İxtisas seçimi həyatınızın ən önəmli qərarlarından biridir. Necə bir gələcəyə sahib olacağınız həm də böyük ölçüdə bundan asılıdır.
Bir çox tələbə ali məktəbi bitirdikdən sonra oxuduğu sahədə işləmək istəmir və sevdiyi başqa sahəyə yönəlir. Bəziləri isə sərf etdikləri pulu və zamanı nəzərə alıb sevmədikləri ixtisasda illərlə işləməyə razı olur. Təəssüf ki, tələbələrin bir qismi seçdikləri ixtisasın onalara görə olmadığını məhz universiteti bitirdikdən sonra anlayır. Bütün bunların səbəblərini aşağıdakı şəkildə sıralamaq olar:
- Abituriyentlərin ixtisasları yetəri qədər araşdırmaması
- İxtisas seçiminin səriştəsiz digər şəxslərə həvalə edilməsi
- Ali məktəbə plansız və hədəfsiz hazırlaşmaq (Hara düşərəm düşərəm)
- Diplom almaq xatirinə ali məktəbə qəbul olmaq dəbi
- Öz istədiyi ixtisası deyil, ailənin istədiyi ixtisası seçmək
- Ali məktəbi bitirdikdən sonra arzu və xəyalların dəyişməsi
O ölkələr tərəqqi və inkişafa doğru gedir ki, orda hər peşə işini bilən və sevən insanlara əmanət edilib. Bizdə isə hər 10 ali təhsilli gəncdən 9-u ya oxuduğu sahə üzrə işləmir, ya da öz ixtisasından məmnun deyil.
Bu həmdə önəmli bir sualın cavabıdır:
İnsanlar niyə xoşbəxt deyil?
Bu deyim hər şeyi çox gözəl izah edir:
Sadəcə sevdiyiniz işdə uğurlu ola bilərsiniz.
Əslində bu problemlərə digər ölkələr də rast gəlinir. Ancaq Azərbaycan kimi yeni inkişaf etməkdə olan ölkələrdə bu cür problemlər daha çox müşahidə olunur.
Sponsor Linklər
Çoxluqla edilən səhvlərdən biri də, sadəcə maaşa görə ixtisas seçməkdir. O ixtisasın iş imkanları, peşə tələbləri və fəaliyyət tərzi yaxşı araşdırılmır. Məsələn, gənclərin bir çoxu proqramlaşdırma, dizayn və marketinq sahələrini yönəlir ancaq bu sahəni sadəcə pul üçün seçənlər təəssüf ki, bir uğur əldə edə bilmirlər.
Bəs bunların yaşanmaması üçün nə etməli?
Zənnimcə, bu cür halların baş verməməsi üçün bunlar edilməlidir:
- Müəllimlər lap kiçik yaşlarından uşaqlara özünü tanımağa və nə istədiyini bilməyə kömək etməlidir.
Özünü tanımayan və nə istədiyini bilməyən bir şagird gələcəkdə doğru bir ixtisas seçə bilməz. - Məntiqdən çox hisslərinizə güvənməyi öyrənin.
Məntiq çox faydalı alətdir, ancaq sizin üçün ən doğrunu ürəyiniz bilir. Ürəyinizdən ən çox hansı ixtisası seçmək gəlirsə onu da seçin. - Seçəcəyiniz ixtisasın peşəkarı olan insanlarla tanış olun.
Beləcə o peşəni daha yaxşı tanımış olacaqsız. Çünki, bəzi ixtisaslar hər nə qədər prestijli olsa da kənardan göründüyü kimi olmur.
Uğurlu və xoşbəxt olmağı hər insan istər. Və uğurlu və xoşbəxt insanlar öz yolunu, öz seçimini edən, xəyallarının ardnca gedən insanlardır. Bunun üçün sadəcə nə istədiyini bilmək və əzmlə, böyük inamla çalışmaq gərək. Müvəffəqiyyət və sevinc dolu bir həyat ümidi ilə…
‘Eğer, ilerde birgün ‘keşke’ demek istemiyorsan, 3 şeyi doğru seç; eşini, işini ve arkadaşını.’
– Yunus Emre
Axtarış sözləri: ansi ixtisas daha yaxsidir,hansı ixtisası seçməliyəm,ixtisas seçimi necə edilir,ixtisas seçimini necə etməli,peşə təhsili,kolleclərə ixtisas seçimi 2023,kolleclere ixtisas secimi 2023,kollec ixtisas secimi,ixtisas uyğunluğu, Peşə və ixtisas seçimində edilən yanlışlar | Doğru ixtisas seçimi necə edilir?
Bənzər Mövzular:
Dövlət qulluğu haqqında, Dovlet qullugu haqqinda
Məşhur İş Adamlarının Biznes və Uğur Haqqında Dəyərli Sözləri