Ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək – şüurlu həyatın məqsədi budur. – Platon
Ağıllı o kəsdir ki, özünü görə bilir. – Viktor Hüqo

Yalnız özünü axtar, hər şeyi taparsan. – Sokrat
Cahillik, ağılın aysız və ulduzsuz gecəsdir. – Mark Tulli Siseron
Eyni gücə malik iki insandan haqlı olanı güclüdür. – Pifaqor
Günəşin sənə gəlməyini istəyirsənsə kölgədən çıx. – Konfutsi

İnsanı böyük vəya kiçik edən, onun öz iradəsidir.- Fridrix Şiller
Geniş ağıla, güclü təxəyyülə və fəal ruha malik insan dahidir. – Rene Dekart
Qəlbimin möhürü necə açıla bilər, qırılmadan? – Cübran
Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim. – Sokrat
Ağıl padşahı qəfəsi qırdımı, quşların hər biri bir istiqamətə uçar. – Mövlana
Təkəbbür savadsızlıqdan və tamahkarlıqdan irəli gəlir.
Müdriklik həyat elminin mənimsənilməsidir. – Dədə Turxan

Dövlətlər insanlar kimidir, onlar da insan xarakterindən yaradılırlar.- Platon
Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. – Cübran
Fəlsəfi mübahisələrdə uduzan qalibdir, çünki o, yeni bir müdriklik əldə etdi. – Epikür
Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir. – Aristotel
Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. – Cübran