Bu məqalə “Əsl dost” haqqında esse yazmağınıza yardım edəcəkdir.
Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
Dostluq ilahi bir nemətdir. Hər kəsin özünə yaxın bildiyi dostları vardır. Əsl dost isə nadir tapılan qiymətli daş kimidir.Dəyəri əvəzolunmazdır. İkinci bir sən kimidir əsl dost. Əsl sirdaşın, yol yoldaşındır. Həyatda ən çox güvəndiyin, etibar etdiyin insandır o.
Əsl dost dostunun uğuruna sevinməli, uğursuz anlarında yanında olub dəstək olmalıdır.O, sənin sevincinə şərik olan, dərdini böləndir. Onunla birgə gülər, onunla birgə ağlarsan.Maddi və mənəvi dəstəyini əsirgəməz səndən. Etdiyi yaxşılıqları təmənnasız edər. Çünki, yaxşı bilər ki, bu onun dostluq borcudur. Arxadır, dayaqdır, dağdır əsl dost.
Atalar məsəlində deyildiyi kimi:
“Dost çətin gündə tanınar.”
Əsl dostlar bu çətin günlərdə üzüağ çıxaraq dostunun dadına çatar. Çətinliklər sözdə dostları bir-birindən uzaq edərkən, əsl dostları bir-birinə daha da yaxınlaşdırar. Yeri gəldikdə qardaş qədər əziz və doğma olar bizə. O yanımızda olduqda özümüzü daha güclü, daha şən və rahat hiss edərik. Dostluqlarını sözdə əməldə göstərərlər. Yeri gələndə bir müəllim kimi nəsihət edər, öz təcrübə və biliklərini sənlə daim bölüşər.
Həqiqi dostlar arasında sən və mən olmaz. Yanlız biz vardır. Yeri gəldikdə bir yumruq kimi birləşməyi bacarar, bir ürək olarlar.
Əsl dostluqlar dürüstlük və vəfa üzərində qurular. Sözü və özü birdir əsl dostların. Yalanlarla zədələməzlər dosltuqlarını. Bəzən yalan danışmağa məcbur olarlar ancaq yalanları belə hər zaman yaxşılığa xidmət edər. Onlar paxıllıq, kin və nifrət hislərindən uzaqdırlar.
Əsl dost haqqında inşa
Həqiqi dostlar küssələr, incisələr belə hər zaman barışmağı, yenidən dost qalmağı bacarar. Çətinliklər və problemlər onların dostluqlarını daha möhkəm və sarsılmaz edər.
Əsl dost doğru və yanlışları yaxşı niyyətlə üzə deyər. Dostunun qeymətini etməz, onun arxasınca pis danışmaz.Hətta olmayanda belə səni müdafiə edər.
Həqiqi dostlar empati qurmağı yaxşı bacarar. Yəni özünü sənin yerinə qoyar, nələr hiss etdiyini içində hiss edər. Ona hər şeyi sözlə başa salmağına gərək qalmaz. Sözsüz anlar səni. Bir dahinin dediyi kimi:
“Əsl dost — sənin əlini tutaraq sənin qəlbini hiss edəndir.”
Əsl dost sadəcə boş zamanlarını sənlə keçirən deyildir. Əsl dost nə qədər məşğul olsa da, dəyərli zamanıı sənə ayırandır.
Əls dostların arasında məsafələr girməz. Nə qədər bir-birlərindən uzaq olsalar da , dostluqları bitməz.
Dostun əsli hər kəsə nəsib olmur. Əgər siz də həyatda əsl dosta sahibsiznizsə nə gözəl sizə! Özünüzü xoşbəxt və bəxtəvər saya bilərsiz.
Bənzər mövzular:
Axtarış sözləri: dost haqqinda insa,əsl dost haqqında esse,dosta aid esse,dostluq haqqinda insa,dostluq haqqında esse,dostluq haqqında inşa 4 sinif,esl dost haqqinda esse,esl dost nece olmalidir,əsil dost necə olmalıdır haqqında inşa,dosta aid inşa
Sağol
Sağol
Yalansa