Bu məqalə Yusif Məmmədəliyev haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın esseyə öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Yusif Məmmədəliyev Azərbaycanın yetişdiriyi ən böyük elm xadimlərindən biridir. O, kimyaçı alim, kimya elimlər doktoru, professor, SSTİ Dövlət mükafatı laureatı və SSRİ Elimlər akademiyasının akademiki və prezidenti, həmçinin Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
ƏSAS HİSSƏ
Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. Yusif Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoymuşdur.
Sponsor Linklər
1938-ci ildə qazların kimyəvi çevrilməsi sahəsindəki işlərinə görə Moskva Dövlət Universiteti tərəfindən kimya elmlər namizədi elmi dərəcənini alır. Daha sonra isə doktorluq elmi dərəcəsi və professor adını qazanır.
Azərbaycanda fəaliyyət göstərən Elmlər Akademiyasının açılmasında Yusif Məmmədəliyevin misilsiz rolu vardır. Alimin səyləri nəticəsində 1945-ci ildə sərbəst fəaliyyət göstərən akademiya yaradıldı və Yusif Məmmədəliyev ilk akademik seçildi.
Y. Məmmədəliyev SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Macarıstan Xalq Respublikası və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişdir.
Dünya şöhrətli alimimiz II Dünya müharibəsinin ağır dövründə yüksək oktanlı benzin ixtira etmişdi. Bu da qırıcı təyyarələrin yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir. Onun kimya sahəsindəki uğurlarının II Dünya müharibəsində faşim üzərindəki qələbədə böyük payı vardır.
Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti var idi. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən işlənib-hazırlanmışdı. Onun Nobel mükafatına nəmizədliyini irəli sürəcəkdi. Sadəcə ixtiraya dair məlumatın Stokholma göndərilməsinin hərbi sirrin yayılmasına səbəb olacağı əsaslandırılması ilə Yusif Məmmədəliyevin namizədliyi irəli sürülmədi. Əgər Nobeli alsaydı Lev Landaudan öncə bu mükafata layiq görülən ilk Azərbaycanlı olardı. Gördüyünüz kimi, Dünya müharibəsində qazanılan qələbədə, Azərbaycan nefti və onun üzərində elmi tədqiqatlar aparan alimlərimizin də müstəsna payı olmuşdur.
Elmdəki nailiyyətləriinə görə Yusif Məmmədəliyev Lenin ordeni (1944), “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1954) və “Şərəf Nişanı” ordeni (1951), həmçinin digər medallarla təltif edilmişdir.
O. elm adamı və müəllim olmaqla bərabər, həm də vətənini sevən əsl maarifpərvər idi. gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi üçün böyük səy göstərmişdir. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidmətləri olmuşdur. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Gənç kimyaçıların yetişdirilməsində, onların təlim-tədrisində bu məktəbin böyük rolu vardır.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
NƏTİCƏ
Yusif Məmmədəliyev öz fəaliyyəti, kəşfləri və ixtiraları ilə elm dünyasına öz damğasını vurmuş, özündən sonra böyük bir məktəb yaratmışdır. Onun elmdəki uğur və nailiyyətləri bizlər üçün böyük qürur mənbəyi olmaqla bərabər, həm də Azərbaycan gəncliyi üçün əsl nümunəvi şəxsiyyətdir. Gələcək gənc alimlərimiz ondan örnək almalı və yeni ixtiraları, kəşfləri ilə Azərbaycan adını elm dünyasında daha tanıtmalıdır.
Bənzər mövzular:
- Elm və sülh cəhalət və müharibəni məğlub edəcək haqqında inşa
- Təhsil imkanları bugün mövzusunda inşa
- Təhsil millətin gələcəyidir mövzusunda inşa
Yusif Məmmədəliyev haqqında esse
Axtarış sözləri: yusif mammadaliyev wikipedia,yusif mammadaliyev heyati haqqinda melumat,yusif məmmədəliyev nobel mükafatı,yusif məmmədəliyev kimdir,yusif məmmədəliyev vikipediya,yusif məmmədəliyev haqqında esse,yusif mammadaliyev haqqinda melumat,yusif məmmədəliyev haqqında məlumat