O nədir ki, vurdum yerə, qalxdı göyə.
Araba gedər, izi yox,
Yanar, yanar, gözü yox.
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Biz bizə biz deyirik,
Siz bizə nə deyirsiz?
Məni təkcə yeməzlər,
Mənsiz də xörək olmaz.
Uzun hacı, kök hacı,
Duman başının tacı.
Uzun dirək içində odlu külək.
Uzaqdan baxdım heç nə yox,
Yaxına getdim, sayı çox.
Yük aparır hara day,
İncə belli qara day.
Əl ilə yapılar, Qulağa taxılar.
Saqqalı uzun sallanar, Dağa-daşa dırmanar.
Suda bitər, Suda itər.
Suya düşər islanmaz,
Yerə düşər paslanmaz.
Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi,
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
Özü qara, sözü ağ.
Göydən düşdü, yerə yapışdı.
O yanı taxta
Bu yanı taxta,
Yumru bəy otaqda.
Kiçik-kiçik sandıqlar,
İçi dolu fındıqlar.
Gülsüz olar meyvəsi,
Şirin-şəkər dənəsi.
Sponsor Linklər
Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.
Qatarlanıb gedirlər,
Bizə salam edirlər.
Gəlirdim kənddən,
Səs gəldi bənddən,
Ağzı sümükdən
Saqqalı ətdən.
Yumru, yumru sarıdı,
Yumru gözü darıdı,
Gəzir bizim bağçada,
Üç həftənin barıdı.
Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Yeyib yatar baharadək,
Nədir adı tapın görək.
Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar ordan sallanar.
Aldım bir dənə,
Açdım min dənə.
Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtıraq.
Bir ağacım var dam boyda,
Meyvəsi badam boyda.
Şəhəri var, evi yox.
Meşəsi var, ağacı yox.
Dənizi var, suyu yox.
O nədir ki, bədəni içəridə, Başı eşikdə.
Səhər gül kimi açır, Aləmə nurun saçır.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!