Payız yetişəndə şeiri (Nizami Gəncəvi)
Əsdi xəzan yeli payız yetişdi,
Bağların əhvalı tamam dəyişdi.
Küləklər taladı bağçanı, bağı,
Soldu al güllərin yanar çırağı.
Arxlar kənarında otlar sapsarı,
Töküldü reyhanın şux yarpaqları.
Sankı ağaclıqda odlar qalandı,
Əlvan yarpaqları alışdı, yandı.
Adil Rəsul. Payızın sonu
Əsdi küləklər,
Soldu çiçəklər.
Uçdu baharda
Ağ kəpənəklər.
Yaşıl tarlalar
Barını verdi.
Bağçalar heyva,
Narını verdi.
Soldu paltarı
Yamacın, yalın.
Bizsə payızda
Geyindik qalın.
Balaş Azəroğlu. Payız gəlir
Sponsor Linklər
Saralır göy yarpaqlar,
Soyunurlar budaqlar.
Sanki bağçalar, bağlar
Deyirlər: Payız gəlir.
Solub əlvan çiçəklər,
Görünmür kəpənəklər.
Əsir soyuq küləklər –
Deyir ki: Payız gəlir.
Şimşəklər axıb gedir.
Göylər nə qəribədir.
Qaranquşlar köç edir,
Deyir ki: Payız gəlir.
Abdulla Şaiq. Payız
Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Ağaclarda nə meyvə var, nə yarpaq,
Bağ-bağçalar olmuş bütün çıl-çılpaq,
Quşlar uçub dəstə-dəstə gedirlər,
İsti yerə köçüb, qışlaq edirlər.
Nəbi Xəzri. Payız düşüncələri
Ellərə car çəkən payızın səsi
Düzlərə sərt əsən küləklərdədir.
Mehriban baharın isti nəfəsi
Ancaq ürəklərdə, ürəklərdədir.
Dağ susur, yüksəlir aranın səsi
Yığılmış pambıqlar qar tayasıdır.
Qatardan ayrılmış durnanın səsi,
Köç etmiş baharın son nidasıdır.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Mədinə Gülgün. Payız
Yaşıl yarpaqlara düşdü qızıl xal,
Çöllərə, düzlərə həzinlik gəldi.
Göy üzü bir anda oldu halbahal,
Dərələr kövrəldi, düzlər kövrəldi.
Yenə tənhalaşdı o buz bulaqlar,
Yenə də soyuqdu ocaq daşları.
Yenə də dumana büründü dağlar,
Əyləmək olmadı gedən quşları.
Əssə də payızın sərin küləyi,
Yenə ülfətdəyəm təbiətlə mən.
Dolub boşaldıqca şair ürəyi,
Ayrıla bilmirəm bu aləmimdən.
Mavi sular üstə üzən yarpaqlar
Qızıl qayıqları andırır mənə.
Fikrimə yaddaşlar yazan yarpaqlar,
Fikrimi ardınca aparır yenə.
Düşüb xəylımın kövrək izinə
Könlüm bu aləmdən ayrılma deyir.
Buludlar dolduqca göyün üzünə
Saçıma, üzümə yağış ələyir.
Yağışı, küləyi salmayır saya,
Bağlar öz barından sovqat bağlayır.
Küləklər elə bil bütün dünyaya
Bu qızıl payızın ətrini yayır…
Bir payız yağışı yağdıqca, yağır,
Payızı pişvaza çıxıb yol, yoxuş.
Ürəyimə təzə nəğmələr axır,
Saçıma, üzümə yağdıqca yağış…
Çox gözəl sağ olun 🥰👍💐
BombaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaüaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaãäžaaaaaaaaaaaaaAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAÀAAAAAAAAAÀAAAAAÀAAAÀAAÀAAAAÀAAÀAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaadır……………*