xeyirxah insanlar unudulmur insa xeyirxahliq haqqinda
4.4
(62)

Ən gözəl insani keyfiyyətlərindən biri xeyirxahlıqdır. Xeyirxahlıq insanlar arasındakı münasibətləri tezahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.

Xeyirxahlıq və yardım həm maddi, həm də mənəvi olur. Yarımlaşmanın ən qiymətlisi mənəvi yardımlaşma hesab olunur. Bu gün dünyada insanlar maddi vəziyyəti pis olanlar, həmçinin müharibədən, təbii fəlakətdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, təşkilatlar qururlar. Bu insanlığı göstərən başlıca amillərdən biridir. Nə yaxşı ki, bu gün bu ənənə yetərincə və layiqincə yerinə yetirilir.

Bu zamana kimi  xeyirxahlıq məfhumuna aid bir çox hekayələr atalar sözləri şeirlər yazılmışdır. Bunların yazılmaqda məqsədi insanlara yaxşılıq etməsi üçün örnək olmaq, və pis əməllərdən uzaqlaşmalarına yardım etməkdir.

Həyat bumeraqdır yaxşlıq edərsən yaxşılıq, pislik edərsənsə pislik görərsən. Şüphəsiz ki, bu gec tez sənə artıqlaması ilə geri qayıdacaq.

Bəzən insanlar birinə yaxşılıq edən zaman onun qarşılığını gözləyir, əvəzində pislik gördükləri zaman insanlar məyus olub, yaxşılıq  etməkdən uzaqlaşırlar . Unutmaq lazım deyil ki, etdiyin yaxşılıq doğru zamanda və doğru yerdə sənə geri qayıdacaq.Ancaq edilən yaxşılığın bir qarşılığın gözləmək düzgün deyil. Xeyirxahlıq və yaxşılıq əvəzsiz edilməlidir hər zaman, məhz bu zaman edilən əməli yaxşılıq kimi adlandırmaq olar.

Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Hələ məşhur ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq – artığı ziyan verməyən bir əməldir. Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: – Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun- deyib əleyhüssəlam – Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın.

Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki,Allah birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir.

Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi.

Uca Yaradan yardımlaşmanı əmr edərkən onun əsas cəhətini belə müəyyən etmişdir: “bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın. Günah işləməkdə və pis əməllər törətməkdə yardımlaşmayın. Allahdan qorxun.”

Xeyirxah insan gecə-gündüz ehtiyacı olan insanlara, istər soyuq, istər isti, istərsə də çətin demədən kömək edir. Kasıblara, valideynlərini itirmiş yetimlərə, köməksiz qalanlara, xəstə və qocalara və bir çox ehtiyacı olan insanlara kömək edirlər.  Çünki şəfqətlə yoğrulmuş insanlar özünə və ətrafına faydalı olmaq, xoşbəxt olmaq, faydalı olmaq üçün daim yaxşılıq axtarırlar.  Mərhəmətli insanlar xüsusilə sahibsiz heyvanlara, aclıqdan və susuzluqdan ölmək üzrə olan o məsum canlılara dəstək olurlar. 

Nə qədər ki, belə insanlar var, insanlıq ölməyəcək.  Rəhmət payınızı ala bilməmək çox ciddi bir vəziyyətdir.  Amansız, insana və heyvana qarşı amansız, əziyyət çəkənlər çox təəssüf ki, insanlıqdan nəsibini almayanlardır. 

Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Xeyirxahlığı ilə insanların qəlbində əbədi yer tutmuş şəxsiyyətlərimizi hamımız yaxşı xatırlayırıq. Gəlin unutmayaq ki, ən böyük əxlaqi vəzifə öz qəlbini xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Hər zaman yaxşılıq etmək üçün yaşayın, yaxşılıq edən yaxşılıq tapa.Unutmayaq ki, xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazdı.

Xeyirxah insanlar unudulmur inşa


Yazan: Quliyeva Aytac

xeyirxah insanlar unudulmur haqqında inşa,xeyirxah insanlar unudulmur mövzusunda inşa,xeyirxah insanlar unudulmur haqqında esse,xeyirxah insanlar unudulmur movzusunda insa,xeyirxah insanlar unudulmur insa xeyirxahlıq haqqında esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.4 / 5. Səs sayı: 62

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir