Bu məqalə “Memar olsaydım“ mövzusunda esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Memarlıq yaradıcı sahə kimi ən qədim sənət növlərindən biridir. Gördüyümüz ən gözəl binalar, şəhərlər, möhtəşəm körpülər və qüllələr.. Hər biri memarların əsərləridir. Bu sahə böyük zəka və xəyalgücü tələb edir.
ƏSAS HİSSƏ
Mən memar olsaydım ilk öncə sağlam, səliqəli və gözəl tikililərin inşa edilməsinə çalışardım. Çünki bunlar, memarlığın əsasıdır. Bir binanın gözəlliyi qədər onun möhkəm və sağlam oması da önəmlidir. Belə olduqda o, zəlzəyə və digər fəlakətlərə qarşı daha davamlı olur və illər keçsə də ayaqda durur. Məsələn, Misir piramidaları üzərindən min illər keçsə də hələ də ayaqdadır. Əgər onun təməli sağlam olmasaydı bəlkə də,heç birimiz belə möhtəşəm piramidalardan xəbərdar olmazdıq.
Sponsor Linklər
Mən memar olsaydım Bakımız kimi, digər şəhərlərimizdə də müasir tikilələrin tikilməsi və gözəlləşməsi üçün çalışardım. Gözəl muzeylər, teatrlar, saray və komplekslərə imza atardım. Eynən Bakımızda olduğu kimi, qədimliklə müasirliyin sintezini başqa böyük şəhərlərdə də tətbiq edərdim. Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Alov qüllələri kimi möhtəşəm binalardan ilham alaraq və öz xəyal gücümü də işin içinə qataraq yeni və fərqli layihələr üzərində çalışardım.
Əgər memar olsaydım azad olunmuş torpaqlarımızda ən gözəl məscidlərin, incənət binalarının, yaşayış evlərinin layihəsini hazırlayardım. Hansı ki, soydaşlarım Qarabağa qayıdanda bunlara baxıb heyran olsun, sevinsin istərdim.
Memar olsaydım, həmçinin dünyanın digər məşhur yerlərində də gözəl memarlıq nümunələri hazırlayardım. Məşhur tikililərə imza ataraq Azərbaycanlı bir memar kimi dünyada tanınmaq və sevilmək istərdim. İstərdim ki, hazırladığım, inşa etdirdiyim tikililər məndən sonra dünyada gözəl bir iz qoysun və tarixdə öz yerini qorusun.
Məncə Memar Əcəmi kimi böyük memarlarımız yetişməli və öz əsərləri ilə dünyada Azərbaycan adını tanıtmalıdırlar.
Memar olsaydım mövzusunda esse
NƏTİCƏ
Memarlııq böyük məsuliyyət tələb edən və yaradıcılıq istəyən bir peşədir. Bunu dərk edib öz peşəsini layiqincə yerinə yetiirən memarlar tarixdə silinməz izlər qoyur və onların adları, əsərləri bir ömür yaşayır. Memar olsayım məhz belə bir memar olmağı arzu edərdim. Öz əsərlərimlər yaşamaq və yaşatmaq əsas amalım olardı.
Tikmədim özüm qalam,. Tikdim ki, izim qala.
Bənzər mövzular:
Axtarış sözləri: mən memar olsaydım esse,memar olsaydım mövzusunda təsviri xarakterli esse, memar olmaq isteyirem,memar olsaydım nə edərdim,memar olsaydım haqqında esse,memar olsaydim haqqinda esse,memar olsaydim haqqinda insa,memar olsaydim insa
Çok kötü
Məncə çox faydalı fikirdi.!
Evet çox gözəl esse idi
Mənim adımdan Zəhradır
Nesi kotu be cok guzel
Əla təşəkkür 😥🫠😻
Tezgah lan bu
salam ayan xanim mence cox gozel bir essedir vee menim muellimimde cox beyendiiiiiiiiii
Çox gözəl esse idi🥰🥰🥰🥰🥰🥰🇦🇿🇦🇿🧕
Çox yaxşıdır çox saqolun♥️♥️
ƏLA!!!
Tezgah lan bu və ayan kötü dediz amma siz gedin güzgüdə özünüzə baxın əladı harası pisdi
Pis
Pis