2024 bütün əzəməti ilə qarşınızda dayanır. İndi özünüzdə nəyi bəyənmədiyinizi müəyyənləşdirmək və dəyişmək üçün addımlar atmaq vaxtıdır.Yeni ildə yeni bir insan olacağınıza tam inanıram. Bu, əlbəttə ki, asan olmayacaq, amma hər halda siz çətinliyi xoşlayırsınız. Bundan əlavə, çətin əldə edilən hədəfin dəyəri daha yaxşı qiymətləndirilmirmi? Unutmayın ki, kiçik kimi görünən dəyişikliklər belə zamanla həyatımızda böyük fərqlər yarada bilir.
Gəlin görək fərqli bir il üçün nələr edə bilərik.
1. Pis vərdişlərdən uzaqlaşın
Bİr insanın həyatı onun vərdişləridir. Pis vərdişləri qazanmaq asan, onları buraxmaq isə çətindir. Ancaq mümkünsüz deyil. Və bu prosses birdən-birə deyil, pillə-pillə baş verir. İstənməyən vərdişləri tərgitməyin ən gözəl yolu isə, faydalı vərdişlərin qazanılmasıdır. Bunun üçün Atomik vərdişlər kitabını oxuya bilərsiz.
2. Səyahətinizi Planlayın
Yorğun keçən bir ilin ardından səyahət etmək sizi mental olaraq özünüzü daha yaxşı hiss etdirəcək və əhvalınızı yüksəldəcək. Dünya sadəcə sizin qaldığınız şəhərdən vəya ölkədən ibarət deyil. Gəziləsi, kəşf olunası minlərlə məkan, yer var. Büdcəniz xarici səyahətə yetərli deyilsə, ən azından öz ökəmizi daha yaxşı tanımaq, kəşf etmək üçün səyahətə başlaya bilərsiniz. Səyahət edərək fərqli məkanlarda olmaq insanın dünya görüşünü artırır və fərqli bir gözlə hadisələrə baxmasına imkan yaradır.
3. Sağlam qidalanın
Qidalar bizim sağlamlığımıza deyil, həm də beynimizə və ruh halımıza birbaşa təsir. Yediyinizə, içdiyinizə bir az fikir versəniz, maşın əvəzinə velosiped seçsəniz, bitdi, getdi. Bununla məşğul olduğunuz müddətdə ciddi pəhriz planı və effektiv idman proqramı ilə həyatınızı tamamilə dəyişə bilərsiniz.
Sponsor Linklər
4. İnsanlara sizin üçün nə qədər əhəmiyyətli olduqlarını deyin
Bəzən biz insanlara olan yaxınlarımıza olan sevgimizi yetəri qədər ifadə etmirik.
Əgər onları həqiqətən sevirsinizsə və onlara əhəmiyyət verirsinizsə, bunu onlara bildirin. Təriflər, xoş sözlər həm deyən, həm də eşidən üçün çox dəyərlidir. Gözəl söz qarşı tərəfin əhvalını yüksəltmək və özünüzü daha yaxşı hiss etmək üçün çox gözəl seçimdir.
5. Yeni hobbilər qazanın
Hobbilər həyatımıza ayrı bir rəng və gözəllik qata bilir, Rəsm çəkmək, Gitara və piano çalmaq, şahmat oyanamaq, proqlaşdırma ilə məşğul olmaq və s. bunun kimi onlarla hobbi var. Onların arasında özünə ən uyğun olanı seç və həyatının bir parçasına çevir.
6. Prioritetlərinizi müəyyənləşdirin və ona görə yaşayın
Həyatdan nə istəyirsən? Həyatınızı öz arzularınıza uyğun yönləndirə bilirsinizmi? Əgər yoxsa, hər şeyi nəzərdən keçirin və hansı dəyişiklikləri etməyiniz lazım olduğuna qərar verin. Məqsədlərinizə diqqət yetirsəniz, daha xoşbəxt bir insan olacaqsınız. Əsl dəyərlərini və məqsədlərini itirən insanlar mənasız bir xaosda itməyə məhkumdurlar. İstəkləriniz media, cəmiyyət və modadan çox təsirlənir, bu da öz həyatınızı həqiqətən yaşamağınıza mane olur. Əgər başqasının həyatını yaşadığınızı hiss edirsinizsə, geriyə addım atıb seçimlərinizi yenidən nəzərdən keçirməyin vaxtıdır.
7. Sevdiklərinizi qucaqlayın
Qucaqlaşma insanlar üçün çox vacib bir antidepresandır. Bu zaman oksitosin hormonu ifraz olunur ki, nəticədə insan özünü daha xoşbəxt, rahat və güvəndə hiss edir . Qucaqlaşmaq insanlara bir-biri ilə enerji mübadiləsi edərək güclü bağlar və əlaqələr yaratmağa kömək edir. O, şifahi olmayan ünsiyyətdə çox güclüdür. Qucaqlaşma həm də güclü müalicəvi təsirə malikdir; Anksiyete, stress, depressiya və bir çox başqa psixoloji problemlərlə mübarizə aparmağa kömək edir. Sevdiyiniz insanları qucaqlamağı unutmayın.
Bənzər mövzular:
Axtarış sözləri: Yeni ili daha fərqli yaşamaq üçün bu 7 addımı at və həyatını dəyiş, heyati deyisen verdisler, heyatini deyis, həyatında dəyişiklik et,
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!