Ədalətsizlik haqqında esse

Ədalətsizlik haqqında esse
4.1
(20)

 Ədalətsizlik haqqında esse yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın esseyə öz fikirlərinizi də əlavə edəsiz..Sonda məqaləni ulduzla qiymətləndirə və şərh yazaraq düşüncələrinizi bizimlə paylaşa bilərsiz. .


GİRİŞ
Ədalətsizlik dünyanın hər yerində görülə bilən bəşəri bir problemdir. O, haqq və ədalətin əksidir. Haqqın və ədalətin yoxluğu ədalətsizlk yaradır.



ƏSAS HİSSƏ
Ədalət ilahi bir anlayışdır. Ədalətli olmaq isə böyüklüyün əlamətidir.Böyük qəlbə və ruha sahib insanlar hər zaman haqq və ədaləti seçirlər. Bu anlayışın təməlində doğruluq, şərəf və vicdan vardır. O, insana ucalıq bəxş edir. Ədalətsizlik etmək isə yalnız pislik və günah…
Təəssüf ki, dünyada ədalətdən çox, haqsızlıq və ədalətsizik vardır. Dünyamız kiçik mənfəətlər uğruna böyük ədalətsizliklərə şahid olmuşdur. Və bu prosses hələ də davam edir.
Bəs ədalətsizlik dedikdə nə nəzərdə tutulur?

  • İnsanların öz haqqının əllərindən alınması
  • Doğruluq və həqiqətin yalanlarla ört-basdır ediləsi
  • Cİnayət törədən cinayətkarın cəzasız qalması
  • İnsanlara layiq olmadığı tərzdə davranılması


Bütün bunlar və buna bənzər hallar hər kəs tərəifindən ədalətsizlik hesab olunur.

Məhəmməd Peyğəmbərin belə hikmətli kəlamı vardır:

Haqsızlıq qarşısında susan dilsiz şeytandır

Yəni Haqsızlıq qarşısında susanlar da pisliyə şərik olurlar. Yaxşı insan hər zaman haqq və ədalətin tərəfində olar. Ancaq bəziləri nəinki haqsızlıq gördükdə dilsiz olur, hətta kar və kor olurlar .
Ədalətsizlik təkcə fərdi şəkildə deyil, həm də yüz minlərlə insanın yaşadığı xalqlara və dövlətlərə qarşı da edilir. Əslində bu haqsızlıq və ədalətsizlik anlayışı bəzən subyektiv ola bilir. Yəni birinə görə ədalətii olan bir şey, digərinə görə ədalətsiz sayılır. Bu subyektiv səbəblərə görə, dünyada bir çox problemlər, münaqişə və mübaribələr yaranır. Nəticədə isə günahsız insanlar yaralanır və həyatını itirir.


Azərbaycanım da az haqsızlıq və ədalətsizlik görməyib. 31 Martı soyırımı, 20 Yanvar hadisələri, Xocalı facisəsi,Dağlıq Qarabağ məsələsi.. Siyahını daha da uzatmaq olar.
Sadəcə Türk və müsəlman olduğumuz üçün bütün dünyanın gözü qarşısında haqsızlığa və ədalətsizliyə məruz qaldıq. Ancaq ilahi ədalətə və haqqa olan inam və ümidimizi heç zaman itirmədik.

Bu inam və ümidin verdiyi güclə bərabər rəşadətli ordumuz Qarabağ məsələsini parlaq zəfərlə həll etdi. Yenə də qədim tarixi olan bir millət kimi, ədalətə olan inamımızı qorumalı ,onun bərqərar olması üçün birlikdə çalışmalıyıq.



NƏTİCƏ
Bu gün dünyanın ən böyük problemi, nə qlobal istiləşmədir, nə də ki, yoxsulluq və səfalət. Bu gün dünyanın əsas problemi haqsızlıq və ədalətsizlikdir. Ancaq ilahi ədalət deyilən bir anlayış var ki, gec-tez doğru və haqlı olan öz yerini tapır.Haqsızlıq nə qədər güclü olsa da, ədalət bir gün zəfər çalır və son nöqtəni qoyur.
Bu gün bütün dünyada haqq və ədaləti bərqərar etmək mümkün olmasa da, ümid edirəm ki, bir gün bu xəyal gerçək olacaq.


Bənzər mövzular:

Axtarış sözləri: ədalətsizlik inşa,ədalətsizlik haqqında esse,ədalət inşa,edaletsizlik haqqinda esse,ədhaqsızlıq haqqında esse,ədalət haqqında esse,ədalət mövzusunda inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 20

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir