Daha produktiv və kreativ olmaq üçün bunları et! Uğurlu olmağın yolları

Daha produktiv və kreativ olmaq üçün bunları et! Uğurlu olmağın yolları
0
(0)

Uğurlu olmağın əsas yollarından biri produktiv və kreativ olmaqdır. Yəni sən nə qədər məhsuldar və yaradıcı tərzdə çalışırsansa, uğurlu olmaq ehtimalın da bir o qədər yüksəlir. Bu bacarıq həm iş həyatında, həm də gündəlik işlərdə sizə böyük üstünlük qazandıracaq. Yüksək məhsuldarlıq və böyük kreativlik çox çalışmaqdan daha önəmlidir. Bəs necə edək ki, işlərimizdə daha kreativ və produktiv olaq?

Mövzu başlıqları

Bir işə fokuslan.

Eyni anda birdən çox işi görməyə çalışmayın. Multitasking etmək vaxt qazandırmış olsa da, işlərə daha çox enerji sərf etməyinizə və tez yorulmağınıza səbəb ola bilər.
“Deep Focus” moduna keçdikdə daha produktiv və kreativ olduğunuzu görəcəksiz.


Görüləcək işlərin siyahısını et

Özünüz üçün kiçik hədəflər müəyyən edib to-do list tərtib edin. Nə ediləcək, nələr edilib, bundan sonra nələr edilməlidi? Sadə bir siyahı həmişə həyatını xilas edir. Planlı yaşamaq sizi istənilən işdə daha məhsuldar edəcəkdir. Ancaq özünüzü robot kimi hiss etməmək üçün bəzən planlardan kənara çıxmaqda fayda var.


Təkrarlanan şeylər etməyi dayandırın

Uzun müddət təkrarlanan şeylər monoton bir həyat tərzinə səbəb olur ki. bu darıxdırıcı olmaqla bərabər, yaradıcı zehin üçün mənfi təsirə sahibdir.

Yeni bir işə başladığınız zaman narahatçılıq hissi barədə düşünün. İdmanla məşğul olduğunuz ilk gün, ilk dəfə yeni bir bacarıq inkişaf etdirməyə başladığınız gün… Çox çətin görünürdü, elə deyilmi? Bəs sonrakı dövrdə nə baş verdi? Sadəcə daha asan oldu.
Məhsuldarlığınızı artırmaq üçün sizi konfort zonanızdan çıxaracaq bir plan qurun. Sizi təkmilləşdirəcək şeylər yeni şeylərdir. Eyni şeyi təkrar-təkrar etmək sizə eyni nəticələri verəcəkdir.


Hər 2 saatdan bir fasilə verin.

Ən gərgin vaxtlarınızda səmərəli işləmək düzgün deyil. Hər 2 saatdan bir fasilə sizi çox daha məhsuldar edəcək.


Tənqidi düşünün

Tənqidi düşüncə bir məsələ və ya vəziyyətlə bağlı səbəbləri, nəticələri və digər variantları diqqətlə araşdırmaq və qiymətləndirmək bacarığıdır. Yaradıcı və pozitiv tənqid həmişə inkişafa müsbət təsir edir. Bu bacarıq şəxsin düzgün və etibarlı məlumat əsasında qərar qəbul etməsini və problemləri həll etməsini asanlaşdırır. Tənqid olmadan inkişaf olmaz!

Yuxu rejiminizə fikir verin.

Günə daha enerji və pozitiv başlamaq istəyirsizsə, stabil yuxu rejimi qurun. Hər gün eyni saatda yatıb oyanmadıqda, insan günə daha yorğun və həvəssiz başlayır ki, bu da məhsuldarlığa mənfi təsir edir. Xüsusilə də, gecə 11 ilə 4 arası yuxunun ən önəmli vaxtlarıdır və bu saatlarda oyaq olmamağa çalışın.


Piyada gəzin.

Oturaq həyat tərzinin çarəsi çölə çıxıb təmiz hava almaq deyil, həm də gəzməkdir. Ofisdə, məktəbdə, evdə və ya küçədə fərqi yoxdur. Piyada gəzdikdə qan dövranı sürətləndir, beynə daha çox oksigen daxil olur ki, bu da zehnin daha aktiv və kreativ olmasına imkan verir


Hər şeyi özünüz etməyə çalışmayın.

Yaxşı olduğunuz mövzulara diqqət yetirin və qalan mövzularda başqalarından kömək alın.


Sosial şəbəkədən istifadəyə limitlər qoyun.

Bunu davamlı olaraq etmək bir nöqtədən sonra ən böyük yayınma vasitəsinə çevrilir. Problemin başqa bir tərəfi də konsentrasiyanızın pozulmasıdır. Buna görə də ən yaxşı qayda “hər yarım saatdan bir”dir.


“Yox” deməyi öyrənin.

Təbii ki, bunu o qədər sərt deməyə ehtiyac yoxdur. İnsanlara yaxşılıq etmək və bəzən fədakarlıq etmək də lazımdır. Ancaq əsas önəmli sizin məqsəd və hədəflərinizdir və bu səbəbdən nəzakətli şəkildə yox deməyi bilin. Beləliklə, siz öz işinizə daha yaxşı fokuslanacaq və vaxtınız boşa getməyəcək.


Öncə asan işdən başlayın.

“Əsas bu çətin işi edim, qalanını sonra edərəm” deməyin. Yaxşı olar ki, əvvəlcə asanları edib, ən sonda çətin olanlara diqqət yetirək. Əvvəlcə çətin tapşırığı yerinə yetirmək bütün enerjinizi sərf edəcək və sonrakı işlər sadə olsa belə, yorğun olmağınıza səbəb olacaq. Asan işi etdikcə motivasiyanız artacaq və daha çox işləmək itəyəcəksiz.


Sağlam qidalanın.

Bu maddə şablon kimi səslənsə də, çox vacibdir! Sağlam qida həm də sağlam ruh və sağlam zehin deməkdir. Beynin daha düzgün və fəal işləməsi üçün günlük vitamin və mineralları ehtiyacı vardır. Bunu da sağlam qidalar qəbul edərək etməlisiz.


Hazır olmamışdan əvvəl başlayın.

Əgər işə başlamağa hazır olana qədər gözləsəniz, heç vaxt işə başlamazsınız. Beləliklə, hansı vəziyyətdə olmağınızdan asılı olmayaraq, işə başlayın. Qalanları təbii olaraq gələcək.


Su içməyi unutmayın.

İşləyərkən susuzluğunuzdan xəbərdar olmaya bilərsiniz, amma su həmişə itirilir. Bu vəziyyət (dehidrasiya) yorulmağınıza səbəb olacaq.


Texnologiyadan öz xeyrinizə istifadə edin.

Texnologiya bu gün hər birimizə böyük fürsətlər və imkanlar vəəd edir. Texnologiyanın nemətlərindən sadəcə əyləncə üçün deyil, həm də öyrənmək və inkişaf etmək üçün istifadə edin. Xüsusilə süni zəkadan istifadə etmək sizə vaxt və enerjinizə qənaət etməklə bərabər, daha produktiv olmağınıza imkan verəcək.


Bənzər mövzular:

Daha produktiv və kreativ olmaq üçün bunları et! Uğurlu olmağın yolları

Axtarış sözləri: Daha produktiv və kreativ olmaq üçün bunları et! Uğurlu olmağın yolları, ugurlu olmaq ucun ne etmeli, uğur qazanmaq üçün nə etməli

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

sponsor 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir