yay tətili haqqında inşa,yay tetili insa,mən yay tətilini necə keçirdim haqqında inşa,yay tetili haqqında insa,men yay tetilini nece kecirdim,yay tətili haqqında esse,yay tetilini nece kecirtdim
4.1
(34)

Bu məqalə “Yay tətilini necə keçirdim” mövzusunda inşa yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz sözlərinizi və fikirlərinizi də əlavə edəsiz..


Yay tətili hər bir uşağın ən sevimili tətiliidir. Bizlər sevdiklərimizlə daha çox vaxt keçirir, xoş xatirələr yaradırıq. Bu yay tətili mənim üçün də xoş və əyləncəli keçdi.
Yayı dənizsiz təsəvvür etmək olmaz. Mən də dənizi çox sevirəm. Ən çox da onun hüzur verən səsini və mas mavi rəngini. Bu yay da həmişəki kimi ailəmizlə birgə dənizə getdik. Qardaşımla mən dəniz kənarından balıqqulaqları toplayır, qumdan qalalar qurur və birgə əl-ələ verib dənizə girirdik. Dənizin sahilə vuran dalğalarını və üzərindəki mavi səmanı seyr etmək insana dincilik verirdi.Günəşin batmasını izləmək isə ayrıc a gözəl idi.
Mən dostlarımla birgə futbol oynamağı da çox sevirəm. Oyunda kimin qazanması elə də önəmli olmur. Əsas önəmli olan dostarla xoş və əyləncəli bir şəkildə vaxt keçirməkdir. Futbol mənə həm də birgə komanda şəklində mübarizə aparmağı və qazanmağı öyrədir.
Hər yay olduğu kimi bu yay da kəndimizə getdik. Bizim kəndin çoxlu görməli və gəzməli yerləri var. Sıx meşələri, buz kimi şəlalələri, gur çayları insanı özünə valeh edir. Kəndimizdə günlər həmişə özünəməxsus keçir. Kəndə dostlarım var ki, hər biri çox ürəyiaçıq və istiqanlıdırlar. Bu yay onlarla birgə çayda üzür gizlənpaç oynayır, velosiped sürür və maraqlı rəsmlər çəkirdik. Hətta bir dostumun çərpləngi vardı. O çərpələngi digər dostları ilə paylaşmaqdan çəkinmirdi. Dostlarım sıra ilə çərpləngi uçurdurdu. Sıra mənə gələndə böyük həyəcanla və sevincə çərpələngi uçurdurdum. Çərpələngin quş kimi göydə süzülməsi, sanki buludlara toxunması insanda gözəl hislər yaradırdı. Mən həm də Gülçöhrə nənəmin ləziz yeməklərini sevirəm. Ən çox da nehrə yağlı isti təndirini. Telman babamın maraqlı əhvalatları isə günə ayrıca bir rəng qatır. Kənddə ən sevdiyim məşğuliyyətlərdən biri də babamla balıq tutmaqdır. Mən balıq tutmağı çox sevirəm çünki o mənə hüzur verir. Babam deyir ki, balıq tutmaq bu həyatdə ona səbrli olmağı və gözləməyi öyrədib. Bu həm də uğur qazanmaq üçün gərəkdir.

Yay tətili haqqında inşa

Yayı həm də piknik mövsümü olduğu üçün sevirəm. Ailəcə hər kəsin təbiət qoynunda bir araya toplaşması, maraqlı söhbət etməsi, deyib-gülməsi sözlə izah oluna bilməz. Sevdiklərinlə birgə vaxt keçirdikdə yeyilən yemək daha dadlı, deyilən söz daha gözəl olur sanki.
Bu yay tətillini təkcə əyləncəyə deyil, həm də yeni biliklər öyrənməyə sərf etdim. Boş vaxtlarımda mütaliə etmək, internetdə maraqlı mövzular araşdırmaq mənim sevimli məşğuliyyətlərimdən biridir.Ən çox da uşaq romanlarını oxumağı sevirəm.
Bu yay tətilindən mənə çox gözəl və unudulmaz xatirələr qaldı. İnanıram ki, b elə xoş istirahətdən sonra təzə dərs ilinə daha uğurlu bir şəkildə başlayacaq və yeni uğurlar qazanacam.

Bənzər inşalar:

  • Axtarış sözləriyay tətili haqqında inşa,yay tetili insa,mən yay tətilini necə keçirdim haqqında inşa,yay tetili haqqında insa,men yay tetilini nece kecirdim,yay tətili haqqında esse,yay tetilini nece kecirtdim,mənim yay tətilim haqqında inşa,yay tetiline aid insa,yay tetili haqqda insa,yay tetili movzusunda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 34

İlk səs verən sən ol!

8 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir