Hər yeni doğan körpə yeni bir dünya deməkdir.
Barış Manço
Uşaqlar cənnətin açarlarıdır. -Erik Hoffler
Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilməzdik.- Fyodor Dostoyevski
İçindəki uşağı qoru. Gözəlliklər onda gizlidir..-Səbuhi Quluzadə
Uşaqlar kasıbların sərvətidir. -Tomas Fuller
Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin – Hz.Əli
Bəzən uşaqlar insanları hamıdan yaxşı anlayırlar.-Agatha Christie
Uşaqlar torpağın canlı çiçəkləridir.-Maksim Qorki
Uşaqlar gələcəyin insanlığıdır.- Dostoyevski
Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur -Viktor Mari Hüqo
Atanın verdiyi tərbiyə uşaqların sərvətidir.- Anatol Frans
Ömür qısadır, lakin insan onu öz uşaqlarının ömründə yaşaya bilər. -Anatol Frans
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir. – T.Hesburq
Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır. -Nəsirəddin Tusi
“Sabah” sözü uşaqlar və cəsarətsiz adamlar üçün uydurulub. -İvan Turgenev
Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz,heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz. -Jan Jak Russo
İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir.-Cengiz Aytmatov
Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər. – Rabindranat Taqor
Bir uşağın ehtiyaclarının içində ata himayəsi qədər güclü ehtiyacın olduğunu zənn etmirəm.- Ziqmund Freyd
İnsanın qəlbini uşaqlar müalicə edir…- Fyodor Dostoyevski
Əgər gözəl uşaqlar böyütmək istəyirsinizsə, etməli olduğunuz ilk şey, onlarla mülk kimi danışmaq əvəzinə, onlarla insan kimi danışmaqdır. -Frenk Zappa
Hər uşaq bir tərəfdən dahi, və hər dahi bir tərəfdən uşaqdır. – Artur Şopenhauer
Dahiliyin sirri uşağın ruhunu qocalığa daşımaqdır ki, bu da həvəsinizi heç vaxt itirməmək deməkdir.- Oldos Haksli
Hər bir adam bir zaman özünün də uşaq olduğunu xatırlasaydı, kifayət edərdi.- Fyodor Dostoyevski
Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.- Corc Bernard Şou
Əgər biz dünyada həqiqi sülhə nail olmaq istəyiriksə, o zaman uşaqlardan başlamaq lazımdır. – Mahatma Qandi
Böyüklər və uşaqlar arasındakı fərq oyuncaqlarının qiymətidir. -Robert Li Frost
Böyük adamın ciddi hissləri uşaqda gülməli görünər. -Çarlz Dikkens
Qadın uşaqları kişidən daha yaxşı başa düşür, lakin kişi qadına nisbətən daha uşaq xasiyyətlidir. Həqiqi kişinin içində oynamaq istəyən bir uşaq gizlənib.-Friedrich Nietzsche
Uşaqlar haqqında aforizmlər və gözəl sözlər
Uşaqlar irq və din nədir bilməzlər, insanlara qarşı ayrı-seçkilik etməzlər. Meyarları sadəcə sevgidir. Nifrəti böyüklərdən öyrənərlər. – Martin Lüter Kinq
Bencamin Franklin
Uşağın adi bir gülüşünün insanın həyatında necə böyük rol oynadığını sanki o anda dərk etdim.-Marc Levy
Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki,o adam öz məhəbbətini uşağa işlə sübut edir. – Vissarion Belinski.
Cəza uşağın etdiyi hərəkətə yox, valideynin əhval-ruhiyyəsinə bağlıdır. Bu, uşağa özünü dəyərsiz və çarəsiz hiss etdirməyin və təhlükənin hər an, hər yerdən qarşına çıxa biləcəyi hissini aşılamağın ən yaxşı yoludur.-Daniel Goleman
Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar. -Nikolay Çernışevski
Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır. -Jozef Addison
Uşağı qaranlıqdan qorxduğu üçün qınamayın. Əsl faciə böyüklərin işıqdan qorxmasıdır. – Platon
Qəribədir, görəsən, nə üçün mən kiçik olarkən böyüklərə oxşamağa çalışır, böyüdükdən sonra isə çox vaxt kiçik uşaqlara oxşamaq istəyirdim.- Lev Tolstoy
Uşaq olmaq nə dəhşətli şey imiş! Ürəyin suallarla dolu olur, ancaq heç kimdən heçnə soruşa bilmirsən!- Stefan Zweig
Uşaqlıqdakı bəzi yaralar sağalmır. Sadəcə müvəqqəti olaraq unudulur. Zaman böyüyənə qədər bizə möhlət verir, ondan sonrə isə bu yaralar müəyyən məqamlarda özünü yenidən xatırladır. -Marc Levy
Dünyanın bütün harmoniyası əzab çəkən körpə bir damla göz yaşına dəyməz.- Fyodor Dostoyevski
Gülüş – ruhun heç çaşmayan aynasıdır. Yalnız uşaqlar qüsursuz bir gülüşlə gülməyi bacararlar. -Fyodor Dostoyevski
Güvənsiz böyümüş uşaq,hər an tərk edilmə qorxusu yaşayan aşiqə dönüşər zamanla. Xoşbəxtlik uğruna risk almaz, sarıldığı boyundan ayrılmaz.-Can Dündar
Necədə qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşüyürük. – Can Dündar.
Uşağın necə tullanıb-düşdüyünü, sevinib güldüyünü görmüsən yəqin. Ondan niyə sevindiyini soruşsan, səni dəli hesab edər. Çünki uşaq sevinmək üçün səbəb axtarmır. O sevinir, vəssəlam. Hər şeyə sevinir. Uşağın heçnəyi yoxdu. Nə baş nazirdi, nə vəkildi, nə biznesmen. Onun var dövləti sahildən topladığı balıqqulağından, daşlardan ibarətdir.-Oşo
Yüksək əqli imkanlara və bacarıqlara malik uşaqlar var, lakin onların dəcəlliyi və inadkarlığı üzündən hamı onları inkar edir, yararsız hesab edir. Bu uşaqlara düzgün yanaşmanı tapıb tərbiyyə etsək, onlar dahi olaraq böyüyərlər. -Yan Komenski
Yeni bir millətin doğuşu qadınla başlayar.
Çünki Ana, övladın ilk müəllimidir.
Və onun uşağa öyrətdiklərini, uşaq dünyaya öyrədər. –Naməlum
Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir. – deyib Albert Enişteyn.
Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır.- Dostoyevski
Uşaqlar böyüklər kimi deyil.Onlar kiçik və dəyərsiz şeylərdənnecə də xoşbəxt olmağı bacarırlar.Kaşki böyüklər də, o cür aza qane olub, əllərində olan dəyərsiz hesab etdikləri şeylərlə sevinə bilərdilər..-Rövşən Abdullaoğlu
Uşaqlara gözəl dünya miras qoymaq yerinə dünyaya gözəl uşaqlar miras qoysaq dünyanın bütün problemlərini həll etmiş olarıq.
Əziz Nesin
- 1 İyun uşaqlara aid şeirlər 👧👦, Uşaqlar gününə aid şeirlər
- Uşaq Şeirləri, Uşaqlar Üçün Şeirlər
- 1 iyun Uşaqların Müdafiəsi Günü haqqında, 1 İyun Usaqlar Gunu
Axtarış sözləri: uşaqlar haqqında gözəl sözlər,1 iyuna aid sozler,usaqlar bayramina aid sozler,1 iyun usaqlar gunune aid sozler,usaqlar haqqinda gozel sozler,uşaqlara aid gözəl sözlər,uşaqlar gününə aid sözlər,uşaqlara aid sözlər,usaqlara aid menali sozler,usaqlara aid status,usaqlara aid sozler
