Yuxu şirin, həyat acı,
Yatmısanmı, oyaqsanmı?
Ey ruhumun ehtiyacı,
Gözlərimə çıraqsanmı?
(Sual şeiri – Zəlimxan Yaqub)
~~♡~~
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
(Sevgilər şeiri – Mikayıl Müşfiq)
~~♡~~
Sənə məktub yazıram
Yazıram ki,bağışla…
Burda hava pis keçir
Ara vermir yağışlar.
(Bağışla şeiri – Aqşin Yenisey)
Sponsor Linklər
~~♡~~
İndi yəqin yuxuda
Xumar-xumar gülürsən,
Eh… sən hardan bilirsən
Gecə yaman uzundur.
(Gecə yaman uzundur – Fikrət Qoca)
~~♡~~
Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…
(Bağışla şeiri – Ramiz Rövşən)
~~♡~~
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…
(Etiraf – Nüsrət Kəsəmənli)
~~♡~~
Könlüm sən tərəfdən arxayın olsa,
Bütün hicranları nəhayət eylər.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Hələ ilk sevgiylə qiyamım qalıb,
Qiyamətə qədər qiyamət eylər.
(Qəzəl – Musa Yaqub)
~~♡~~
Qocalıq özü bir sirri-xudadır,
Yalnız qocalanda bilirsən bunu.
Ömrə yamaq olan dərdi-bəladır,
Yalnız qocalanda bilirsən bunu.
(Yalnız qocalanda bilirsən bunu – Fikrət Sadıq)
~~♡~~
Öz halına uyğun deməsən sözü,
İstəyin qəbula yetişməz düzü.
(Əhvədi Marağalı)
~~♡~~
Nitqə gəl, sözünlə möcüzə yarat,
Xəyal göylərində sən aç qol-qanad…
(Fərhadnamə – Arif Ərdəbili)
~~♡~~
Dünyanın ölməyən bir qanunu var,
Bir yandan boşalar, bir yandan dolar.
( Səməd Vurğun )
~~♡~~
Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.
(Ömür şeiri – Bəxtiyar Vahabzadə)
~~♡~~
Kəssə hər kim tökülən qаn izini,
Qurtаrаn dаhi оdur yеr üzünü.
(Hüseyn Cavid)