Bu məqalə Müstəqillik günü haqqında inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Azərbaycan dünyanın müstəqil və suveren dövlətlərindən biridir. Müstəqilliyimiz bizim milli sərvətimizdir. O, xalqımızın və dövlətimizin əsasıdır. Azərbaycanın azadlığı və müstqəilliyi üçün minlərlə can mübarizə aparmış, azadlıq uğrunda canlarını fəda etmişdir. Bu səbəbdən müstəqillik bizlər üçün müqəddəs və əziz sayılır. O, bizə keçmiş ata-babalarımızın əmanətidir. Onu göz bəbəyimiz qorumalıyıq.
Müstəqillik Günü hər millətin ən özəl və xüsusi bayramlarından biridir. Dövlətlər məhz bu gündə öz azadlıqlarına qovuşur və hür bir şəkildə yaşamağa başlayırlar.
Azərbaycanın müstəqillik günü 1918-ci il 28 Mayda tarixinə təsadüf edir. Bu tarixdə M. Ə. Rəsulzadəin başçılığı ilə şərqdə ilk demokratik cümhuriyyətlərdən biri quruldu. Həmin dövrdə Azərbaycan ABŞ, Almaniya, Fransa və İsveçrədən əvvəl qadına seçmək və seçilmək hüququ vermiş ölkə kimi tarixə düşdü.
Müstəqil dövlətin əsas rəmzləri onun bayrağı, gerbi və himnidir. 1918-ci il noyabrın 9-da üç rəngli – mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan müasir bayrağımız yaradıldı. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” adlı himnimizin əsası qoyuldu..
Bunlar müstəqillk və azadlıq yolunda atılmış əhəmiyyətli addımlar sayılırdı.Lakin bu azadlıq cəmi 23 ay çəkdi və yurdumuz SSR-nin tərkibinə qatıldı.
Daha sonra Azərbaycan 70 ildən çox sürən Sovet imperiyasının əsarətinən qurtulmuş və 1991-ci il 18 oktyabr tarixində yenidən öz azadlığına qovuşmuşdur. 28 May Müstəqillik Günü, 18 oktyabr isə müstəqilliyin bərpası günü olaraq elan edilmişdir.
Sponsor Linklər
Bir dövlətin müstəqilliyinin əsas rəmzləri onun pul vahidi, 1990-cı illərdə Azərbaycan yenicə müstəqil olduğundan, ordu, iqtisadiyyat və təhsil sistemi yenidən qurulmalı idi. Ölkənin 2-ci prezidenti olan Əbulfəz Elçibəy 1 illik hakimiyyəti dövründə:
Azərbaycanın milli valyutası olan manatı dövriyyəyə buraxdı,
Rusiya qoşunlarını ölkəmizdən çıxardı
Ordu quruculuğu işinə başlanıldı və Dövlət Sərhəd Xidməti yaradıldı.
Latın qrafikalı milli əlifbaya keçid edildi
Ali və orta ixtisas məktəblərində qəbul test üsulu ilə keçirilməyə başlanıldı.
Bütün bunlar müstəqillk yolunda atılmış böyük addımlar idi. Daha sonra Elçibəydən daha təcrübəli və bacarıqlı Heydər Əliyev hakimiyyətə gəldi. Heydər baba öz müdrik siyasəti və doğru qərarları ilə müstəqilliyimizi daha möhkəmləndirdi, inkişafa gedən yeni cığırlar açdı. Onun müstəqilliyimiz üçün etdikləri kitablara sığmaz. Bunlardan ən əsasları:
Müstəqillik günü haqqında inşa
- Hakimiyyət uğrunda getdən daxili savaşları kəsdi, özbaşınalığı aradan qaldır. Hansı ki, bunlar Azərbaycanın müstəqilliyi və azadlığı üçün təhlükə idi.
- H.Əliyevin sayəsində 13 ən məşhur neft şirkətinin iştirakı ilə Əsrin müqaviləsi imzalandı və Azərbaycan dünyada neft-qaz ixratçısına çevrildi. Bu ölkəmizin hər tərəfli inkişaf etməsi və dünyada tanınması üçün başlanğıc oldu.
- Atəşkəs imzalanaraq müharibəni dayandırıldı. Bu da Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən güclənməsinə şərait yaratdı.
- Qonşu ölkələrlə olan münasibətlərimizi yaxşılaşdırdı və Azərbaycana xarici şirkətləri, firmaları dəvət etdi
- Müasir məktəblər, xəstəxanalar tikildi, təzə yollar, körpülər salındı.
- Ordunu daha da gücləndirdi, iqtisadiyyatı investisiyalar və neftdən gələn mənfəət hesabına dirçəltməyə nail oldu. Beləcə ölkəmizin dünyada təsir gücü bir xeyli artdı Azad və müstəqil dövlətdə yaşamaq gözəldir. Çünki sən, ana dilində danışır, yazır və təhsil alırsan. Öz bayrağın, öz dilin və öz ordun olur.
- Artıq 32 ildir ki, Azərbaycan müstəqildir və bu müddətdə bir çox dövlətlərin edə bilədiyini etmiş, böyük uğurlar qazanmışdır. Bu uğurlardan bir neçəsi:
- Kosmosa ilk dəfə Azerspace adlı öz peykimizi göndərdik
- Avroviziya , Formula 1 və Avropa oyunları kimi nüfuzlu tədbirləri, idman yarışlarını keçirdik
- Avropanın enerji təhlükəsizliyində böyük paya sahib neft-qaz öləsinə çevrildik
-Cənubi Qafqazın iqtisadi və hərbi baxımdan ən güclü dövləti olduq
Ali baş komandanın rəhbərliyi altında şanlı ordumuz Qarabağı tam azad etdi . Beləcə işğaldakı topralqarı azad oldu və sərhədlərimiz bərpa edildi. Heydər Əliyevin möhkəm təməl əsasında qurduğu dövlət siyasətini onun layiq davvamçısı olan İlham Əliyev uğurla davam etdirir. Rayonlarımız, Şəhərlərimiz günü gündən inkişaf edir, gözəlləşir.
Bu gün vətənimiz bütün dünyanın tanıdığı,hörmət etdiyi sayılıb seçilən müstəqil ölkələrindən biridir. Ölkəmiz əvvəlkindən daha müstəqil, güclü və qüdrətlidir. Müstəqilliyimizi qorumaq, ona sahib çıxmaq və gələcək nəsillərə azad vətən bəxş etmək hər Azərbaycanlının vəzifə borcudur.
Bənzər mövzular:
Axtarış sözləri: 18 oktyabr müstəqillik günü inşa, azərbaycan müstəqillik günü,müstəqillik günü haqqında məlumat, 18 oktyabr müstəqillik günü haqqında inşa,müstəqillik günü haqqında esse,18 oktyabr müstəqillik günü esse,müstəqillik günü haqqında məqalə,müstəqillik gününə aid məlumat,18 oktyabr müstəqillik gününə aid inşa