Aprel döyüşləri haqqında esse yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın inşaya öz fikirlərinizi də əlavə edəsiz.. Şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa və ulduzla esseni qiymətləndirə bilərsiz..
GİRİŞ
Aprel döyüşləri — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük hərbi münaqişədir.
ƏSAS HİSSƏ
Ermənistan həmişəki kimi cəbhədə dinc durmadı və təxribatlara əl ataraq atəşkəsi pozdu.
Sponsor Linklər
Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan qoşunları tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si həyatını itirdi, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.
2016-cı ildə baş vermiş dörd günlük müharibədə qəhrəman ordumuz təcavüzkar separatçılara ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Bu qələbə 44 günlük zəfərə doğru atılmış ilk addımlar idi.
Aprel döyüşləri zamanı ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” yüksəkliyində üçrəngli bayrağımız sancıldı. “Lələ təpə” yüksəkliyi olduqca strateji əhəmiyyətə və önəmə sahibdir. Belə ki, bu təpə Horadiz şəhərinin düşmən təhlükəsindən qorunmasına və Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamağa imkan verdi. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Bununla da Azərbaycan öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yaranıb, işğalçı ordunun rəhbərləri işdən qovulub, daha sonra isə müharibə caniləri – Sarqsyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirib.
Dördgünlük müharibədə ordumuzun layiqli cavabı nəticəsində düşmən qüvvələrini böyük itki verdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və digər mühəndis qurğuları məhv edildi, 320 hərbçisi öldürüldü və 500-dən artıq əsgəri yaralandı.
Bu qələbə ilə Azərbaycan əyani olaraq göstərdi ki, artıq 90-cı illərdəki Azərbaycan deyil. Biz artıq daha güclü, müasir və peşəkar orduya sahibik. İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə də bunu bir daha sübut etmiş oldu.
NƏTİCƏ
Aprel döyüşlərində qazanılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi.Bu qələbə ordumuza güvən və güc verdi, düşməndə isə böyük qorxu yaratdı. Həmçinin strateji önəmə sahib torpaqlar ələ keçirildi və bir sıra kəndlərimizin ermənilər tərəfindən atəşkəsə məruz qalmasının qarşısı alındı. Aprel qələbəsi Zəfərlə bitən 44 Günlük Şanlı müharibənin yolunu açdı. Bu qələbə ilə Azərbaycan ordusu öz gücünü və qüdrətini düşmənə bir daha sübut etdi.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Aprel döyüşləri haqqında esse
Bənzər mövzular:
Axtarış sözləri: aprel döyüşləri haqqında esse,aprel doyusleri haqqinda esse