Bu paylaşım Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz haqqında inşa yazmağınıza kömək edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ki, inşaya öz fikirlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq düşüncələrinizi bizimlə bölüşə bilərsiz.
Zaman bizim ən dəyərli sərvətimizdir. Hər anı, hər saniyəsi qızıldan da dəyərlidir. Bizim hər birimiz gündə 24 saatlıq bir sərvətə sahibik. Lakin heç də hər kəs sahib olduğu bu sərvətin gerçək dəyərini bilmir. Bəziləri bu dəyərli vaxtın bir çox saatını məqsədsiz bir şəkildə boşuna sərf edərək keçirir. Bu cür adamlar üçün tək məqsəd kiçik əyləncələrlə vaxtı keçirməkdir. Vaxtı öldürmək belə adamların əsas əyləncəsidir. Onlar dəyərli zamanını israf edərək bəlkə də həyatlarının ən böyük səhvini edirlər.
Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz. Çünki, həyat bu saatlardan, bu vaxtdan ibarətdir. Əslində vaxtının qədrini bilməyənlər öz gerçək dəyərlərini də bilməzlər. Vaxtına və özünə dəyər verməyənlərə isə heç kəs hörmət etməz. Belə adamlar insanların gözündə məqsədi və xəyalı olmayan boş adam kimi görünər. Dahi filosof Konfutsi belə deyir:
Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar.
İnsanı uğurlu və ya uğursuz edən həm də öz vaxtını idarə etmə bacarığıdır. Vaxtını düzgün şəkildə bölüşdürən və onu doğru işlərə yönəldə bilən insanlar digərlərindən daha müvəffəqiyyətli olurlar. Kimisi zəhmət və əzmi ilə vaxtına dəyər qatar, kimisi də nadanlığı və tənbəlliyi ilə dəyərli vaxtını itirər. Özünə dəyər verən insan hər anının qədrini biməyə çalışar və onu mənasız, boş şeylərə sərf etməz. Onun əvəzinə özü üçün yeni məqsədlər və mənalı hədəflər seçib uğurlu bir həyat üçün çalışar.
Allahın bizə bəxş etdiyi bu həyat özü bir hədiyyədir. Ancaq bir çox insan, qiymətli vaxtını boşuna sərf edərək ömür sürür. . Bəzən insan elə yaşayır ki, sanki sonsuz vaxta sahibdir və ömrü heç bitməyəcək. Xüsusilə də gənclik çağlarında saatlar gec keçir və insana elə gəlir ki, qarşısında up-uzun bir ömür var. Bu böyük bir yanılqıdan ibarətdir Ömür zənn etdiyin qədər uzun deyil və vaxt bəzən quş olub qanad açır və sürətlə gəlib keçir ki, sən də mətəl qalırsan.
Sponsor Linklər
Həyatdakı ən böyük itki boşuna israf edilmiş vaxtdır. Hansı ki, itirilən vaxt bir də geri qayıtmır. O puldan daha dəyərlidir. İtirilən tapmaq ya da bərpa etmək olar, vaxtı isə yox. Qəribədir ki, insanlar biraz pul itirdikdə məyuz olurlar, çox düşünürlər ancaq bir çoxları hər gün düşünmədən vaxtı boş şeylərdə itirir. Unutmayaq ki, vaxtın qiyməti hər şeydən bahadır. Bir dahinin kəlamında dediyi kimi, hər gününü son gününmüş kimi yaşa. Yəni ki, hər anının dəyərini bil. Çünki hər dəqiqə, hər an bənzərsizdir və bir də geri qayıtmır. Bizlər nəinki hər saatın, hər dəqiqənin və anın dəyərini, qədrini bilməliyik. Bəzən bilmək də bəs etməz, dərk etməliyik. Qocaldıqda o insanlar özləriylə qürur və iftixar duyur ki, onlar həyatı dolu-dolu yaşamış, ömrünün qədrini bilib vaxtını mənalı işlərə sərf etmişdir. Boş və mənasız bir həyat sürənlərə isə sonda böyük bir peşmançılıqı və kədər qalır.
Yaradan heç bir insanı boşuna yaratmayıb. Hər insan bu dünya bir məqsəd üçün yaradlımış və ona bu ömür bəxş edimişdir. Həqiqətən də ömür hər birimiz üçün böyük bir fürsətdir : daha gözəl işlər görmək, yaxşılıq etmək və böyük uğurlar qazanmaq üçün. Gəlin özümüzü boşu-boşuna deyil, dolu dolu yaşayaq, gözəl xatirələr və anlar yaradaq.
Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz inşa
Bənzər mövzular:
- Həyatda öz yerini tapan xoşbəxtdir esse
- Həyatla bağlı Fəlsəfi Fikirlər
- Zamana Aid Mənalı Sözlər və Aforizmlər
Axtarış sözləri: birce saatin qedrini bilmeyen adam heyatin değerini bilmez,birce saatin qedrini bilmeyen adam heyatin da deyerini bilmez insa,birce saatin qedrini bilmeyen adam esse,bircə saatın qədrini bilməyən adam həyatında dəyərini bilməz esse,bircə saatın qədrini bilməyən adam həyatında dəyərini bilməz mövzusunda inşa,bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz haqqında esse,birce saatin qedrini bilmeyen insan heyatinda qedrini bilmez
Əla 👍🏻👍🥰🥰🥰
Narmaldı
👍👍👍
👌🏻
Super
Elaaaaaa
Əlaaadı👍👍👍❤❤❤ suuuperdi👍👍👍❤❤❤ əməyinizə sağlıq çox yaxşı esse alınıb👍👍👍❤❤❤
Çox sağ olun
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
Yaxşıdır
Yaxşıdır inşa yazmağıma çox kömək oldu♡
qeşəydi
Çox gözəldi