Bu məqalə “Torpaq bizim sərvətimizdir“ mövzusunda inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Torpaq bizim sərvətimizdir. Bu torpaqlar keçmiş əcdadlarımızın bizlərə ən böyük mirasıdır. Ata-babalarımız onun üzərində yurd-yuva qurmuş, mədəniyyət inşa etmişdir. Onun hər qarışı müqəddəs və əzizdir. Torpağın nə demək olduğunu əsl vətənsevərlər yaxşı bilər. Bu torpaqlar uğuruna əsrlər boyu mübarizə aparılmış, canlar fəda edilmişdir. Ayaq atdığımız hər addımın altında minlərlə şəhid yatır. Torpaqlar həm də şəhidlərdən bizə mirasdır, əmanətdir. Onlar tarix boyu minlərlə igidə, qəhrəmanlıq dastanına şahid olmuşdir. Vətən torpağı dünyanın digər torpaqlarına bənzəməz. Qoxusu və ətri belə bir başqa olar Vətən torpağının. Bir şairin dediyi kimi
Bəlkə də şəhidlər uyuduğu üçün torpaq belə gözəl qoxar.
Torpaqsız Vətən olmaz. Vətəni vətən edən onun torpağıdır. O torpaq ki, qiymətsiz bir xəzinədir, sərvətdir. Onun dəyərini dərk etməli və bilməliyik. Torpağı itirmək və satqınlıq edib satmaq olmaz. Bu vətəni itirmək, vətəni satmaq deməkdir. Çünki, bu bağışlanmaq bir xəyanətdir.
Torpaq həm də, ərazi bütovlüyümüzün əsas parçasıdır. Dövləti dövləti edən sahib olduğu torpaqlardır. O,milli bütövlüyümüz, mili varlığımızdır Torpaq elə bir sərvətdir ki, onun dəyərini sadəcə içində Vətən sevgisi olanlar bilər. Vətəni sevməyən kəs, bu sərvətin dəyərini dərk edə bilməz.
Torpaq bizlər üçün ta qədimdən ruzi-bərəkət mənbəyi olub. Torpağı olanlar heç zaman ac və yoxsul olmayıb. Atalar yaxşı deyib:
Sponsor Linklər
Torpaq ovuclayan qızıl ovuclayar.
Azərbaycan torpağının altı da üstü də zəngin resurlara, təbii ehtiyatlara sahibdir. Neft-qaz, qızıl,gümüş, mis və b. əlvan metal yataqları, zəngin meşələrimiz, sərin bulaqlarımız..Hər biri maddi sərvətimizdir.
Torpaq təkcə maddi sərvətimiz deyil, mənəvi sərvətimizdir. Qədim tariximiz, bənzərsiz mədəniyyətimiz, adət-ənənələrimiz bu torpaqlarda yetişib formalaşmışdır. Bu torpaqların altı da üstü də tarixdir.
Bizi torpaqlarımıza bağlayan keçmişimizdir. Keçmişinə hörmət edən və gələcəyinə önəm verən hər kəs torpağı uca bilməlidir. Torpaqlarımızı göz bəbəyi qorumaq,dəyərini bilib sahib çıxmaq hər birimizin vətən borcudur. Əminəm ki, bizlər torpaqlarımızı sevdikcə, ona sahib çıxıb qoruduqca şəhidlərimizin ruhu da şad olur.
Bənzər mövzular:
Axtarış sözləri: torpaq bizim sərvətimizdir inşa 5 sinif,torpaq bizim sərvətimizdir mövzusunda hekayə yazın, torpaq bizim servetimizdir inşa torpaq insa,torpaq haqqinda insalar toplusu,torpaq haqqinda insa inwa,torpaq haqqında esse,torpaga aid insa