Bu məqalə Tək əldən səs çıxmaz haqqında inşa yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
İnsanlar əl-ələ verdikdə, birlikdə çalışdıqda hər bir çətinliyin öhtəsindən gəlmək qüdrətinə sahib olurlar. Həqiqətən də birlik və bərabərlikdə böyük güc, böyük qüvvə vardır.
Atalarımız yaxşı deyib: “Birlikdən qüvvət doğar” və “Tək əldən səs çıxmaz”
Tarix bizə bunu bir neçə dəfə sübut etmişdir. Dünyaya səs salan ən böyük qələbə və zəfərlər birlik və bərabərlikdən doğmuşdur. Ən böyük çətinliklər inamla birgə çalışan insanlar tərəfindən aşılmışdır.
Şanlı Zəfərlə bitən 44 günlük Vətən müharibəsi də bir daha bizə birliyin gücünü göstərmişdir.
Dilindən, dinindən və millətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər kəs bir yumruq kimi birləşmiş və düşməni məğlub edərək böyük zəfərlə dünyaya səs salmışdır.
Hər zaman birlik tərəqqini, təkliksə tənəzülü özüylə bərabər gətirmişdir. Hansı ölkədə insanlar vətəni üçün əl-ələ verib birlikdə çalışır, yaşayıb yaradırsa o yerdə xoşbəxtlik də olur, bolluq və bərəkət də.
Sponsor Linklər
Biz bunun örnəklərini təbiətdə də görə bilərik. Sürü halında birlikdə yaşayan canlıları məğlub etmək çox çətindir. Tək yaşayan və mübarizə aparan canlılar isə yaşamaq mübarizəsində güclülərə məğlub olurlar. Çox olduqda kiçik görünən qarışqalar da böyük işlər görə bilirlər. Tək olduqda təbiətin ən güclülərindən olan şir belə zəif qala bilir.
Tək əldən səs çıxmaz haqqında inşa
Gördüyünüz kimi, tarix boyu birlik və bərabərliyin olduğu hər yerdə əmin-amanlıq və bolluq olmuş, həmin xalqlar rahat və firavan yaşamışdır. Birlik əvəzinə təkliyi seçənlərsə daha da zəifləmiş, başqalarına əsir olmuş və tarixdən silinərək yox olmuşdur.
O millətlər həmişə yaşayacaq ki, onlar sözdə və əməldə birlik nümayiş etdirir, həm xoş , həm də çətin günlərdə birgə olurlar.
Biz də Azərbaycan adını və mədəniyyətini daim yaşamaq və yaşatmaq, gələcək nəsillərə ötürmək üçün birgə çalışmağı, bir olmağı özümüzə borc bilməliyik. Əsl vətən borcu kimi!
Bənzər mövzular:
Birlik Haqqında Atalar Sözləri – Ən Gözəl Sözlər
Birlik və Bərabərlik Haqqında Aforizmlər & Sözlər
Mən xoşbəxtliyi nədə görürəm esse
Tikdim ki izim qala inşa, Tikdim ki izim qala haqqinda insa
Axtarış sözləri: tek elden ses cixmaz haqqinda insa,insa tek elden ses cixmaz,tek elden ses cixmaz haqqinda melumat,tek elden ses cixmaz movzusunda insa,tək əldən səs çıxmaz haqqında məlumat,tək əldən səs çıxmaz haqqında esse,tək əldən səs çıxmaz haqqında inşa
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!