“ QOCA QANAD ŞEİRİ”
Uşaqların qəlbində
Hər ikisi əzizdir.
Heydər bizim babamız,
Zərifə nənəmizdir.
~~♡~~
Şirindir körpələrin
Dodağında nəğməsən.
Kamalınla bir əsr
Dillərdə əzbərsən.
~~♡~~
Vətənə bəxş ediblər
İLHAM kimi övladı.
Dünyanı heyran qoyub,
Onun şöhrəti,adı.
Sponsor Linklər
Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş şeirlər
“ZƏRIFƏ XANIM!” ŞEİRİ
Dünyalar içində zərifdən zərif,
Zərif bir dünyasan, Zərifə xanım.
Analar inciməz sözümdən mənim,
Ən böyük anasan, Zərifə xanım!
~~♡~~
Dağ olmazdı, söykənməsə dağ dağa,
Arxaydın Heydərtək möhtəşəm dağa.
Günəşin nurusan başdan-ayağa,
Sahilsiz dəryasan, Zərifə xanım!
~~♡~~
Şöhrətin yayıldı ulduza, aya,
Dar gündə yetişdin köməyə, haya.
İlham kimi oğul verdin dünyaya,
Nə gözəl bağbansan, Zərifə xanım!
~~♡~~
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Gördüklərim nə zəmidi, nə dəndi,
Soruşmuram, saçındakı nə dəndi?
Nə tez getdin, söylə, səbəb nədəndi?
Yoxsa ki, röyasan, Zərifə xanım!
~~♡~~
Şəninə yaraşan dastan gəzirəm,
Sağalmaz dərdlərə dərman gəzirəm.
Mən məlhəm gəzirəm, loğman gəzirəm,
Təbibsən, loğmansan, Zərifə xanım!
~~♡~~
Sənin gücün sözündəydi, gözdəydi,
Qəlbindəki, atəşdəydi, közdəydi.
Yəqin o vaxt gözlərinə göz dəydi,
Sirli bir ümmansan, Zərifə xanım!
~~♡~~
Heyran idi hamı o vaxt sizlərə,
Qələmin gücü yox, yaza, söz dərə.
Gözünün nurunu verdin gözlərə,
Qəlblərə ziyasan, Zərifə xanım!
~~♡~~
Alov közdən qaçdı, göz közdə qaldı
Çoxunun dediyi söz, sözdə qaldı.
Əbədi ünvanın gözlərdə qaldı,
Nə böyük mənasan, Zərifə xanım!
Müəllif: Xankişi Bəxtiyar
Açar sözlər: Zərifə Əliyevaya Aid Şeirlər,Zərifə Əliyevanın 100 Illiyi,Zərifə Əliyeva 100 Illiyi,Zərifə Əliyeva 100,Zərifə Əliyevanın Anım Günü