Füzuli şeiri
Bir yanından Ərgünəş baxır
Bir yanından araz çağlayıb axır
Sənə hər kəs həsrətlə baxır,
Mənim vətənim, gözəl Füzulim.
Hər torpağında, daşında güllə qoxusu,
Heç birimizdə yoxdur düşmən qorxusu,
Dağında bitən yovşanın ətir qoxusu,
Mənim vətənim, gözəl Füzulim.
Füzuli rayonuna həsr olunmuş şeir
Cavanların ömrünü əldən almasın,
Bizi bir də dərdə-qəmə salmasın,
Şəhidlərin qanı yerdə qalmasın,
Doğma Füzulimə qaytarsın ALLAH.
Mahmudlu kəndimə həsrət qalmışam,
Qorqan deyib alışmışam, yanmışam,
Qacarsız mən xəyallara dalmışam.
Doğma Füzulimə qaytarsın ALLAH.
Aybasanlı, Veysəlli, həm dilağarda,
İşıqlı, Əbdürrəhmanlı kimi kənd söylə var harda?
Dövlətyarlı, Qaraxanbəyli qalıbdı darda,
Doğma Füzulimə qaytarsın ALLAH.
Ürəyi dağlıdı Seyidəhmədlinin,
Qəlbi yaralıdı Pirəhmədlinin,
Başına dolanım Qoçəhmədlinin,
Doğma Füzulimə qaytarsın ALLAH.
Gecəgözlü,Merdinli,həm Güzlək kəndi,
Dədəli, Şəkərcik qüssəli, qəmli,
Unutmaq olarmı heç Yağlıvəndi,
Doğma Füzulimə qaytarsın ALLAH.
Həsrət qaldım gül-çiçəkli bağına,
Motal pendirinə, kərə yağına,
Qurban olum Füzuli torpağına,
Düşünməyin sınıq qəlblər düzəldi,
Vətənimin hər qarışı gözəldi,
Sən mənə ən uca dağından danış.
Laləli-nərgizli-bağından danış.
Kənddə keçirdiyin çağından danış,
Payızda saralan yarpaq xəzəldi,
Vətənimin hər qarışı gözəldi,
Füzuli şeiri
Tutub Füzulidən zəfər bayrağın,
Muğamın ocağı Şuşaya qədər.
Sancıb bəzəyərək vətən torpağın.
Canlı haqq uğrunda şərəfli zəfər.
Sponsor Linklər
Vətən nə alınar, nə də satılmaz.
Biz bizim olanı almışıq geri,
Ordunun savaşı, haqqın zəfəri,
Qələbə mübarək yurdun Əsgəri!