Bu məqalə “Fiziki qüsurlu insanlarda istedad esse“ mövzusunda inşa yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın
GİRİŞ
Hər insanın xüsusi bir istedadı vardır kənardan nə qədər adi görünsə də. Və hər insanın özünə məxsus qüsuru vardır, nə qədər qıraqdan mükəmməl görünsə də.
ƏSAS HİSSƏ
Fiziki qüsura sahib olmaq istedadsız olmaq demək deyil. Allah hər insana xüsusi bacarıq və istedad verib. . Qüsursuz insan yoxdur, istedadsız insan da yoxdur. Ancaq öz qüsurlarını bilsə belə, öz bacarıq və istedadlarından xəbərsiz insanlar çoxdur.
Əslində qüsurlar insana öz istedadını kəşf etməyə və özünü tanımağa kömək edir. Dünyaca məşhur insanlardan bir çoxu ya qüsurlu doğmuş, ya da sonradan müəyyən qüsur sahibi olmuşdur. Ancaq buna baxmayaraq onlar öz istedlarını kəşf etmiş və öz üzərlərində çalışaraq hər kəsin qazana bilməyəcəyi uğurlar qazanmışdır. Bu isanların arasında rəssamlar, sənətkar, yazarlar, alimlər və b. peşə sahibləri də vardır. Məsələn, gözləri zəif görsə də gözəl rəsmlər çəkənlər, bir əllə ruha toxunan musiqilər ifa edənlər, əlilliyi olmasına baxmayaraq incə naxışlar toxuyan toxucular vardır. Onlar insanın öz əzmkarlığı və iradəsi ilə nələr edə biləcəyini hər kəsə əyani olaraq sübut etmişdir. Bu insanlar əslində fiziki qüsurların fizik əngəl olmadığını bizlərə göstərmiş,
Fiziki qüsurlar nə olursa olsun, uğurlu və xoşbəxt olmağa əngəl deyil. Buna əsas əngəl olan düşüncə tərzidir. Əsas insanın düşüncə tərzində qüsur olmasın.
Hərdən fizikin qüsuru olan insanlar bəziləri tərəfindən qəribə qarşılanır, hətta ayrı-seçiciliyə məruz qalırlar. Fiziki qüsurlu insanlar cəmiyyətimizin bir parçasıdır və onlar da hər kəs kimi bir vətəndaş kimi, bir insan kimi hüquqlara sahibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində bir çox layihələr həyata keçilir. Belə layihələrdən ən əsası olan Regional İnformasiya Mərkəzləridir. Bu mərkəzlərin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir.
Bəzən bu insanlar qüsurlarından utanıb çəkindiyi üçün öz istedad və bacarıqlarını göstərməkdə çətinlik çəkirlər. Fiziki qüsurları olanlar utanmalı deyil. Əxlaqı qüsurlu olanlar utanmalıdır.Bu insanların bizlərin mərhəmətindən çox mənəvi dəstəyinə ehiyacları var. Dövlət kimi cəmiyyət də fiziki qüsurlu insanlara mənəvi dəstək olmalı, onlara öz istedlarını göstərmələri üçün imkan və şərait yaratmalıdır.
Sponsor Linklər
NƏTİCƏ:
Fiziki qüsurlar da, qabiliyyət və istedad kimi insanın bir parçasıdır. Bu insanlar çox öz cəsarətləri , əzmkarlıq və çalışqanlıqları ilə cəmiyyətdə çoxumuza örnək olurlar.
Tanınmış istedad sahiblərindən bir çox dahilər
Bənzər mövzular:
- Həyatda öz yerini tapan xoşbəxtdir esse
- Mən böyüyəndə kim olmaq istəyirəm esse
- Hər bir insan öz uğurunun memarıdır haqqında esse
Axtarış sözləri: fiziki qüsurlu insanlarda istedad esse,fiziki qüsurlu insanlarda istedad adlı inşa,fiziki qusurlu insanlarda istedad haqqinda melumat,fiziki qusurlu insanlarda istedad movzusunda insa,fiziki qusurlu insanlarda istedad haqqinda esse,fiziki qusurlu insanlar haqqinda melumat,fiziki qüsur həyatda uğur qazanmağın əngəl ola bilməz
çox sağolun 😊