Burdakı post Əmanətə xəyanət olmaz haqqında inşa yazmağınıza kömək edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın yazıya öz fikir və sözlərinizi də əlavə edəsiz.. Axırda şərh yazaraq bizə dəstək ola bilərsiz.
Əmanət bir insana inanıb güvənərək bir şeyi müvəqqəti onu tapşırma, həvalə etməkdir.
İnsan yalnız güvəndiyinə əmanət edər. Bu güvən və etibarın göstəricisidir. Əmanəti göz bəbəyi kimi qorumaq isə əmanətçinin borcudur. Bu həm də bir məsuliyyətdir. Əmanət edən bizə öz əşyasını və ya körpə balasını əmanət edə bilər.
Bİrisi əmanəti qorumasaa, ona göz-qulaq olub diqqət və zaman ayırmasa, hətta ona bilərəkdən zərər versə artıq ona xəyanət etmiş sayılır. Əgər insan əmanətə sahib çıxmasa, ona xəyanət etsə, o zaman digər insanların da ona güvəni qalmaz. Güvənilən bir insan olmanın yollarından biri də əmanətə sahib çıxmaqdır.Bəzən biz də dostlarımıza və yaxınlarımıza əşyalarımızı əmanət edə bilir. Bu həm də “Sənə güvənirəm” deməkdir. Hər kəsin güvənə biləcəyi bir insan ola bilmək özü də bir uğurdur. Sözünün üstündə durmaq və ona əməl etmək bir böyüklük əlamətidir.
Sevən insanlar bir-birilərinə ömürlərini əmanət edirlər. Vəfalı və sadiq olmağı bacaranlar bir ömür xoşbəxt yaşayırlar.
Keçmiş ata-babalarımız bizə tarix və mədəniyyətimizi əmanət ediblər. Ona hörmət etmək, qorumaq və sahib çıxmaq bizim vətəndaşlıq borcumuzdur. Öz keçmiş tarixini və mədəniyyətini heç saymaq, ona hörmət etməmək, neçə əsrlik bu əmanətə xəyanət etməkdir.
Ana vətən isə bizə öz torpağını əmanət edir. Onu canımızla qorumaq, sahib çıxmaq isə bizim borc və vəzifəmizdir. Vətən əmanətinə sahib çıxmamaq, onu satmaq isə ən böyük xəyanətlərdən biridir. İçində vicdan olan bir kəs əsla əmanətə xəyanət etməz. Bu həmçinin şərəf və ləyaqət məsələsidir. Yalnız şərəf və layaqət hissindən yoxsul olanlar əmanətə xəyanət edə bilər. Əmanəti satmaq öz şərəf və ləyaqətini satmaqdır. Belələri təkcə vətənə deyil, həm də özünə düşməndir. Yalnız şəxsiyyəti qüsurlu, acgöz və zəif iradəli olanlar əmanətə xəyanət edər.
Sponsor Linklər
Vətən əmanətinə sahib çıxanları da, ona xəyanət edənləri də heç zaman unutmur. Heç bir xəyanət cəzasız qalmır. Əmanətə xəyanət edən də gec-tez öz layiqli cəzasını tapır. Bu cür xəyanətin sonu isə yalnız peşmançılıq və əzabdır.
Əmanət olunana sahib çıxmaqla insan özünün etibarlı və güvənilən birisi olduğunu sübut etmiş olur. Sözü və özü bir olan insanlar hər zaman başqalarının təkcə güvənini deyil, hörmət və sevgisini də qazanır. Əmanətə xəyanət edənlərə isə ən yaxınları belə inanıb güvənmir. Hər birimiz, bizə əmanət olunanı canımız kimi qorumalı, ona göz-qulaq olmalıyıq.
Əmanətə xəyanət olmaz inşa
Bənzər mövzular:
- Hər şey vətəndaş üçün haqqında esse
- Vəzifə böyük işlər görmək deyil lazım olanı etməkdir inşa
- Sərhədimi qoruyuram haqqında esse
Axtarış sözləri: emanete xeyanet olmaz insa,emanete xeyanet olmaz adli insa,emanete xeyanet olmaz haqqinda insa,emanete xeyanet olmaz esse,emanete xeyanet olmaz insasi,emanete xeyanet olmaz aid insa,emanete xeyanet etmek olmaz haqqinda insa,emanete xeyanet olmaz haqqinda melumat,əmanətə xəyanət olmaz mövzusunda inşa,əmanətə xəyanət inşa,əmanətə xəyanət olmaz esse,əmanətə xəyanət etmək olmaz inşa,əmanətə xəyanət olmaz haqqında esse
pox
TEŞEKKÜRLER😊😊😊😊😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😊😊😊😊😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😊😊😊😊😊😊😊😊😊😊🥰🥰🥰😊😊🥰😊🥰😊🥰😊🥰🥰😊🥰😊🥰😊🥰😊🥰😊🥰😊🥰😊🥰😊🥰😊🥰😊