Tənbəllik haqqında aforizmlər və sözlər

Tənbəllik haqqında aforizmlər və sözlər
3.2
(9)

Tənbəllik elə yavaş yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır.

Bencamin Franklin

Tənbəl insan qarışqanın hünərindən ibrət götürməlidir. -Jül Simon

Əmək sevincdir, tənbəllik isə ağır bəla. – Abay Kunanbayev

 İnsanın əsas iki günahı var, digərləri bunlardan törəmədir, səbirsizlik və təmbəllik. Səbirsiz olduqlarına görə Cənnətdən qovuldular tənbəl olduqlarına görə, qayıda bilmirlər.- Frans Kafka

Məğlubiyyət tənbəl və zəif olanların bəhanəsidir.

Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq.-Viktor Hüqo

Tənbəllər həmişə nə isə etmək niyyətində olurlar.-Vovenarq

Tənbəlliyin ən çox yayılmış növü fikir tənbəlliyidir. -Əbu Turxan

Bütün vaxtınızı işə həsr etmək tənbəllikdir. – Frensis Bekon

Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. – J. Renar 

Dürüstlərin tənbəlliyi saxtakarların hakimiyyətinə yol açar. – Cəlaləddin Rumi

Tənbəllik haqqında aforizmlər və sözlər

Müvəffəqiyyətli olmaq üçün səy göstərsən şans səninlədir. Tənbəllər üçün şans deyilən bir şey yoxdur.
Şarl Lui Monteskyö

Sadə bir adamın əlindən gələni etməyə çalışması, ağıllı bir adamın tənbəlliyindən yaxşıdır -Baltazar Qrasian

Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən. -Sun Dzı

Mən çətin işlər üçün həmişə ən tənbəlləri seçirəm, çünki onlar çətin işləri həmişə ən sadə yol ilə həll edərlər. -Bil Qeyts

Tənbəl heç vaxt ləyaqətli adam ola bilməz. O, yaşaması, başını dolandırması üçün xəbislik, alçaqlıq, xəbərçilik, ara vurmaq, yaltaqlanmaq, ikiüzlülük, paxıllıq və başqa pis yollara qurşanmalıdır.- Qəşəm Aslanov

Hər dəfə fikirləşmək üçün daxili yüksəliş keçirmək zərurəti geniş kütləni fikir tənbəlliyinə sürükləyir. -Əbu Turxan

Ağlın və elmin üç böyük düşməni vardır: Pislik, cəhalət və tənbəllik. -Ernst Hekkel

İnsan insan mıdır yalnızca yeyib-içmək və yatmaqla keçirsə həyatı?- Şekspir

Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir.- Abay Kunanbayev


İçimizdə heç bir şeytan yoxdur. İçimizdə acizlik və iradəsizlik var… tənbəllik var… İradəsizlik, cahillik və bunların hamısından da qorxulu bir şey – həqiqətin üzünə dik baxmaq qorxusu var…
Səbahəddin Əli

Bənzər Sözlər:


Axtarış sözləri: tenbellik haqqinda aforizmler ve sozler , tembel insanlara aid, tənbəllik haqda sözlər Tənbəllik haqqında aforizmlər və sözlər

YAZIYA QİYMƏT VER!😉

sponsor 3

Ortalama 3.2 / 5. Səs sayı: 9

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir