Elə filmlər var ki, bənzərsiz sənət əsəri kimidir. Dəyəri illər keçdikçə daha yaxşı bilinir. Azərbaycan film tarixi məhz bu cür əsərlərlə zəngindir. Kinomuzun inciləri öz səhnəsi, musiqisi və sözləri ilə yaddaşlarda böyük iz qoymuş və izləyicilərin könlünü fəth etməyi bacarmışdır.
Bu filmlərdən ən unudulmaz sitatları sizlər üçün bir araya gətirdik. .
Mən haqqı-salamı tapdalaya bilmərəm, Qəmlo!
Axırıncı aşırım ( 1971)
Mən qəhrəmanın qardaşı deyiləm, qəhrəman mənim qardaşımdır.
Ağ atlı oğlan 1995)
Adam gərək vnimatelni olsun.
Uşaqlığın son gecəsi (film)
-“Ay kişi, istəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?
-Yox.
-Düz deyirsən, səni elə görməsələr yaxşıdır”
Bəyin oğurlanması (1985)
Sponsor Linklər
Sən dul, mən dul. Gəl mənə bənd ol.
Arşın mal alan (1965)
“Oxusevpaylaş”
Bizlərdə aşikarə peşkəş almaq var, onlar isə gizlin almaq var. Biz hər zada inanırıq, onlar heç zada inanmırlar. Bizlərdə çox arvad almaq adətdir, onlarda isə çox kişi almaq.
Dərviş Parisi partladır (1976)
Eybi yox mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm. (Yaşar Nuri)
Yol əhvalatı (1980)
Ayəə ekologiya deyilən budur? Maykeyi ağ salırsan qara çıxır.
Bəxt üzüyü (1991)
Abbasqulu bəyin nazı ilə çox oynayırıq haaa, Kərbəlayı…
Axırıncı aşırım (1971)
– Ə, bə niyə ağlamırsınız?
– Axı biz qanmırıq, sən nə danişırsan.
– Səhərdən molla deyəndə qanırdız, gözünüzün yaşını tökürdünüz. O ərəbcə deyir, mən firəngcə. Bəs necə olur, onu qanırsınız, məni qanmırsınız? Əəəəə ağla dana, əəəə agla!!!
Qəm pəncərəsi (1986)
Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib.
Bəyin oğurlanması (1985)
Gəlmişəm məclisə mən könlünüzü şad eliyim,
Nə ki bihudə yerə naləyi fəryad əliyim
Kimsə yox sakit otursun, qulaq assın sözümə
Qalmışam matu-məətəl kimə irad eliyim?
Tutalım əsrimizin Həzrəti İsası mənəm
Bu soxa-soxda nə möcüzə icad eliyim?
Əliağa Vahid
Qəzəlxan (1991)
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
-“Denən sən öl, Həsən ağanın qohumuyam”
-“Sən öl, Həsən ağanın qohumuyam”
-“Onda gəl min mənim boynuma. Neynim Həsən ağanın qohumusan…”
Evlənmək istəyirəm (1983)
Müharibədə üç cür adam olur: Tank belində şəkil çəkdirənlər, müsahibə verənlər, bir də vuruşanlar.
Dolu (2012)
Bənzər Sözlər:
Məşhur filmlərdən replikalar və mənalı sitatlar
Kurtlar Vadisi Pusu serialından unudulmaz sitatlar
Axtarış sözləri: azərbaycan filmlərdən sitatlar,filmlərdən sözlər,filmlərdən replikalar,filmlərdən gözəl sözlər,filmlərdən sitatlar,azərbaycan filmlərindən sitatlar,azeri filmlerinden sitatlar,azerbaycan filmlerinden sozler,filmlerden sozler,filmlerden statuslar,filmlerden replikler,filmlerden sitatlar,azerbaycan kinolarindan sitatlar,nesimi filminden sitat