Azərbaycana deyil, bütün Türk dünyasına və bizim dostlarımız sevinc bəxş etdi. Şanlı zəfər bizə bir daha göstərdi ki, dostumuz kimdir, düşmənimiz kim. Qarabağ zəfəri Cənubi Qafqazın gələcəyini dəyişdi və regionda Türkiyə ilə bərabər gücümüzü daha artırdı.

Tövsiyə mövzu: 8 Noyabr Zəfər Günü Haqqında Məlumat

NƏTİCƏ

30 ildə Minsk qrupunun  edə bilmədiyini Müzəffər ordumuz 44 günlük müharibədə etdi və beləcə haqq ədaləti bərqərar oldu.  İndi şəhidlərimizin ruhu, qazilərimizin də könlü şaddır. Çünki, Qarabağ azaddır!

Gözü yaşlı öz yurdundan qovulan yüz minlərlə soydaşımız artıq sevinc gözyaşlarıya öz ana yurdun geri dönür.  Onlar keçmişdəki kimi yenə öz ata-baba yurdlarında yaşayıb yaradacaqlar.  
Bundan sonra Qarabağ mədəniyyəti –  musiqisi, incəsənəti yenidən doğacaq,  Azərbaycanın mədəniyyət diyarı dünya mədəniyyətinə yenə gözəl və bənzərsiz sənət nümunələri bəxş edəcək.

8 Noyabr Zəfəri  bizim üçün həm də gələcək zəfərlərin yolunu açdı. Qarabağ Zəfərini qazandığımız kimi,  Zəngəzurda, Göyçədə  və digər tarixi torpaqlarımızda da yeni zəfərlər qazanaq!

Zəfər Günü haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: 44 günlük zəfər tariximiz,zefer gunune aid esse,zefer gunu esse,zəfər günü haqqında inşa,zəfər günü haqqında esse,zəfər gününə aid esse,zəfər tarixi haqqında esse,zefer gunu haqqinda esse,8 noyabr zefer gunu haqqinda ,zefer gunu haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 8

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir