Sinan Oğan kimdir? Sinan Oğan haqqında
Sinan Oğan kimdir? Sinan Oğan Türkiyədə siyasətçi kimi tanınır. O, 1969-cu il 14 mart tarixində azərbaycanlı bir ailənin övladı kimi Türkiyənin İğdır bölgəsində dünyaya göz açıb. Sinan Oğan ali təhsilini iqtisadiyyat və idarəetmə üzrə almışdır. Türkiyənin Marmara Universitetində ali təhsilini tamamlayan Sinan Ogan daha sonra 1992-ci ildə elə həmin universitetdə hüquq və bank işi istiqamətində magistr təhsilini tamamlayır. Bununla kifayətlənməyən Sinan Ogan Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində doktorantura təhsilinə davam edib.
Sinan Oğan və Azərbaycan
Sinan Oğanın azərbaycanlı bir ailədən olduğunu qeyd etmişdik. Azərbaycana olan bağlılığı və Azərbaycanla əlaqədar fəaliyyəti, demək olar ki, həmişə göz önündə olmuşdur.
1991-ci ildə Sovet Hakimiyyəti (SSRİ) sonlanmazdan əvvəl Sinan Oğanın Əbülfəz Elçibəylə görüşü gerçəkləşmişdi. Bu görüşdən sonra Azərbaycanın müstəqil olduğu illərdə Əbülfəz Elçibəyin ofisində çalışmış, daha sonrakı illərdə də Azərbaycanla olan əlaqələrini kəsməmişdir. 19920-2000-ci illərdə Sinan Ogan TİKA-nin (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) Azərbaycan təmsilçisi kimi çıxış edib.
Dağlıq Qarabağ münaqişəsi. Sinan Oğan Türkiyədə daima ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı olan mənfi niyyətlərini, erməni vəhşiliklərini, tarix boyu millətimizin başına gələn soyqırım və faciələri – tarixi həqiqətləri çatdıran bir sıra tədbir və layihələrin əsas iştirakçısı olmuşdur. 20 Yanvar, Xocalı soyqırımı, Mart soyqırımı və digər təcavüzkar əməllərin bütün dünyaya çatdırılması Sinan Oğan üçün də xüsusi diqqət mərkəzində olan bir məsələ idi.
Sinan Oğan həmçinin Türkiyə Azərbaycan Dərnəyinin yaradıcısı olmuşdur. Bu dərnək (TAD) Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olub və Azərbaycanın Türkiyədəki diasporunun inkişafına xidmət edib.
2011-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafında iştirak edən bir çox şəxsi təltif edərkən Sinan Oğan da həmin şəxslər arasında yer alıb. O, İlham Əliyev tərəfindən Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafında olan xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Bütün bunlar Sinan Oğanın Azərbaycana və Azərbaycan xalqına olan sevgisini sübut edən faktlardır.
Sponsor Linklər
Sinan Oğanın iş həyatı və karyerası
Sinan Oğanın iş fəaliyyəti də elə ilk zamanlar təhsil sahəsində (əsasən, universitetlərdə) başlayır. Marmara Universitetində işçi kimi, Azərbaycan Dövlət İqtisad Universitetində dekan köməkçisi və müəllim kimi çalışıb.
Sinan Oğan 2004-cü ildə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin – TÜRKSAM əsasını qoymuşdur. TÜRKSAM Türkiyə və ona yaxın bölgələrə təsir edən siyasi proseslər mövzusu ətrafında akademiklər, siyasətçilər, elm adamları, tələbələr və s. qrupların iştirak etdiyi seminar və konfranslar təşkil edir. Bundan əlavə, TÜRKSAM ətrafında toplanmış olan araşdırmaçı və mütəxəssislər araşdırma apardıqları mövzularda məqalə və nəticələri açıqlayan yazılar yayımlayırlar.
Sinan Oganın rəhbərliyi (başkanlığı) ilə fəaliyyət göstərən bu qurum öz fəaliyyəti ilə bağlı əlçatan məlumatları rus, ingilis və türk insanlara təqdim edir. (Bax: http://turksam.org/)
Sinan Oğan hal-hazırda siyasətçi kimi tanınır. Buna baxmayaraq bir çox sahələrdə fəaliyyəti ilə diqqət çəkib (istər təhsil, istər radio aparıcısı, istərsə də digər sahələrdə). Sinan Oğanın yayımlanmış yüzlərlə məqaləsi, həmçinin kitabları mövcuddur. Bunlar, əsasən, siyasi və iqtisadi mövzuları əhatə edir.
Sinan Oğan necə siyasətçidir? Siyasətçi Sinan Oğan
Sinan Oğanın siyasi fəaliyyəti və bir siyasətçi kimi statusu Milliyetçi Hareket Partisi (2011-2017), Bağımsız (2017-ci ildən bəri) partiyaları, eləcə də ATA İttifakı ilə əlaqəlidir.
O, 2011-ci ildə Milliyetçi Hareket Partisini temsil ederek (MHP) İğdırın millət vəkili seçilmişdir. 2015-ci ildə isə mənsub olduğu MHP-dən çıxardılır. Bu hadisədən sonra Sinan Ogan qarşı tərəfi məhkəməyə verir, elə həmin ildə məhkəmə nəticələrinə əsasən yenidən MHP-yə qayıdır. Ancaq təəssüf ki, 2017-ci ildə Sinan Oğan yenidən MHP-dən çıxardılır (digər bir qrup siyasətçi ilə birgə).
Türkiyədə 2023 seçkiləri və Sinan Oğan
Sinan Oğan Türkiyədə 2023-cü ilin may ayında keçirilən seçkilərdə ATA İttifaqının vahid namizədi kimi çıxış etmişdir. O, prezident seçkiləri üçün namizədliyi qəbul olunan 4-cü şəxs idi. Prezidentliyə namizəd kimi seçilən digər şəxslər Türkiyə prezidenti olmuş R.T.Ərdoğan, Muharrem İnce və Kemal Kılıçdaroğlu idi.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Sinan Oğan Türkiyədəki prezident seçkilərində (2023, may) 3 milyona yaxın seçicinin səsini (5%-dən çox səs) topladı. Sinan Ogan 2. turda kimi dəstəkləyəcək? Türkiyədə prezident seçkilərinin ikinci turunun 2023-cü il may ayının sonunda həyata keçiriləyi bildirilmişdi. Sinan Ogan ikinci turda Ərdoğanı dəstəkləyəcəyini (Kılıçdaroğluya qarşı) qeyd etmişdi.