Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş şeirlər
Table of Contents
- “İlham Heydər oğludu!” şeiri
- “Ali Baş Komandanım” şeiri
- “Çox yaşayın, Ali Baş Komandanım” şeiri
- İlham Əliyevə həsr olunmuş şeirlər
- “Ali Baş Komandanım” şeiri
- “Ali Baş Komandanım” şeiri
- İlham Əliyevə həsr olunmuş şeir
- “İlhamla İrəliyə” şeiri
- “Cənab Ali Baş Komandan!” şeiri
- Bənzər mövzular:
“İlham Heydər oğludu!” şeiri
Müəllif: Fikrət Qoca
O, xalqın ümididir,
Sabaha inamıdır.
Yanında divanı da
Haqq-ədalət anıdır.
O, hər kəsin dostudu,
Xalqın qəhrəmanıdır.
Hər kəsin prezidenti
İlham Heydər oğludu!
Ulu Öndər oğludu!
Yolunda paşinyanlar
Paş ol – o yan! oldular.
Payını alıb sonra da
Başını yonan oldular.
İlhamlı qəhrəmanlar
Ondan qisas aldılar.
Hər kəsin prezidenti
İlham Heydər oğludu!
Ulu Öndər oğludu!
Siyasi şahmatçılar,
Tez imdada çatdılar.
Toplarını qurdular,
Atdılar ha – atdılar.
Aldılar cavabların
Paşinyanı satdılar.
Bəzi hələ “mat”dılar
Gördü qarşıda duran
İlham Heydər oğludu!
Yolu Heydər yoludu!
Ulu Öndər oğludu!
Sponsor Linklər
Bu zəfər, qəhrəmanlıq,
Yer üzünə yayıldı
Dünyada yatmışların
Bir çoxu da ayıldı.
Uzaq, yaxın çoxları
Oyundan payın aldı.
Bir çoxu da bayıldı…
Hər kəsin prezidenti
İlham Heydər oğludu!
Yolu Öndər yoludu!
Ulu Öndər oğludu!
“Ali Baş Komandanım” şeiri
Müəllif: Seymur Şeydayev
Qəhrəmanlıq xalqımın
Ruhunda, qanındadı.
Xalqım tək qoymaz səni,
Hər zaman yanındadı,
Mil, Muğanım, Şirvanım,
Ali Baş Komandanım!
Mümkün olmayanı da
Sən əmrinlə mümkün et!
Xalqımız səninlədi
Dayanma, irəli get!
Qoy ölməsin inamım,
Ali Baş Komandanım!
Bir hücum əmrin ilə
Günəş doğdu üzümə.
Görüb qətiyyətini
İndi döndü özümə,
Həm şöhrətim, həm şanım,
Ali Baş Komandanım!
Böyük savaşımızı
Bütün dünya izləyir.
Baxıb şücaətinə
Yolumuzu gözləyir,
Türk yurdu İrəvanım,
Ali Baş Komandanım!
Bu sözləri deməyə
Bilin ki, çatır haqqım.
Bir ağızdan deyəcək
Bu qədirbilən xalqım,
Ey Milli Qəhrəmanım!
Ali Baş Komandanım!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“Çox yaşayın, Ali Baş Komandanım” şeiri
Müəllif: Fəxri Müslüm
Siz, neçə yüzillik dərdi çözdünüz,
İtmiş sərhədləri, səddi çözdünüz,
Zamanda əyilmiş qəddi çözdünüz,
Açıldı sevincdən qolum, qanadım,
Çox yaşayın, Ali Baş Komandanım.
Düşmənin əhvalı, halı tutuldu,
Qorxudan qolları, dili tutuldu,
Dənizdən dənizə yolu tutuldu,
Yeni bir gedişin himini qoydun,
Çox yaşayın, Ali Baş Komandanım.
Bir təlxək rəqs etdi Cıdır düzündə,
Müqəddəs Şuşamın, bir danüzündə,
Arzusu, nöqtəsiz qaldı gözündə,
Bu, beyni bir boşa, çoxdan ayandım,
Çox yaşayın Ali Baş Komandanım.
Verdiyin hər əmrə, Vətən sevindi,
Hər döngə, hər dalan, hər tin, sevindi,
Bu haqdan hər keçən, ötən sevindi,
Bu şöhrət, bu şanı, qürurum sandım,
Çox yaşayın, Ali baş Komandanım.
Əsgərlər keçdikcə bu dağdan, daşdan,
Yenidən yazıldı, tarix də, başdan,
Bir boy da, böyüdük, biz bu savaşdan,
Cəsur sərkərdə tək, öndə dayandın,
Çox yaşayın, Ali Baş Komandanım.
Yumruğun şimşək tək, xəncərə çəkdi,
Güc verdi, hər kəsi, səngərə çəkdi,
Düşməni məzara, tən yerə çəkdi,
Xalqa da, ruh verdi, hər duan, andın,
Çox yaşayın, Ali Baş Komandanım.
Yenidən çəkildi xəritələr də,
Dəyişdi, yön aldı, hər qitələr də,
Sanki, şirinləşdi, xatirələr də,
Səmadan var oldu haqqın, inamın,
Çox yaşayın, Ali Baş komandanım.
Ordumuz düşməni, it kimi qovdu,
Bəzən, dırnağıyla, əliylə boğdu,
Bəzən, əyri-üyrü burnunu ovdu,
Yazdı yaddaşına günüm, zamanım,
Çox yaşayın, Ali Baş Komandanım.
Siz, neçə yüzillik dərdi çözdünüz,
İtmiş sərhədləri, səddi çözdünüz,
Zamanda qırılmış qəddi çözdünüz,
Açıldı sevincdən qolum, qanadım,
Çox yaşayın, Ali Baş Komandanım.
İlham Əliyevə həsr olunmuş şeirlər
“Ali Baş Komandanım” şeiri
Müəllif: Ceyhun Ağabəyov
Zəfər yaşatdın bizə,
Füsunkar vətənimizə,
Qürur verdin elmizə,
Ali Baş Komandanım,
Yaşa Azərbaycanım.
Ölkəmizin nərləri,
Qovdular düşmənləri,
Sevindirdin qəlbləri,
Ali Baş Komandanım,
Yaşa Azərbaycanım.
Vətənə məhəbbətin,
Qürurunda, canında,
Otuz ilin həsrətin,
Yox etdin bir anında,
Ali Baş Komandanım,
Yaşa Azərbaycanım.
Düşmənə qarşı hər an,
Coşur damarda qanım.
Fədadır Vətənə can,
Ali Baş Komandanım,
Yaşa Azərbaycanım.
Öndər yadigarisan,
Ucaltmisan haqq səsi.
Xalqın qürur mənbəyi,
Müzəffər sərkərdəsi,
Ali Baş Komandanım,
Yaşa Azərbaycanım.
Dircəltdi nər tarixi,
Necə nərlər tarixi,
Yazdın zəfər tarixi,
Ali Baş Komandanım,
Yaşa Azərbaycanım.
“Ali Baş Komandanım” şeiri
Müəllif: Fəridə Hacıyev
Ucaldın ucaldıqca,
Ali Baş Komandanım!
Şanına yazılacaq,
Ən uğurlu dastanım.
Əsrin ləyaqət əri,
Xalqının igid oğlu.
Yenilməz hünərindən,
Üzümüzə gün doğdu.
Ali Baş Komandanım!
Ordun bir tarix yazır.
Qarşında müntəzirdir,
Əmrinə hər an hazır.
Yürüşü bir od saçır,
Vuruşu yenilməzdir.
Şəhid ruhu göylərdə.
Vətənim əyilməzdir!
Ali Baş Komandanım!
Şücaətin danılmaz.
Canım Xan üzlü Şuşam!
Düşmən əlində qalmaz!
Bizə xoşbəxtlik verdi,
Cəsur, Baş Komandanım!
Xalqımın məbədgahı,
Vüqarım, mənim andım!
İlham Əliyevə həsr olunmuş şeir
Müəllif: Vüsalə Vətənxan Mehri
Mərd oğullar məskəninin,
Mərd oğlu, Sərkərdəsisən!
Heydər oğlu İlhamımız,
Milli ruhun müjdəsisən!
Bircə əmrinlə azaddır,
Qarabağın hər guşəsi.
Ağdam, Xocalı, Cəbrayıl,
Şuşanın bül-bül nəşəsi.
Laçın, Qubadlı, Zəngilan,
Füzuli, Kəlbəcər, hər yan!
Canım qurban, Suqovuşan,
Yaşasın Azərbaycan!
Dünya susan haqsızlığa,
Susmayan tək Komandansan!
“Dəmir Yumruq” səsi gəldi,
Biz – igidlər diyarından!
Azadlıq uğrunda gedən,
Qanlara qanlar qarışır,
Bütün dünya seyr edərək,
Haqlı savaşdan danışır.
Qəhramanlıq sərgiləyən,
İgidlərlə bir oldun Sən!
Bayrağına sadiq olan,
Cənab Ali Baş Komandan!
“İlhamla İrəliyə” şeiri
Müəllif: Musa Urud (Quliyev)
Səs ver, uca millətim, haqqın təntənəsinə,
Səsini qat sən onun uca, məğrur səsinə.
Dünya ayağa qalxsın, qoy onun gur səsinə.
“Azərbaycan”,-deyəndə, “Qarabağ”,- söyləyəndə!
İnamla irəliyə!
İlhamla irəliyə!
Səs ver bacım- qardaşım, səs ver nurlu sabaha
Lələtəpə zəfərli bir qürurlu sabaha
Şuşalı İrəvanlı, Zəngəzurlu sabaha
Gedək yeni zamanla, dövranla irəliyə
İlhamla irəliyə, ilhamla İrəliyə!
Səs ver, əsgər atası, Ali baş komandana,
Oğlun əmanət ona, Vətən əmanət ona.
O millətə inanır, inanır millət ona.
Edək düşmən üstünə, son həmlə, irəliyə!
İlhamla irəliyə, İlhamla irəliyə!
Səs ver, ərən millətim, döyüşdə ər oğluna!
Ulu öndər övladı, Ulu öndər ogluna.
İşıqlı sabahını tapşır Heydər oğluna.
Günəş tək şəfəq yayar, ay kimi nur çiləyər
İlhamla irəliyə, İlhamla irəliyə!
Seç, bu doğru seçimdən qoy vətən də sevinsin!
Seç, balan da sevinsin, seç, nəvən də sevinsin!
Göydə Allah bəyənsin, yerdə bəndə sevinsin!
Get bu ülvi niyyətlə,İmanla irəliyə
İlhamla irəliyə!
İlhamla irəliyə!
Ver qüdrətli əllərə bu dövləti, bu taxtı
Sənə, şanlı millətim, Tanrı verub bu haqqı.
Torpaq haqqı, Od haqqı, Səma haqqı, Su haqqı
Bu ən doğru seçimdir, addımla irəliyə!
İlhamla irəliyə, İlhamla irəliyə!
“Cənab Ali Baş Komandan!” şeiri

Müəllif: Baba Vəziroğlu
Sənin kimi fatehi zaman yetirməz bir də,
Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.
Səndən ilham, güc alır zabit, əsgər səngərdə,
Hərb və sülh meydanında qələbə çalan adam –
Cənab Ali Baş Komandan!
Düşmənimiz baş əyir sən and içən bayrağa,
Sənin azad etdiyin hər bir qarış torpağa.
Anamız Azərbaycan qovuşur Qarabağa,
Qalmayacaq qisassız hər damla tökülən qan –
Cənab Ali Baş Komandan!
Getdiyin bu şanlı yol – Ulu Öndər yoludur,
Sənin ordun yenilməz, sənin xalqın uludur.
“Yaşasın Azərbaycan!” – arzun, amalın budur,
Milyon-milyon ağızdan səslənir xeyir-duan –
Cənab Ali Baş Komandan!
Sən yalnız, tək deyilsən, dağ kimi millətin var,
Sabaha addımlayan müstəqil dövlətin var.
Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,
Səninlə Azərbaycan – bir könüldə iki can –
Cənab Ali baş Komandan!
Bənzər mövzular:
Axtarış sözləri: İlham Eliyeve aid seir,İlham Eliyev haqqinda seir,İlham Eliyeve hesr olunmus seirler,İlham Eliyevə aid şeirlər,İlham Eliyev haqqında şeir,İlham Aliyev haqqinda seirler