Eşq və məhəbbət mövzulu bir-birindən gözəl 12 sevgi şeiri
Şeirlər:
- “Şeir kimi sevirəm..” şeiri
- “Sənmisən” şeiri
- “Ayrılmayaq” şeiri
- “Çağır Məni” şeiri
- “Şeir yazıram” şeiri
- Bir-birindən gözəl 12 sevgi şeiri
- “Baxdınmı” şeiri
- “Yenidən” şeiri
- “Həsrət məni sevir” şeiri
- “Gəl qovuşaq Araz..,Kür tək!” şeiri
- “Məni gözəl xatırla” şeiri
- “Sevirəm de” şeiri
- “Bənim Tanrım” şeiri
- Bənzər mövzular:
“Şeir kimi sevirəm..” şeiri
Müəllif: Təhminə Mübariz
Mən səni bir musiqi,
Şeir kimi sevirəm.
Allahdan gələn səda,
Xeyir kimi sevirəm.
Sevirəm gözündəki,
Oğrun-oğrun baxışı.
Vurğunam gülüşünə,
Mənim tale naxışım.
Bil, səni qucaqlamaq,
Dünyanı sarmaq kimi.
Başqa xoşbəxtlik yoxdur,
Qoynunda yatmaq kimi.
Sponsor Linklər
Sənin üçün darıxar,
Qəlbim, ruhum hər zaman.
Görən varmı dünyada,
Vüsalından şirini,
Və həsrətindən yaman?
“Sənmisən” şeiri
Müəllif: Zamiq Kovseri
Saçlarıma yağan qardan üşüyən,
Ürəyimdə donub qalan sənmisən?
Vəba kimi vücudumu bürüyən,
Ən sevdiyim böyük yalan sənmisən?
Gecə yarı qarışdıran yuxumu,
Gözlərimi yumub açan sənmisən?
Uşaq kimi almaq üçün qoxumu,
Qapımızı döyüb qaçan sənmisən?
_
Insanlarin arasında gəzdiyim
Hara baxsam görünənim sənmisən?
Gün dönəndə ayaq altda əzdiyim,
Kölgəm kimi sürünənim sənmisən?
_
Güzgülərdə görünmür öz surətim,
Məni belə dərdə salan sənmisən?
Artıq çoxdan sən olmuşam , afətim
Bəlkə səndə mənim kimi mənmisən?!
“Ayrılmayaq” şeiri
Müəllif: Rəsul Rza
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…
“Çağır Məni” şeiri
Müəllif: Fərqanə Yusifqızı
Hardasan, bir zəng elə,
Yenə sənsiz qalmışam,
De ki, özümə köynək,
Sənə daraq almışam.
Çağır məni, əzizim,
Birlikdə yemək yeyək.
Yemək dadsız olsa da,
“Yaman dadlıdı” deyək.
Çağır məni söhbətə,
Danışaq boş-boşuna.
Ayrılanda deyim ki,
Söhbət gəldi xoşuma.
Bir bəhanə tap yenə,
Bu gun sənlə görüşək.
De ki, çay dəmləmişəm,
Soyumadan gəl içək.
Sonra da bir qorxulu,
Filmə baxaq səninlə.
Qorxum evə getməyə,
Sən də qal bu dəlinlə.
Səhər açılanda de,
Axı bu gün bazardı.
Gəzib bütün şəhəri,
Evin yolun azaydıq.
Yetər ki, çağır məni,
Tut əlimdən, əzizim.
Ömrünün kandarından
Silinməsin heç izim.
“Şeir yazıram” şeiri
Müəllif: Mənsur Həsənzadə
Hava kəskin dəyişib, otaq-soyuq, əlim-buz,
Xəyalımda nə Ay var, nə Günəş, nə də Ulduz,
Yadıma sən düşmüsən – yenə hisslərim quduz!
Yenə şeir yazıram!
Qəlbimə qısa yolla – kəsə gəl, Ömrüm, kəsə,
Qıyma yerindən qopa, qıyma ürəyim əsə.
Könlümə zövq yaşadan- o xoş, mehriban səsə,
ünə şeir yazıram!
Bir baxışdan alışdı sevgi adlı ocağım,
Ömrün qızıl dövrüdür, düşünürəm, bu çağım.
Səndən nə gizlədim ki, sənə qovuşacağım
günə şeir yazıram!
Sənsiz keçən hər günüm ömrüm üçün itkidir,
Adi söhbətin belə ruhum üçün ilgidir,
Bu gün doğum günündür… gecə…saat ikidir,
Sənə şeir yazıram!
Bir-birindən gözəl 12 sevgi şeiri

“Baxdınmı” şeiri
Müəllif: Nüsrət Həsən
Mənə maraqlıdır xəyala dalıb,
Sən də heç divara, tinə baxdınmı?
Uduzub içində maraq hissinə,
Uzaqdan-uzaqdan mənə baxdınmı?
Unutdum dediyin yada düşəndə,
Dedinmi bu qədər sevərmi bəndə?
Köhnə şəkillərə görəsən sən də
Hər axşam götürüb yenə baxdınmı?
Belə ayrılığa sən verdin qərar.
Ağlına gəlməzdi fələk nə sayar.
“Nə var unutmağa” deməyə nə var?!
Gözləri açıqkən günə baxdınmı?
Sənin də gözlərin batdımı qəmə?
Alışa bildimi yanağın nəmə?
“Nəyimi unuda bilmirsən?” demə!
Heç mənim gözümdən sənə baxdınmı???
“Yenidən” şeiri
Müəllif: Bəxtiyar Vahabzadə
Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən.
Ayrılıq günləri, hicran günləri
Uzandı… Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq.
Cövrü yadda qalır, qəm unudulur.
Sevən könüllərçün, gülüm, uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur.
Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.
Həsrət, ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş.
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq, görüşlə bitir… tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur.
Bil yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!
“Həsrət məni sevir” şeiri
Müəllif: Yetim Qacar
Ömrünü gününü mənə pay verib,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Səsimə hamıdan öncə hay verib
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Gəlibdir ömrümə mələk donunda,
Tanişlıq veribdir sənin yanında,
Vüsal olmalıykən eşqin sonunda
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Gecə uzanıram yatagımda o,
Səhər oyanıram otagımda o
Küçəyə çıxıram qabağımda o,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
Heç aşiq məşuqu sevməyib belə,
Səadət gəzirik verib əl-ələ.
Dünya belə sevgi görməyib hələ,
Həsrət məni sevir, mən isə səni,
Sənsə özgəni…
“Gəl qovuşaq Araz..,Kür tək!” şeiri
Müəllif: Fazil Bulud
Sevgi baxmır qoca,gəncə!
İnsan sevir ta ölüncə.
Bilmirəm ki,düşdüm necə?….
Bir gözəlin sevdasına!
Məlhəm kimi… hər baxışı.
Yaz eyləyər nazı qışı.
Kim düşübsə bilir yaxşı–
Məhəbbətin dünyasına!
Ya ürəkdə qoşa bitək.
Ya yox olaq..,gözdən itək.
Gəl qovuşaq Araz,Kür tək…
Dönək eşqin dəryasına!
Bu qız əfsun, sirli aləm!
Ruh olum.., ərşə çəkiləm.
Heç olmasa gələ biləm..
Gecələri röyasına!
“Məni gözəl xatırla” şeiri
Müəllif: Okan Savcı
Tərcümə: Mikayıl Müşfiq
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim,bəlkə röya idim səninçün
Oyandın və mən bitdim…
Məni gözəl xatırla!
Çünki sevdim sənin mən hər şeyini,
Sənə sirdaş oldum, dost oldum
Qoynunda ağladım
Üzünə vurmadım heç bir nöqsanını
Məni üzdün qınamadım
Alışmışdım vəfasızlığa, el oldun aldırmadım…
Məni gözəl xatırla!
Səhifələrcə məktub buraxdım sənə
Şeirlər yazdım hər gecə çoxunu oxutmadım
Saxladım günahını, savabını içimdə səssizcə getdim
Səndən əvvəlkilər kimi sən də başa düşmədin
Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş “Salamlar” buraxdım hər küncə
“Vidalar” buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda…
Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öpdüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Bu da sənə son surprizim olsun
İndi səninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirəm.
“Sevirəm de” şeiri
Müəllif: Aqil Kəngərli
Bu pak eşqimizlə bir dastan yazaq,
Ən xoşbəxt anında sevirəm denən.
Sevgi ki, azaddır, buxovdan uzaq,
Hamının yanında sevirəm denən.
Nə qədər təriflər deyim şəninə,
Göydəki Günəş, Ay heyrandır sənə,
Vüsal libasını geyin əyninə,
Gəlinlik donunda sevirəm denən.
Həyat yollarında verib baş-başa,
Birgə addımlayaq, iz salaq qoşa.
Mən köçsəm dünyadan, sən hələ yaşa,
Ömrümün sonunda sevirəm denən.
Ürək parçalanar, olar yüz bölüm,
Bizi ayırarsa bir qəfil ölüm.
Barı ayda-ildə bir yol gəl, gülüm,
Qəbrimin önündə sevirəm denən.
Bu gün bir insanıq, sabahsa torpaq,
Sevginin saflığın hər an saxlayaq.
Yenidən dünyaya bir də qayıtsaq,
Axirət günündə sevirəm denən.
“Bənim Tanrım” şeiri
Müəllif: Hüseyn Cavid
Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir еşqi, bir ilahı var,
Bənim tanrım gözəllikdir, sеvgidir.
Həzz еtmədim firqədən, cəmiyyətdən,
Zеvq alamam hərbdən, siyasətdən,
Bir şеy duymam fəlsəfədən, hikmətdən,
Bənim ruhum gözəllikdir, sеvgidir.
Gözəl sеvimlidir, cəllad olsa da;
Sеvgi xoşdur, sonu fəryad olsa da;
Uğrunda bənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sеvgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,
Sеvgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə еtsəm güzər,
Həp duyduğum gözəllikdir, sеvgidir.
Bənzər mövzular:
Axtarış sözləri: məhəbbət şerləri,eşq şeiri,eşq şeirləri,gözəl sevgi şeirləri,mənalı sevgi şeirləri,sevgi seiri,sevgi seir,esq seirleri,şeir sevgi,seirler sevgi,seir sevgi