Aforizm nədir?
Milli lüğətdə aforizmin tərifi bu cür verilmişdir:
[ yun. ] Dərin mənalı fikri ifadə edən sabit söz birləşməsi və ya cümlə; hikmətli söz. Nizaminin aforizmləri. Sədinin aforizmləri. Aforizmdə fikrin bitkinliyi və formanın səlisliyi əsas şərtdir.
Nümunələr:
- Həyatında iki önəmli gün var: biri anadan olduğun gün, biri də ki nə üçün doğulduğunu anladığın gün. – Mark Tven
- Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir. – İohann Volfqanq Höte
- Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır… – Hüseyn Cavid
Göründüyü kimi, Aforizmlər bizə özümüzü və həyatı daha yaxşı dərk etməyə, həyatın qaranlıq sirli cəhətlərini daha aydın görməyə kömək edir
Qısaca desək, aforizm, məna, hikmət və gözəlliyi özündə cəmləşdirən kəlamdır. Hansı ki, onun müəllifi bəllidir. Buna görə də, hər fikrə və düşüncəyə aforizm deyilmir.
Aforizm nedir? Sualına cavab verən mənalı sözlər:
- Aforizm bir sətirlik romandır. -Leonid Suxorukov
- Aforizmlər fikir dünyasının suvenirləridir. -Tur Xander
- Aforizm düşüncələrin cəbridir. – Q.Aleksandrov
- Aforizmlər söz sədəfinə salınmış həqiqət inciləridir. – Dədə Turxan
Cümlələr:
Onun sözləri, yumorları aforizm kimi dilimizdədir.
Kamal oxuduğu kitablardan və izlədiyi filmlərdən ən sevdiyi aforizmləri öz not dəftərinə qeyd edirdi.
Klassik əsərdəki kəlamlar və aforizmlər onu dərindən düşündürmüş, həyata fərqli bir gözlə baxmasına səbəb olmuşdu.
Sponsor Linklər
Aforizm və Atalar sözlərinin fərqi:
Hər ikisi müəyyən mənaya və hikmətə sahibdir.
Ancaq aforizmlərdə atalar sözlərindən fərqli olaraq fikrin müəllifi bəlli olmur.
Atalar Sözləri də bir zamanlar aforizm olub. Lakin yazılı deyil, şifahi olduğundan zamanla müəlllifi unudulmuş və dildən-dilə dolaşaraq atalar sözlərinə çevrilmişdir.
Çox aydındır
Çox sağolun🤌
nə deməkdir
ela