4.3
(529)

Sağlam bir gənclik sağlam bir gələcək deməkdir. Və sağlamlığın əsas təməllərindən biri də idmandır.

Atalarımız belə demişdir:
“Sağlam bədəndə sağlam ruh olar. “
İdmanla məşğul olmaq hər kəsin özünə edə biləcəyi ən böyük yaxşılıqlardan biridir. İdman təkcə bədəni deyil, həm də beyni  gücləndirir, iradəni artıtır. Bu isə həyatda  böyük uğurlar qazanmaq üçün bizlərə böyük imkanlar yaradır.

idmanla mesgul olmaliyiq saglamliq ucun idman
Mübariz iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq

Hər bir Azərbaycn gənci idmanı sevməli, onu bir yaşam tərzinə çevirməlidir.

Bunun üçün məmləkətimizdə yetəri qədər şərait və imkanlar yaradılmışdır. Vətənimiz dünyada böyük uğurlar qazanmış idman ölkəsi kimi tanınır. Hər bir şəhərimizdə  böyük idman kompleksləri və zalları, oyun meydançaları və digər idman mərkəzləri  vardır. Bunların hər biri məhz biz gənclərin idmanla məşğuluna və idmanın inkişafına xidmət edir.

  Həyatda müvəffəqiyyətli olmuş məşhurların ortaq cəhətlərindən biri də məhz onların daim idmanla məşğul olmasıdır.
Mən də hər gün idmanla məşğul oluram. Çünki artıq bilirəm ki, bu insanı daha sağlam, daha güclü və uğurlu biri edir.

Ulu Öndər Heydər Əliyevin idman haqqında söylədiyi  bu fikirləri düşünməyə dəyər:

“Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür idman komplekslərində yaranır. Bu, gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir. Lazımdır ki, gənclər, fiziki cəhətdən sağlam olsunlar.”

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 529

İlk səs verən sən ol!

20 Comments

  1. Mən inşa haqqında bir təqdimat araşdırıram yəni gördünüz nə haqqında araşdırıram amma araşdırdığım esse buradakı yazılara aid deyil

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir