Sülhə Aid Şeirlər

Peşəkar CV hazırlanması
4
(46)

Mən sülhə səs verirəm şeiri

Müəllif: Hüseyn Arif.

Mən sülhə səs verirəm
Milyonlardan biritək.
Qoy bir daha ordular
Üz-üzə dayanmasın.

Mən sülhə səs verirəm –
Bombaların səsindən
Beşikdəki körpələr
Hıçqırıb oyanmasın.

Mən sülhə səs verirəm –
Böyük kəndlər, şəhərlər
Viran olub qalmasın
Tüstü-duman içində.

Mən sülhə səs verirəm –
Qədim abidələri
Yerlə-yeksan etməsin
Toplar bir an içində.

Mən sülhə səs verirəm –
Ağ saçlı anaların
Gözləri yaşla dolub
Qəlbi darda qalmasın.

Sülh Şeiri

Göyərçinik biz,
Sülhdür adımız.
Göyə uçmağa,
Var qanadımız!

Sülhdür nəğməmiz,
Körpə quşuq biz.
Sülhü dünyaya,
Bağışlarıq biz!

Qəlbimiz gülşən,
Günlərimiz şən.
Bizi bəxtəvər,
Yaşadır Vətən!!!

“Sülhə salam” şeiri

Müəllif: Gülzar İbrahimova.

Bir təyyarə düzəltdim,
Üstünə də bir nəhəng,
Yaraşıqlı və qəşəng,
Göyərçin şəkli çəkdim.

SmartBee - Sponsor

SmartBee - Sponsor

Sponsor Linklər

Qanadları ağappaq,
Üstünə sancdım bayraq.
Ad da qoydum “Sülh gəmisi”,
Sülhə səsləsin hər kəsi.

Göyərçin təyyarəmlə,
Dünyanı gəzəcəyik.
Ac qalan uşaqlara,
Yemək göndərəcəyik!

Əlləri donanlara,
Verəcəyik yun əlcək,
Onlar da geyinəcək,
Əlləri isinəcək!

Göyərçin təyyarəmin,
Bombası da olacaq!
Silah anbarlarını,
Özü bombalayacaq!

Göyərçin təyyarəmlə,
Dünyanı gəzəcəyik!
Harda getsə müharibə,
Ora sülh səpəcəyik!

Qoy dünyada heç bir kəs,
Müharibə etməsin!
Heç bir güclü gücsüzü,
Ağladıb incitməsin!

Dava-dalaş bitəcək,
Uşaqlar sevinəcək,
Əl edib bizə onlar,
“Sülhə salam!”, deyəcək!

How useful was this post?

Click on a star to rate it!

Average rating 4 / 5. Vote count: 46

No votes so far! Be the first to rate this post.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *