Yaxşı insan olmaq nə deməkdir mövzusunda esse

yaxsi insan olmaq ne demekdir movzusunda esse yaxsiliq yaxsi insan
4.3
(22)

Bu məqalə “Yaxşı insan olmaq nə deməkdir  mövzusunda esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

Yaxşılıq bu həyatın əsas qayəsidir. Xeyirxahlıq və yaxşılıq dünyamızı gözəlləşdirən bir nemətdir. İnsanlara sevinc bəxş edir, ürəkləri bir-birinə daha yaxın və doğma edir. Bu dünyada ən gözəl insan yaxşı olan insandır.
Bəs yaxşı insan olmaq nə deməkdir?

Yaxşı insan olmaq heç kimə pislik etməyən , əksinə hər kəsə yaxşılıq edən xeyirxah bir insan olmaqdır.Bu cür yaxşı insanlar ürəyiaçıq, vicdanlı, dürüst və mehriban olurlar. Onları hər kəs sevir, hörmət və rəğbət bəsləyirlər. Bu cür insanlar qarşılıq gözləmədən yaxşılıq edirlər. Əgər birisi, qarşı tərəfdən nəsə umub, qarşılıq gözləyib yaxşılıq edirsə, bu yaxşılıq deyildir.
Yaxşı adam olmaq Allahın buyurduqlarını etməkdir. Yaradan öz kitabında insanlara ədalətli olmağı, haqsızlıq etməməyi, kasıb və yoxsullara əl tutmağı, yardım etməyi buyurur. Hər kim, Allahın buyurduqlarını doğru şəkildə edirsə, demək o yaxşı insandır. Əsl yaxşı insanlar, cənnət üçün ya da Allahdan qorxduqları üçün yaxşı deyildirlər. Onlar Allahı və onun yaratdıqlarını sevdikləri üçün yaxşılıq edirlər. Bu cür xeyirxah insanlar vicdanın səsini dinləyib yaxşılığı seçir, öz gözəl əməlləri çoxlarına örnək olurlar. Yaxşılıqları göstəriş üçün deyil, insanlıq üçün edirlər.

Yaxşı insan olmaq nə deməkdir mövzusunda esse

O adam yaxşı bir insan olur ki, o həm də başqalarını yaxşılıq etməyə sövq edir və onları pis əməllərdən uzaqlaşdırır. Bir insanı pis işlərdən uzaqlaşdırmaq, onu doğru yola çəkmək də özü böyük bir yaxşılıqdır.
Məsələn, bir adam uşaqara siqaretin ziyanlarından bəhs edərək onları bu zərərli vərdişdən uzaq edirsə, bu da xeyir işdir.
Yaxşı insanlar təkrcə özlərini deyil, ətrafındakı insanları da düşünür, onlara hörmət bəsləyirlər. Bu cür insanlar təvazökar, fədakar, səxavətli, və düşüncəli olurlar. Onlar başqalarının dərdini dinləyir, ona dərman olmağa çalışır, maddi və mənəvi dəstək olurlar.

Yaxşı insan olmaq həm də vətənini sevən əsl vətənpərvər olmaq deməkdir. Onlar vətənin hə r daşına, hər qarışına hörmət edər, doğma yurdunun gözəlləşəməsi və inkişafı üçün əlindən gələni edərlər. Vətənlərinə canla, başla xidmət edir, onun qayğısına qalırlar. Vətən sevgisi və yurdlarına olan bağlılıqları onları yaxşı bir insan, yaxşı bir vətəndaş edir.

Yaxşı insan olmaq pislik etmək imkanın olsa da yaxşılıq etməkdir. Hətta ona sevməyən, ona düşmənçilik bəsləyənlərə belə. Onlar pisliklərə hər zaman öz xeyirxah əməlləri ilə qalib gəlməyi bacarar, insanların könüllərini fəth edərlər.
Ancaq yaxşı insan olmaq heç vaxt pislik etməmək deyil. Bəzən insanlar bilmədən və istəmədən kiməsə pislik edə bilirlər. Məsələn istəmədən, kimisə incitmiş ola bilərlər. Əsas adamın bunu dərk etməsi və səhvindən dönüb onu bir daha təkrar etməməsidir. Yaxşı insan olmaq həm də bu deməkdir.

Bu həyat yolunda hər kəsin qarşısına yaxşı insanlar da çıxır, yaxşı olmayanlar da.
Bizi biz edən yaxşı vəya pis öz əməllərimizdir. Yaxşı insan olmaq yaşa, pula, imkana baxmır. Bu vicdan və ürək işidir. Mənəvi cəhətdən zəngin olan insanlar nə qədər maddi çətinliklər çəksələr də, yaxşı bir insan olmağı bacarır, öz xeyirxah əməllərindən qalmırlar. Yaxşılar bu dünyada ölmürlər, öz xeyirxah əməlləri ilə minlərlərlə insanın ürəklərində yaşayır, ya+ddaşlarda qalırlar. Bu vətən, bu milət yaxşıları unutmur, daim yaşadır və yaşadacaqdır.

Bənzər mövzular:

Axtarış sözləri: yaxşı insan olmaq nə deməkdir esse, yaxşı insan olmaq nə deməkdir mövzusunda esse,yaxsi insan olmaq ne demekdir esse,yaxşı insan olmaq nə deməkdir haqqında esse, yaxsi insan olmaq ne demekdir inşa,yaxsi insan olmaq ne demekdir insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 22

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir