Təcili qan lazımdır inşa

təcili qan lazımdır inşa,təcili qan lazımdır və xeyirxah əli haqqında inşa,tecili qan lazimdir insa,tecili qan lazimdir haqqinda insa,tecili qan axtarilir ve xeyirxah eli haqqinda insa
4
(3)

Bu məqalə “Təcili qan lazımdır inşa  mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Yaxın bir dostum olan Teymur xoşagəlməz bir hadisə ilə üzləşmiş və yaralanmışdı. Onu tez bir zamanda təcili yardımla hosbitala apardıq. O, xeyli qan itirdiyindən özündən getmişdi. Hamımız onun üçün çox narahat idik. Bu çətin gündə Teymurun bütün dostları və tanışları onu tək qoymamışdı.
Birdən xəbər verildi: Təcili qan lazımdır! Teymurun qan qrupu I idi. Bu da o demək idi ki, yalnız I qrup qanı olanlar ona qan verə bilərdi. Mən və bir neçə dostum donor olmağa qərar verdik. Qanlarımız analiz edilib dərhal yaralı dostumuza verildi. Ömrümdə ilk dəfə idi bir insana qan verirdim. Bu çox xüsusi bir hiss idi. Bir neçə saatdan sonra onu görməyimizə icazə verildi.
Artıq o özünə gəlmiş və gözlərini açmışdı. Onun damarlarında dostlarının qanı da axırdı. Teymur bunu öyrəndikdə gözləri doldu. Bu sevinc göz yaşları idi. O anda nələr hiss etdiyimizi sözlərlə ifadə etmək çətindir. Bu qan dostlar arasındakı bağlılığı artırmış, dostluğumuzu daha möhkəm etmişdi.
Mən qan verənin necə həyati bir önəmə sahib olduğunu o gün daha yaxşı anladım. Dostumuz orda bir neçə gün daha qaldı. Bu müddətdə ona baş çəkir, qayğısına qalırdıq. Artıq yaraları tam sağalmışdı və evə gedə bilərdi. Biz onu xəstəxanadan evə aparmağa gəlmişdik. Tam da bu sırada bir uşağın xəsarət aldığını və təcili qana ehtiyac olduğunu öyrəndik. Biz o uşağı tanmırdıq. Ancaq biz qərara gəldik ki, o uşağa da donor olaq və qan verək. Çünki hər saniyə qızıl idi və həyati önəmə sahibdi. Qanlarımız ona uyğun gəldi. Mən, digər dostlarım olan Səxavət və Amin ona qan verdik. Lakin yaşım az olduğundan çox qan verə bilmədim. Və xahiş etidk ki, adlarımız gizli qalsın.
Daha sona Teymuru götürüb çıxışa doğru gedirdik ki, uşağın həyatının xilas edildiyini öyrəndik. Əgər bir neçə dəqiqə daha gecikmə olsaydı, həyatla vidalaşa bilərdi. Bu əməldən xəbər tutdu və bizimlə fəxr etdiyini söylədi. O dedi: “Mən də sizin yerinizdə olsam, düşünmədən eyni fədakarlığı edirdim. Yaxşı ki, sizin kimi əsl dosta sahibəm. Yaxşı ki, varszız.” Bunu deyib yenə gözləri doldu və bizi qucaqladı.

Təcili qan lazımdır inşa

Bu hadisə mənə dərindən təsir etdi. Bundan sonra mən, hər il bir neçə dəfə könüllü olaraq qan verməyə başladım.Azərbaycanda hər il qan vermə aksiyaları keçirilir və könüllü insanlar qan verərək ehtiyacı olanlara yardım edirlər. Mən həm də öyrəndim, ki qan vermək sağlamlığa da xeyirli imiş. Yəni,bu yolla təkcə başqalarına deyil, həm də özümüzə yaxşılıq edirmişik.
Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir.

Yaxşılıq etmək üçün varlı olmaq gərək deyildir. Yetər ki, böyük ürəyiniz və yaxşı niyyətiniz olsun. Qan verərək də , insanlara yaxşılıq mümkündür. Sizlərin yaxşılığını gözləyən, sağlam qana ehtiyac duyan minlərlə yaralı var. Onların arasında qocalar, qadınlar və uşaqlar da var. Sən də qan ver və həyat qurtar! Bəlkə də, verdiyin qan hardasa, kiminsə həyatını xilas edir.

Bənzər mövzular:

Axtarış sözləri: təcili qan lazımdır inşa,təcili qan lazımdır və xeyirxah əli haqqında inşa,tecili qan lazimdir insa,tecili qan lazimdir haqqinda insa,tecili qan axtarilir ve xeyirxah eli haqqinda insa

Qan Donorluğu (azermds.org)

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir