İçindəkilər
Çörək haqqında esse yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Esseni olduğu kimi köçürməyin və çalışın inşaya öz fikirlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaş.
Giriş
Çörəyin gündəlik qida rasionumuzunda böyük payı və əhəmiyyəti var. Keyfiyyətli çörək tərkibindəki D vitamini və mineralları ilə həm də orqanizmimiz üçün olduqca faydalı qidadır.
Əsas Hissə
Ata-babalarımız lap qədimdən çörəyi müqəddəs və əziz bilmişdir. Çünki, çörək minbir əziyyət və zəhbətlə hazırlanırdır. Çörəyi yerə atmaq və onu israf etmək günahdır. Keçmişdə hər çörəyin hazırlnması üçün minlərlə insanın zəhməti, alın təri vardı.
Əkinçilər öncə torpağı şumlayıb buğdanı səpirlər. Buğdanın böyüməsi üçün onu sulayır, gübrə verib yetişdikdən sonra isə biçirdilər.
Daha sonra taxılı təmizləyib dəyirmana aparır və orda əl dəyirmanı ilə üyüdür, ondan un hazırlayırdılar. Çörəkçi isə bu un ilə xəmir hazırlayıb çörək bişirirdi. Gördüyünüz kimi hər çörəkdə onlarla insanın böyük əmək və zəhməti var. Atalar yaxşı deyib:
Sponsor Linklər
“Torpaq çörəyi ilə, insan əməyi ilə.”
Çörək insanlığı keçmişdən bu günə bəsləmiş, qıtlıq günlərində aclıqdan xilas etmişdir. Qıtlıq və səfalət anlarında buğda qızıldan da baha və qiymətli olmuşdur. Çörək olmasaydı bəlkə də, milyonlarla insan aclıq və səfalətin qurbanı olardı.
Yerdə çörək gördükdə onu üç kərə öpüb alna qoymağı hər birimiz bilirik. Bu çörəyə qarşı göstərdiyimiz hörmət və ehtiramın təcəssümüdür.
Bizim ailədə çörək adətən evdə bişirilir. Həqiqətən də ev çörəyinin dadı və ləzzəti bir başqa olur. Nənə və babanın sözlərinə görə çörək keçmişdə indiki qədər bol və müxtəlif çeşidli olmasa da, daha ləziz və faydalı idi. Onlar indiki dövdə bir çox çörəyin keyfiyyətsiz və dadsız olmasından narazıdırlar. Həqiqətən də, sənayedə istifadə olunan un və mayanın bir çoxu keyfiyyətsizdir ki, bu da çörəyə təsir edir. Sırf bu səbəbdən, çörəyi qida rasionundan çıxardan və pəhrizə keçən insanların sayı günü-gündən artır.
Bu gün çörək boldur və hazırlanması keçmiş dövrlərdəki qədər zəhmətli deyil. Bu səbəbdən bəziləri, çörəyi israf edir, ona qarşı keçmişdəki kimi hörmət bəsləmirlər. Bizim evdə artıq qalan çörəklərdən dadlı suxari hazırlanır. Ya da quşçuluq və heyvandarlıq təsərrüfatlarına yem kimi verilir. Təəssüf ki, bəzən çörəyin zibilliyə atılmasının şahidi oluruq. Unutmayaq ki, onun bir tikəsinə belə möhtac olanlar da var. Bəlkə də onlar aclıq və yoxsulluq yaşamayıblar deyə çörəyin əsl qədrini bilmirlər. Mən istərdim ki, insanlar çörəyi atmazdan öncə, bircə anlıq durub düşünsünlər: O çörəyə dünyada möhtac olanları, bütün günü ac qalanları, yeməyə quru çörəyi belə olmayanları.. Bəlkə onda içlərindəki vicdan hissi oyanar..
Hz. Əlinin bir kəlamı var: “Kasıbın ehtiyacı, varlının israfı qədərdir.” Həqiqətən də, nəinki çörək, digər israf olunan qidalarla dünyadakı bütün acları doyurmaq, bəsləmək olardı. Atalar məsəlində deyildiyi kimi:
“Bir çörək özün ye, birin də Allah yolunda ver.”
Çörək haqqında esse nəticə
Çörək bu gün də müqəddəsdir, əzizdir. Onun hər tikəsində onlarla insanın böyük əməyi və zəhməti var. Atalarımızından çörəklə bağlı bizə öyrətdiklərini biz də gələcək nəsillərə öyrətməliyik. Çünki, çörəyin qədrini bilməyən, Ana-atana və vətənin qədrini də bilməz.
Bənzər mövzular:
Axtarış sözləri: corek haqqinda esse,çörək haqqında esse, corek muqeddesdir haqqinda insa,corek haqqinda esse,corak haqqinda insa,çörək haqqında inşa
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!