Payız haqqında inşa

payız haqqında esse,payız fəsli haqqında esse,payiz fesli haqqinda esse,payiz fesli haqqinda insa,qizil payiz haqqinda insa,payız haqqında inşa,payız fəsli haqqında inşa,qizil payiza aid insa,payıza aid inşa,payıza aid esse
4.2
(58)

Bu məqalə “Payız  mövzusunda inşa yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın

Bütün fəsillər bir-birindən gözəldir və hər fəslin özünə görə öz gözəlliyi vardır.
Payız fəsli xəzanı, yağışı, küləyi ilə yadda qalır.İsti yay günlər bitir və havalar yavaş-yavaş soyumağa başlayır. Payızda ağacların yarpaqları saralıb quruyur və ağacların budaqlarında qopub tökülərək torpağı rəngli xalça kimi örtür. Qırmızı, sarı, qızılı və qəhvəyi rəngli yarpaqlar yeri bəzəyir və təbiətə ayrı bir rəng qatır.Hətta buna görə payıza “Qızıl payız” da deyirlər. Bu rəngarəng yarpaqlar bir sənət əsəri kimi insanı valeh edir. Yaşıl yarpaqların müxtəlif rənglərə çevrilməsi və döşəmə kimi yeri örtməsi bənzərsiz bir təbiət hadisəsidir. Bu rəngli xəzan bir çox rəssama və şairə ilham olmuş, nəticədə gözəl rəsmlər və şeirlərin yaranmışdır. Şeir demişkən payızı təsvir edən bu şeiri sizlərlə paylaşmaq istədim:

Payız gəlib, küləklər
Gəzir yenə bağları.
Hər tərəfə sovurur
Saralmış yarpaqları.
Axıb gedir buludlar
Yenə də karvan-karvan.
Dərələri, dağları,
Bürüyür çiskin, duman.

Payız haqqında inşa

Payızda sanki buludlar ağlayır, günəş gizlənqaç oynayır və sanki külək fısıldayır. Çılpaq ağaclar, buludlu-küləkli havalar və yağışlı günlər, Payızı bunlarsız təsəvvür etmək olmaz.
Payızın bir başqa gözəlliyi isə onun yağışlardır. Narın-narın yağan damlalar və səsləri insana hüzur verir. Yağış yağdıqdan sonra gələn o xoş qoxunu sevməyən yoxdur. Yağışlı havalarda pəncərənin yanında əyləşib kofemdən qurtum alaraq ktab oxumağı çox sevirəm. Belə havalarda kitab oxumağın həzzi bir başqa olur.

Bu fəsil tədarük, yığım dövrüdür. “Qarşıdan qarlı qış gəlir” deyiminə uyğun olaraq evlərdə hazırlıqlar görülür, hər ailə öz büdcəsinə uyğun olacaq ehtiyacını təmin edəcək qədər məhsul hazırlayır. Evdar xanımlar qış tədarükünü elə payızdan hazırlaşırlar. Onlar şirin mürəbbələr bişirir, ləziz tutmalar və turşular hazırlayırlar. Mürəbbələrdən ən sevdiyim gilas və əncir mürəbbəsidir. Turşulardan isə ən çox bəyəndiyim kələm turşusudur. Bunlar, qışda meyvə və tərəvəzin yerini tutur.
Payız fəsli həm də dadlı meyvələri ilə tanınır. Kivi, armud, heyva, nar, karalyok kimi meyvələr məhz payızda yetişir. Bu fəslin meyvələri öz ətrinə və dadına görə fərqlənir.
Payızda ağaclara qulluq edilir: onlar budanır, gübrələnir və dibləri şublanır. Nəticədə növbəti ildə ağaclar şirin və dadlı meyvələri zəhmətə qarşılıq verirlər.
Hər fəslin özünəməxsus yeməkləri var. Bu yeməklər adətən isti və xəmrli yeməkər olub, bol ətli-tərəvəzli olur. Belə yeməklərə misal olaraq, xaş, qovurma, yarma,əriştə aşıni misal gətirmək olar. Payız fəslinin xörəkləri kalori, zülal, yağ və vitaminlərlə zəngin olur . Bu yeməklər sağlamlığa müsbət təsri göstərərək, bizi soyuqdəymədən və digər xəstəliklərdən qoruyur.

Payız həm də əkin-biçin mövsümüdür. Bağ və tarlalarda torpaqlar şumlanır və gübrə verilir, toxumlar səpilir, həmçinin yeni ağaclar əkilir. Daha sonra bunlar qışda bəyaz qar altında qalır və baharda yenidən oyanaraq həyat tapır.

Doğrudur, payızda havalar bir qədər sərt keçir və insan bahar üçün, günəşli günlər üçün darıxır. Bəlkə də payız olmasaydı baharı bu qədər sevməzdik.

Bənzər mövzular:

Axtarış sözləri: payız haqqında esse,payız fəsli haqqında esse,payiz fesli haqqinda esse,payiz fesli haqqinda insa,qizil payiz haqqinda insa,payız haqqında inşa,payız fəsli haqqında inşa,qizil payiza aid insa,payıza aid inşa,payıza aid esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 58

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir