8 Martdır şeiri
8 martdır anacan
Lap tezdən oyanmışam
Əllərimdə gül çiçək
Qarşında dayanmışam.
8 martdır anacan
Gəl öpüm üz-gözündən
And içirəm heç zaman
Mən çıxmaram sözündən.
Müəllif: N. Kəsəmənli.
“Anacan” şeiri
Çox mübarək, anacan.
Bu sevimli bayramın.
Yüksəlmisən əməklə,
Dillərdədir ad-sanın.
Layla çaldın sübhədək,
Beşiyimin başında.
Sən ömrümə mayaksan,
Olsam neçə yaşında.
Sponsor Linklər
Tumarlasan saçımı,
Ucalaram dağ kimi.
Böyüsəm də sevərsən,
Sən məni uşaq kimi.
Müəllif: Z.Vəlizadə
“Mənim əziz müəllimim” şeiri
Bu gün Sizin gününüz,
Sevinc dolu bayramdır.
Qəlbimizdə hər sözünüz,
Qayğınız bizə doğmadır.
Müəllim adınızla,
Daim ucalasınız.
Örnək həyatınızla,
Nümunə olasınız.
Mənim gözəl müəllimim,
Təbrik edirəm Sizi.
Bircə arzum var mənim,
Qazanım sevginizi.
Müəllif: Təhminə Hümbətova
8 Martdır Anacan şeiri
“8 martdır anacan!
Qoy öpüm üz-gözündən,
Daha uşaq deyiləm,
İndi böyük qızam mən!”
Xatırladınmı ana?
Söyləyərdim bu şeiri hər bayramda qarşında!..
İndi o məktəbli qız,
O bəxtəvər, qayğısız qızın çatıb yaşına
Amma heç böyüməyib…
Uşaqkən danışdığın xoşbəxtlik nağılları,
O göyçək Fatmaları hələ də örnək alır
bu çağda, bu yaşında,
Axı ana, ay ana!
Sən niyə öyrətmədin öz sadəlövh qızına?!
Bu həyat masal deyil,
Onun ağrılarına dözüb ayaqda qalmaq
çətindir, asan deyil…
8 martdır anacan…
Nədəndisə, bu bayram keçmişi vərəqlədir,
İlləri dilləndirir.
Xatirələr anbaan dillənir göz önündə
Qələm də acizləşir boğazacan yığılmış,
Deyilməyə can atan yaralı söz söz önündə
Bayramımızdı, ana!
Oxuyub bu sətirləri kövrəlmə sözlərimdən,
8 martdır, anacan,
Öpürəm gözlərindən!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Müəllif:
8 Mart şeiri
Qadındır hər evin yanan çırağı
Hər güclü kişinin arxa dayağı
Qadınsız həyatın yoxdur marağı,
Qadınlar bayramınız mübarək olsun!
Ürəyi təmizdir,ruhu təmizdir,
Xəyalı bir nur tək sonsuz dənizdir,
Qadın bir anadır, ana əzizdir.
Qadınlar bayramınız mübarək olsun!
Kədər yaşı düşməsin gözdən yanağa,
Acı söz gəlməsin dilə, dodağa,
Öyrəşə bilmərik sizsiz yaşamağa,
Qadınlar bayramınız mübarək olsun!
Müəllif: Kənan Akberov
“Ana” şeiri
Bu gün 8 mart günü,
Bu gün sənin bayramın
Təbrikini qəbul et,
Sənə candan yananın
Həyatımın mənası
Aynasısan sən ana
Mənə həyat bəxş edib,
Böyütdün yana-yana
Əzəl gündən varlığım,
Müqəddəsimsən mənim
Sən ey övlad yolunda
Şam kimi əriyənim
Hansı varlıq qarşında
Baş əyməyib heyrətdən
Ana, biraz yaxın gəl
Qoy öpüm gözlərindən
Səndə olan ətri mən
Heç bir güldə duymadım
Nədən desən doyaram
Ana, səndən doymadım
Sən mənə yanan kimi
Sənə yana bilsəydim
Özümü bu dünyanın
Ən xoşbəxti sanardım
Uca tut ki, başını
Vüqar sənə yaraşır
Səni məğrur görəndə
Sevincim həddən aşır
Ana, mənə layla çal,
Nəğmə de həzin-həzin
Ana elə gül ki, sən
Bu dünya silkələnsin
Daim səni şad görüm,
Qəm gözündən silinsin
Ana birdə qəh-qəh çək
Yer kürəsi titrəsin
Titrəsin, silkələnsin,
Məhvərindən titrəsin
Sən gül ki, asimandan
Qoy gülüm səpələnsin
Müəllif: Bayram İsmayılov
Qadınlar şeiri
(8 marta aid şeir)
Həyatda hər zaman əziyyət çəkir,
Bir çox çətinliyə dözür qadınlar.
Bəzən günəş kimi gülür gözləri,
Bəzən də göz yaşı tökür qadınlar.
Evləri qadınsız düşünün görək,
Qadınlar zinətdir dəyərin bilək.
Hərəsi bir evə verilən mələk,
Cənnətə aparan yoldur qadınlar.
Kimiyçün bacıdır, kimiyçün ana,
Bunlar əvəzsizdir hər bir insana,
Qadınlar bəzəkdir bütün cahana,
Hər biri ətirli güldür qadınlar.
Hər evin əziyyətin qadınlar çəkir,
Bəs onun arzusu istəyi nədir?
Qadın istədiyi dəyər, sevgidir,
Çoxları sanır ki, sirdir qadınlar.
Müəllif: Elvin Elxanoğlu
Bənzər mövzular:
Axtarış sözləri: 8 mart haqqında şeirlər,8 mart şeir,8 marta aid şeir,8 marta aid şeirlər,8 marta aid seirler muellim ucun,8 marta aid seirler usaqlar ucun,8 marta aid seirler,8 mart şeirləri,8 mart aid şeir,8 mart ana şeiri,8 mart seiri muellim ucun,8 mart seiri
Biraz bpyüklər üçün şeirlər yoxdu 8 marta aid
Canım. Anam
Məncə əladır sonuncu şeir❤
8marta aid seir cox gozeldir 💝💖💋👄 cox sagalun eladir seirleriniz aferin size men anam ucun seiri hemise burdan axtariram👍💜💋👄❤😚
Yaxsidi👍
8 kuplet şeirlər yoxdur 8 kuplet şeirlər olsa yaxşı olar 8 kuplet şeir olmalıdır olsa yaxşı olar mən istəyirəm olsun!
Çox gözəl
Əladı
Cok iyi qadinlar gününüz mübarek🤍😍
Məncə də yaxşı şeirləri
Mən şeirdən razıyam
Çox gözəl şeirlərdi .👍👍👍
Çox gözəldi maşallah ❤️❤️Təbirik. edirəm qarşıdan gələn 8 martınızı
Çox gözəldi maşallah ❤️❤️Təbirik. edirəm qarşıdan gələn 8 martınızı
Gözəldir💗
Çox gözəldir razıyam
Gözel
çox gözəldir həm məndə müəllimim üçün deyərəm😂😂
Gözəldir sağolun
Əla super
Çox gözəl şeyir 🥰