Gül bayramına şeirlər və gözəl sözlər

Gül bayramına şeirlər və gözəl sözlər
0
(0)

Gül bayramı tarixən müxtəlif dövrlərdə Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən isəpaytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilir. Bayram Ümummilli lider Heydər Əliyevin doğum günündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır.

Table of Contents

Gül bayramı haqqında şeirlər


“Gül Bayramında” şeiri

Müəllif: Seymur Sönməz Paşayev

Boyanıb rəngbərən güllərə şəhər,
Gül ətri bürüyüb yeri,göyü də,
Şəninə dastanlar qoşsam nə qədər
Ürəklər sevinər gül bayramında.

Ağ güllər bəmbəyaz sanki qar kimi,
Qızılgül meylini çəkər nar kimi,
Süsən,nərgiz əlvan rəngli yar kimi,
Nə gözəl bəzənər ,gül bayramında.

Səkilər,küçələr dolub daşıbdır,
Bu gün Vətənimə çox yaraşıbdı,
Şairlər hüsnünə şeir qoşubdu,
Nəğmələr dillənər gül bayramında.

Uşaq gülüşləri gülə qarışıb,
Burda sevinc coşub ,qaynayıb daşıb,
Rənglər bir biriylə sanki yarışıb,
Səmadan ələnər gül bayramında.

Tutub əllərindən gənclər bir-birin,
Mehriban baxışın nə verər yerin,
Quşlar civildəşir,hava da sərin,
Rüzgar da nazlanar gül bayramında

Qoca ,cavan şövqə gəlibdir burda,
Həyatın mənasın bilibdir burda,
Ürəklər qopubdur,qalıbdır burda,
Oxur təranələr gül bayramında.

Uzaqlardan qonaq gələrlər bizə,
Gəlməsin bu sevinc yaman,bəd gözə,
Qalx ləçəklər ilə dünyanı bəzə,
Hər kəs gülə bənzər ,gül bayramında.

Gül bağının yoxdur ucu -bucağı,
Çiçək dəstələri bəzər qucağı,
Bu odlar diyarı,odu, ocağı,
Ətirə bələnər gül bayramında.

Yamyaşıl geyinib bahar əyninə,
Qönçə sığınıbdır gülün qoynuna,
Lent ilə bəzənmiş gül çələnginə,
Göyərçinlər qonar gül bayramında.

Doymadım hüsnündən gülün ,çiçəyin,
Içinə qərq,olduq rəngin,ləçəyin,
Seç biri birindən daha göyçəyin,
Zövqlər itilənər gül bayramında/

Bu gün gül bayramı,ətir bayramı,
Bahar libasında gətir bayramı,
Nəsildən-nəsilə ötür bayramı,
Keçsin qərinələr gül bayramında.

Bir dəstə çiçəyi bağla ver mənə,
Qoxusun üstündə saxla ver mənə,
Tikanı varmıdır ,yoxla ver mənə,
Güllə göstər hünər ,gül bayramında.

Gül gülü çağırsın,bülbül bülbülü,
Coşubdur ruhumun o şirin dili,
Insanın qırmağa gələrmi əli?
Güllər əzizlənər gül bayramında.

Hər il qonaq gəlsin bu sevinc bizə,
Gül üzlü balalar versin səs-səsə,
Beləcə qovuşaq,hər gələn yaza,
Gül üstə gül gələr ,gül bayramında

Seymurun ilhamın coşdurar bu gün,
Bülbülün ağlını çaşdırar bu gün,
Təbin sellərini daşdırar bu gün,
Gözəllik sellənər gül bayramında.


100 il Ulu Öndər Heydər Əliyev şeiri

Müəllif: Mürsəlova Ofelya

Ulu Öndər Heydər. Ey müdrik Dahi!
Bahar nəfəsiylə dünyaya gəldin.
Bu xalqa bəxş etdi Səni İlahi,
Düşmənin bağrını nəştərlə dəldin.

Xalqın dar gününün dayağı oldun
Ömrü fəda etdin xalqın yolunda.
Zülmət gecələrin mayağı oldun
Sənə həsəd etdi sağın, solun da.
Vətəni ucaltdın yer kürəsində
Şan-şöhrət yazıldı həyat yoluna.
Hikmət, öyüd vardı hər bir sözündə
Bu xalqı tapşırdın İlham oğluna.

Üç rəngli bayrağı Azərbaycanın
Xəzərin qoynunda göy zirvəsində.
Ali Baş Komandan, rəhbər İlhamın
Nəhəng şücaəti yer kürəsində.

sponsor 3

İşğaldan azaddır artıq Qarabağ
Torpağı suvardı şəhid qanları.
Qəlblərdən silinməz heç zaman bu dağ
Qurban getdi igidlərin canları.

Dühanla ucaldı Vətən torpağı!
Hər zaman Sən xalqın arasındasan!
Əzminlə xalqının firavan çağı
100 illər ötsə də sırasındasan!


“Gül Bayramı” şeiri

Müəllif: Ədalət Bədirxanlı

Bu gün ölkəmizdə gül bayramıdır,
Hər gül bir qönçədir, sevgi payıdır.
Düzülən bu güllər olsa da cansız,
Elə bil indicə danışacaqdır.


Görəsən, bu güllər neçə rəngdədir,
Neçə milyon insan sevinəcəkdir?
Ən böyük məhəbbət hələ bu deyil,
Hər görən ürəkdən pay verəcəkdir.


Xaliq xəlq eyləmiş, sevgi qidadır,
İnsanlar sevərək tikir, yaradır.
Qürur mənbəyidir xalqın sevgisi,
Bu sevgi babanın öz qazancıdır.


Bu gün ad günüdür, Heydər babanın,
Hər il bayramıdır mayın onunda.
Gəldi də, qurdu da Azərbaycanı,
Ən böyük memardır dünya çapında.


Güllər haqqında gözəl sözlər

Ən gözəl güllər, saf sevgiylə dolu qəlblərdə bitər.

Solan çiçəklərin təravətini
Qönçə çiçəklərin hüsnü yaşadır. -Uilyam Şekspir

Hər çiçək bir aləmdir; sevəndə aləm özü də çiçək tək açılır.- Əbu Turxan

Ayağına batan tikanlar, axtardığın güllərdən xəbər verir. – Mövlana

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin.

Güle sormuşlar neden dikenlisin diye, beni gerçekten seven tutabilsin diye demiş.

Hər bağçadan bir çiçək birləşəndə rəngarəng bir gül dəstəsi yaranır. – Əbu Turxan

Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır.

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin. – İ.V. Höte

Dostluq gül olmaqdır yarpağı ilə də tikanı ilə də. – Şəms Təbrizi

İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir.- Paulo Koelyo

Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdiylə sevə bilməkdir. -Şəms Təbrizi

Gözəllik gəncliyin gülü, poeziya insan ruhunun musiqisidir.- Aristotel

Bütün çiçəkləri qopara bilərlər, amma yenə də baharın gəlməsinə əsla əngəl ola bilməzlər.- Pablo Neruda.

Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın

Bənzər mövzular:

Axtarış sözləri: gul bayrami haqda seir gül haqqında sözlər,gul haqqinda aforizmler ,güllər haqqında statuslar,10 may aid seirler,gül bayramına aid şeirlər,gullere aid sozler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir