novruz bayramina aid seirler novruz aid seir
4.6
(61)

Novruz bayramına aid şeirlər toplusunda ən yaxşı şeirləri sizlər üçün bir araya topladıq.
🌺🌼 Bir-birindən gözəl 10 Novruz şeiri🌺🌼

Bildiyiniz Novruz şeirləri varsa şərhlərdə yazaraq bizlərlə bölüşün.

Novruz gəlib, yaz gəlib şeiri

Novruz gəlib, yaz gəlib şeiri

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.

Kosa, sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı.

Novruza bax, yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,
Keçəl başa tük bitir.

Keçəl başın yağlasın,
Dəsmal verək bağlasın.
Məclis qurub oynasın,
Çırtdıq vuraq oynasın,
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.

Müəllif: Ramiz Rövşən


Novruz bayramına aid şeirlər

“Novruz Bayramı” şeiri

Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.
Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.
Göyərib səmənilər,
Payla dolub sinilər,
Gəlib Novruz bayramı,
Sevinir, gülür hamı.

Müəllif: S.Fətəliyeva


Novruz şeiri

Novruz şeiri

Xonçalı Novruz gəlir,
Qönçəli Novruz gəlir.
Sürmə çəkin qaşına,
Noğul səpin başına.

A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə.
A uyruğu, uyruğu,
Saqqalı it quyruğu.

Kosam bir oyun eylər.
Quzunu qoyun eylər.
Tonqalları addayın,
Tüfəngləri oddayın.
Xonçalı Novruz gəlir,
Qönçəli Novruz gəlir.

Müəllif: Naməlum


Novruzun tərifi şeiri

(Novruz bayramına aid şeir)

Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.

Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.

İlaxır Çərşənbənin
Bir başqadır növrağı.
Əski dünyadan gəlir,
Onun səsi-sorağı.

Bu bayrama çatan yox,
Girsin bəhsə, yarışa.
Heyran qalmamaq olmur
Bu nəcib yaranışa.

Allahın möcüzəsi,
Görkəzməsi bəlkə də.
Hələ belə bayram yox,
Nə diyarda, ölkədə.

Müəllif: Yusif Dirili


Bahar bayramı şeiri

Salamladıq bülbülü,
Açıldı novruzgülü.
Bağlarda quşlar ötdü,
Nərgiz, bənövşə bitdi.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşıladıq Novruzu,
Şamlar sarı, qırmızı.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Süfrələr bər-bəzəkli,
Üstü şirin çörəkli….
Nimçələrdə yer-yemiş,
Şəkərçörəyi, kişmiş.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

sponsor 3

Pıçıldaşdı bülbüllər,
Bəzədi bağı güllər.
Saldı zoğal və alça
Yerə çiçəkdən xalça.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Müəllif:Mirvarid Dilbazi

Bənzər mövzu: Bahar fəslinə aid gözəl şeirlər


Novruz bayramı şeiri

Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.

Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.

Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.

Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.

Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışırlar yel kimi.

Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.

Müəllif: Şirinxanım Kərimbəyli.


Novruz gəl şeiri

Süfrədə düzüm-düzüm:
Ləb-ləbi, xurma, üzüm.
Plovda qalıb gözüm,
Novruz, gəl ha, Novruz , gəl.

Sənsən parlayan ulduz
Keçəl, kosa, bahar qız.
Qoyma gəl bizi yalqız,
Novruz, gəl ha, Novruz, gəl.

Könül evi viran var
Bəxtindən nigaran var
Aralıqda hicran var,
Novruz, gəl ha, Novruz, gəl.

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət açıb-daşsın
Novruz, gəl ha, Novruz, gəl.

Göyərtmişəm səməni
Gözləyirəm il səni.
Tez gəl, sevindir məni,
Novruz, gəl ha, Novruz, gəl.

Burda dağlar baş-başa
Bağ-bağçalar tamaşa
Əlvida dedik qışa,
Novruz, gəl ha, Novruz, gəl.

Müəllif:Yusif Dirili


Novruzum şeiri

Qədəmin mübarək Novruzum!
Nə qüssə, nə qəm çək, Novruzum!
Başında çələng var al-əlvan,
Səninlə oyanır bu cahan!


Dumduru suların axanda,
Göylərdə şimşəyin çaxanda,
Yamyaşıl otların silkinər,
Gülərsən göy gülər, yer gülər!


Sən bahar qızısan, Novruzum!
Torpağın nazısan, Novruzum!
Al rəngin yaşıla qarışar,
Sən gəlsən küsənlər barışar!


Nəfəsin səməni cücərdər,
Nemətə bürünər süfrələr!
Qoğalın günəşdir nimçədə,
Şamların sönməsin heç vədə!


Şəkərburan aydı evlərdə,
Bol olsun, ruzumuz ellərdə!
Paxlava dörd ünsür, çərşənbə,
Tanrıya duada hər bəndə!


Dörd yana xeyrimiz yollansın!
Qələbə ruhumuz canlansın!
Şirinin, şəkərin, noğulun,
Söylənsin əfsanən, nağılın.


Yumurta bəzənər rəngbərəng,
Tonqalın şimşəklə həmahəng!
Şəninə şərbətlər içilər,
Körpənə köynəklər biçilər!


Güllü don geyinər gözəllər,
Qədrini el bilər, gün bilər!
İgidlər “Qaytağı” oynayar,
Sellərin, suların qaynayar!


Silinər qəlblərin ağrısı,
Parıldar köhlənlər sağrısı,
Torpağın, güllərin, otların,
Bu gözəl, sevimli baharın,


Könüllər vəsfinə söz qoşar,
Nəğməli suların gurlaşar!
Gün vürub, daşların qızanda,
Plovun dəm alar qazanda!


Ən əziz müjdəsən yurduma,
Gəl əziz Novruzum,
Bir də sən yurduma!

Müəllif: Zərəngiz Dəmirçi Qayalı


Novruz Bayramı şeiri

Novruz Bayramı şeiri novruza aid şeir

Səmənini gətirin,
Miz üstünə qoyun, hey!
Kos-kosanı başlayaq,
Gözəldir bu oyun, hey!

Yaz coşdurur adamı,
Gəlir Novruz bayramı!

Bir nimçəyə düzülsün
Yeddi löyün şirniyyat:
Qoğal, qovut, paxlava,
İydə, badam, qoz, nabat.

Yansın hər evin şamı,
Gəlir Novruz bayramı!

Tonqal çataq həyətdə,
Könül açsın məşəllər.
Öz bəxtini sınasın
Bütün qönçə gözəllər.

Tapın iynəni, camı,
Gəlir Novruz bayramı!

Məhlə-məhlə dolanaq,
Qapıları pusaq biz,
Gözəl sözlər danışın,
Gəlib qulaq asaq biz.

Gülsün ellərin kamı,
Gəlir Novruz bayramı!

Nəğmə deyir qaranquş,
Novruzgülü bitib ha!..
Papaq atın, pay alın,
Son çərşənbə yetib ha!..

Bu yeni il axşamı
Gəlir Novruz bayramı!

Lopa yandırın, dostlar,
Zülmət nura qarışsın.
Susub durmaq günahdır,
Küsülülər barışsın!

Sevinsin, gülsün hamı,
Gəlir Novruz bayramı!

Müəllif: Sabir Mustafa


Gül açan Novruzun solmasın,Vətən! şeiri

Oyanıb çəməndə bir səhər tezdən
Gül açan Novruzun solmasın,Vətən!
Səməni cücərdib süfrəyə düzən
Ellərin çörəksiz olmasın ,Vətən!

Qışı nisgillisən,gözləri yaşlı,
Kədərli,qüssəli,alnı qırışli.
Eybi yox,baharın olsun yağışlı,
Qəhərdən ürəyin dolmasın,Vətən!

Açır sinəsini qarlı quzeylər.
Mələşir,düzlərə qaçır quzular.
Süfrəndə min nemət,şirin ruzu var.
Tale onu səndən almasın,Vətən!

Çatıb ulduzlarla qovuşsun deyə,
Tonqallar odlanır,ucalır göyə.
Qəlbində tutduğun min arzu,niyyət
Sönüb ürəyində qalmasın,Vətən!

Səhərin şehində çimən bənövşə
Gizlincə əl edir gülən günəşə.
Deyişən aşıqlar durub döş-döşə
Sazını kədərlə çalmasın,Vətən!

İlhamın sösü çox, hüsnünə qurban!
Sazına,sösünə,səsinə qurban!
O yanan tonqalın hisinə qurban!
Ellərin tüstüsü qalxmasın,Vətən!

Müəllif: İlham İdrisoрlu

Novruz bayramımız mübarək olsun!

Novruz bayramı haqqında inşa
Uşaqlar üçün Novruz Bayramı tədbirləri


novruz gelir yaz gelir seiri,novruz bayrami seiri,novruz seiri,novruz bayramina aid seir,novruza aid seir,novruz bayramı aid seirler,novruza aid seirler usaqlar ucun,novruz bayramina aid seirler,novruz bayramı şeirləri,novruz uşaq şeirləri,Novruza aid şeirlər, novruz bayrami şeirlər,novruz bayramı haqqında şeirlər,novruz bayramına aid şeirlər,novruz aid şeirlər,novruz bayramı şeir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.6 / 5. Səs sayı: 61

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir