Xarıbülbül haqqında esse

Xarıbülbül haqqında esse
1
(1)

Bu məqalə Xarıbülbül haqqında esse yazmağına yardım edəcək. Esse sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, ona öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaşa və ulduzla qiymətləndirə bilərsən.

Başlıqlar


GİRİŞ

Zəngin Qarabağ təbiətinin bənzərsiz nümunəsi olan Xarıbülbül öz gözəlliyi ilə hər kəsi özünə valeh edən bir güldür. O, bir güldən daha artığıdır. Xarıbülbül həm də xalqımızın birlik, mübarizə və zəfərinin canlı ifadəsidir..


ƏSAS HİSSƏ

Xarıbülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir. Xarıbülbülün ətri olmasa da, gözəlliyi ilə hamını valeh edir. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilib. Həqiqətən də o, görünüşü ilə sanki bülbülü xatırladır. “Xar” sözü tikan mənasını verir, yəni “tikan üstündə oturub oxuyan bülbül” deməkdir. Elmi adı Qafqaz qaş səhləbi (Ophrys caucasica Woronow ex Grossh) olsa da, hamı onu Xarıbülbül kimi tanıyır. “Ophrys” – yunan mənşəli söz olub, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə yuxarıdan aşağı “baxmağını” göstərir.

Əsasən aprel-iyun aylarında çiçək açan bu nadir təbiət incisi, ətraf mühit şəraitinin dəyişilməsinə çox həssasdır. Əsas məskəni Şuşanın Cıdır düzü olan Xarıbülbül Qızıl Qaya deyilən yerdir.

Xarıbülbül təbiətə gözəllik verməklə yanaşı, həm də müalicə və təsərrüfat əhəmiyyətli bitkidir. Bitkinin ikiilik qurudulmuş kök yumrularından təbabətdə müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə edilir.

Gözəl görünüşünə və istifadə sahəsinin genişliyinə görə insanlar tərəfindən mütəmadi olaraq toplanması onun sayının azalması ilə nəticələnib. Bu səbəbdən Qafqazın endemik növü olan Xarıbülbül nadir bitki kimi Azərbaycanın Qırmızı kitabına daxil edilib. Belə qiymətli və endemik bitkinin qorunub saxlanılması aktual məsələlərdəndir. Bu baxımdan Xarıbülbülün çoxaldılması, bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və qorunması vacibdir. Bu bitki AMEA Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində becərilir.

Xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilmişdir. Vətən müharibəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Şuşanın azadlığı uğrunda tökülən qanlar xarıbülbülə yeni nəfəs, yeni can verdi. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.Xarıbülbül illərlə bizə Qarabağ həsrətini və işğaldakı Şuşanı xatırladardı. İndi isə Xarıbülbülü hər gördükdə 44 günlük şanlı qələbəmiz və sevincimiz yadıma düşür.

Xarı bülbül…
Tanrının möcüzəsi, Tanrıdan pay gələn gül,
Sevinc-kədərimizi bizimlə tən bölən gül.
Sənə olan eşqimiz soruşma ki, nədəndi?!
Sənin aşiqin bizik, bu eşq ilahidəndi.
Keçib oddan-alovdan əllərimiz yetən gül,
Alnımıza yazılan, köksümüzdə bitən gül.


Xarıbülbül haqqında esse
NƏTİCƏ

Nəhayət, uzun illərdir əsirlikdə olan, Qarabağın, Şuşanın incisi sayılan Xarıbülbül nəhayət öz azadlığına qovuşmuşdur. O, artıq bizim üçün azadlıq və zəfər rəmzidir. Artıq boynu bükük xarıbülbül boynunu dik tutub və o da sevinir ki, Qarabağın əsl sahibləri geri dönübdür. Ümid edirəm ki, bu təbiət möcüzəsi yeni zəfərlərimizə şahidlik edəcəkdir.


Bənzər mövzular:

Axtarış sözləri: xarı bülbül haqqında esse,xarı bülbül esse,xarıbülbül gülü haqqında inşa,xari bulbul haqqinda insa,xarıbülbül gülü haqqında məlumat toplamaq,xaribulbul haqqinda melumat Xarıbülbül haqqında esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir