Əlifba bayramına aid şeirlər, Əlifba şeirləri

elifba bayramina aid seirler,elifba bayrami seiri,əlifbaya aid şeirlər,əlifbaya aid şeir,əlifbaya aid şerlər,əlifba bayramına aid şeirlər,əlifba şeiri,əlifba bayramı üçün şeirlər,Əlifba bayramına aid şeirlər, Əlifba şeirləri
3.3
(4)

Əlifba bayramına həsr olunmuş bir-birindən gözəl şeirlər

“Kitabların anası” şeiri

Müəllif: Zahid Xəlil.

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!

Əlifba bayramına aid şeirlər, Əlifba şeirləri

“Əlifba” şeiri

Müəllif: Naməlum

Əlifbanı öyrəndim
Tanıyıram hərfləri.
Heç əlimdən qoymuram
Kitab, qələm, dəftəri.


“A” hərfi şeiri

Müəllif: Zaur Ustac

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünə
A ilə başlayırıq.
Ata, Ana tək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.


“Hərflər” şeiri

Müəllif:Zahid Xəlil.

Əlifba kitabını
Açdı balaca Əsəd.
“A” hərfi söylədi:

– Məni yazmaq istəsən,
Sözlərimə əməl et.
Bir nöqtədə birləşən
İki qolum var mənim.
Ortamdan bir xətt keçir,
Sağım – solum var mənim.
“O” hərfi söylədi:
Təkərə oxşayıram.
“C” dedi ki, amma mən
Kəmərə oxşayıram.
“T” dedi: – Eh teleqraf
Ağacıyam elə bil.
Məni yazmaq, oxumaq
O qədər çətin deyil!
Əsəd dedi: – Dayanın
Axı, bu səs – küy nədir?!
Öyrənərəm bu gündən
Hamınızı birbəbir.

Əlifba şeiri Elifba seiri

“ Ə “ şeiri

Müəllif: Zaur Ustac

Əlifbam əlimdədir,

Ə hərfi tanışdır.

Gözümün önündəki

Əlim Ə – lə başlayır.

sponsor 3

Nənədə iki Ə var

İki Ə – li nəvə də

Babam Ə – dən küsəndə,

Ona deyirəm dədə.


“Danışan hərflər” şeiri

Müəllif: Gülarə Münis

Hərflər dilə gəldi,
Biri belə söylədi:
“A “deyirlər adıma,
“N” yetişsə dadıma.
Yaranar “Ana” sözü,
Gülər dünyanın üzü.

Bir “T” gəlsə o saat,
Vərəqdə yazılar “At”.
Bir “A”da çağıraram,
“Ata” sözü yazaram.

“B” söylədi: Sus bir az,
Qarşıda bir “B” da yaz,
İki “B” və iki “A”,
Birlikdə olar “Baba”.

Bu dəfə dözmədi “C”,
Dilə gəldi bu bacı:
Mənimlə yazılır “Can”,
Vətənim Azərbaycan.
Çox şirindi dilimiz,
Bəxtəvərdi elimiz!.


Əlifba bayramına aid şeirlər, Əlifba şeirləri

“Əlifbam” şeiri

Müəllif:

Əlifbam, ay əlifbam,
Bir sehrli açarsan.
Elmin qapılarını,
Üzümüzə açarsan.

Oxumağı – yazmağı,
Öyrənmişəm təzəcə.
İndi sətirlər üstə,
Baxışlarım gəzəcək.

Ay aman, gözləyirmiş,
Kitabda bizi nələr?
Açılıb üzümüzə,
Qiymətli xəzinələr.

Cümlələr arasında,
Nələr, nələr görürəm?!
Məna çiçəklərini,
Baxışımla dərirəm.

Kitablar ruhumuzda,
Fırtına qoparacaq.
Sətir cığırlar bizi
Zirvəyə aparacaq.

“Əlifbam” şeiri

Bənzər mövzular:

Axtarış sözləri: elifba bayramina aid seirler,elifba bayrami seiri,əlifbaya aid şeirlər,əlifbaya aid şeir,əlifbaya aid şerlər,əlifba bayramına aid şeirlər,əlifba şeiri,əlifba bayramı üçün şeirlər,elifba bayrami haqqinda seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.3 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir