Vicdan susarsa inşa
4.1
(34)

Bu məqalə Vicdan susarsa haqqında inşa yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz.. 


Vicdan susarsa inşa

Vicdan bizim sahib olduğumuz əsas insani dəyərlərimizdən biridir. Məhz vicdanla insan, xeyirli əməllərə yönəlir, yaxşını pisdən ayırır və ən doğru nədirsə onu da edir..

Vicdanın səsi haqqın səsidir və o hər zaman bizə doğru olanı söylər.

Dahi Tolstoy’un da dediyi kimi:
Əsl insan vicdanını dinəyən, onun səsinə qulaq verəndir. “Vicdan-insanların həyatının doğru yol göstəricisidir.”

Uca Yaradan insana vicdanı bəxş etməsəydi, o yaxşılıq uzaq, mərhəmətsiz bir varlıq olardı.

Vicdanını özünə rəhbər seçən insan pislik edə bilməz. Əgər birisi bilərəkdən və istəyərəkdən pisik edirsə, demək ki, o vicdanını heç sayır.

Aqil insanlar vicdanının, cahil olanlar isə nəfsinin xoş olmayan səsin qulaq verər.  

Bəs vicdan susarsa nə olar?

Əslində vicdan susmur. O hər zaman bizə ən doğru olanı səsləyir. Onu dinləyib-dinləmək insanın öz iradəsindən asılıdır.    

Təəssüf ki, bəzən bəzi adamlar öz mənafeyini hər şeydən üstün tutur və vicdan qarşısında özünü kar kimi aparır. Vicdanını susdurmağa çalışır. Haqsızlıq edir, yalan danışıraq doğrunu gizlədir və digər qeyri-insani davranışlar nümayiş etdirir.  Ancaq belələrini sonda böyük bir vicdan əzabı gözləyir. Bu əzab onlar üçün biz cəzadır əslinə.

Vicdanın olmadığı yerdə haqq və ədalət ola bilməz.İnsanın vicdanı susarsa haqsızlıq və ədalətsizlik dünyada tüğyan edər.

Vicdan susarsa günahsız insanların qanı axar.

Vicdanının susduran insan artıq insan olmaqdan çıxar.  O vicdansız birisi kimi təbiətin ən vəhşi və qəddar canlısına çevrilər.Tarix boyu ən böyük qətliamlar, soyqırımlar və qeyri-insani davranışlar vicdanı susmuş adamlartərəfindən törədilmişdir.

Tarix vicdanının səsini susduğu minlərlə  müharibəyə şahidlik etmişdir.

Əgər xalqın rəhbərləri vicdanın səsinə qulaq asaraq, dövləti idarə edərsə onu daha güclü və qüdrətli edər. Yalan, haqsızlıq və ədalətsizik üzərində qurulan bütün nəhəng imperiyalar və dövlətlər,  tezliklə süquta qərq olmuşdur.

Hər bir insanın bu həyatda əsas vəzifəsi vicdanla yaşamaq, çalışmaq və ömrü də bu şəkildə başa vurmaqdır.   


Axtarış sözləri: vicdan susarsa adlı esse,insa vicdan susarsa,vicdan haqqinda inşa,vicdan susarsa haqqında inşa,vicdan susarsa mövzusunda inşa,vicdan susarsa adlı inşa,vicdan susarsa insa,vicdan susarsa haqqinda insa yazmaq,vicdan susarsa esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 34

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir