Bu məqalə Mənim dilim mənim varlığım haqqında esse yazmağınıza yardım edəcək. Esse sizlərə fikir vermək məqsədiylə yazılıb. Çalışın esseyə öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
İnsanı yaşadan, var edən həm də onun öz dilidir. Milli kimliyimiz və varlığımız olan dilimiz bizə keçmiş atalarımızdan mirasdır,əmanətdir. O, həm də milli-mənəvi sərvətimizdir.
ƏSAS HİSSƏ
Dil hər bir millətin, hər bir şəxsin milli varlığının əsasıdır. Milləti yaşadan, var edən onun öz dilidir. Dilim varsa mən də varam. O, Ana qədər əziz və doğmadır mənə. Ailədə ilk dəfə danışmağı, məktəbdə yazıb-oxumağı məhz bu dildə öyrəndik. Hər birimiz öz varlığımızı, öz kimliyimizi dilimizlə ifadə edirik. İnsanlarla dil vasitəsilə ünsiyyət qurur, münasibət yaradırıq. Bizi insan kimi var edən və heyvanlardan ayıran cəhətlərdən biri dildir.
Sponsor Linklər
İnsanın şəxsiyyəti və xarakteri onun dili ilə formalaşır. İlk tərbiyəni və təhsili ana dilimizdə alır, onunla böyüyüb yetkinləşirik.
Anaların laylası
Bizim ana dilimiz,
Anamız tək sevirik
Dil açanda onu biz.
Min illərdir yaranıb,
Hər kəlməsi bir çiçək
Zəngindir yurdum kimi,
Qədimdir tarixim tək.
Bu səbəbdən öz dilini qorumaq, ona sahib çıxmaq dövlət sərhədlərimizi qorumaq qədər önəmli və vacibdir. Sərhədləri qorumaq əsgərin borcudursa, milli varlığımız olan dilimizi qorumaq hər birimizin borcudur. Öz varlığımızı sevib qoruduğumuz kimi onu da sevməli və qorumalıyıq. Bunun üçün milli sözlərimizdən daha çox istifadə etməli, alınma sözlərin gərəksiz istifadəsindən qaçmalıyıq..Bəzi insanlar öz dilimizdə danışarkən gərəksiz yerə rusca, ingiliscə sözlər işlədir. Əlbəttə xarici dilləri bilmək gözəldir. Amma insan gərək öncə öz dilini sevib hörmət etməyi öyrənsin.
Ulu Öndər Heydər Əliyevin dil haqqında dediyi kəlam nəzər yetirək:
- Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz.
Ana dilinə sahib çıxmayanla millətlər milli varlıqlarını zamanla itirir və özgə dövlətlərin əsirinə çevrilirlər. Onların mədəniyyətləri, tarixləri zamanla silinib yox olur.
Dilimizin yaşaması, var olması üçün görkəmli ziyalılarımız illərlə mübarizə apardı, onu qoruyub dilimizə sahib çıxdılar. Bu ziyalılarımıza arasına Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani kimi böyük şəxsiyyətlər var idi. Onlar ruslaşdırma və ərəbləşdirmə siyasətlərinə qarşı çıxaraq, öz ana dillərini qoruyub gələcək nəsillərə əmanət etdilər. Və düşmənin milli varlığımız olan bu dili unutdurmaq, silmək cəhdləri puça çıxdı.
NƏTİCƏ
Azərbaycanlı kimi bizi biz edən həm də dilimiz, sözlərimizdir. Dilsiz heç bir millət yaşaya bilməz. Bir millətin dilini əlindən alsaz, o millət zamanla yox olar.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Mənim dilim mənim varlığım haqqında esse
Bənzər mövzular:
Axtarış sözləri: menim dilim haqqinda insa,mənim dilim mənim varlığım inşa,mənim dilim mənim varlığım mövzusunda inşa,mənim dilim mənim varligim haqqinda esse wikipedia ana dili haqqında inşa,mənim dilim haqqında inşa,mənim dilim mənim varligim movzusunda esse yazin ana dilimizi qoruyaq esse, mənim ana dilim haqqında inşa
Çox gözəl essedir. Həyatımda bu qədər gözəl esse görməmişəm. ( Yaltaqlıq mənasında başa düşməyin=) )
Çox sağolun sizin mən heç bir yersə bunu tapmırdım
Salam
Əlaa essedir möhtəşəm! Əllərinizə sağlıq
Doğurdanda çox gözəl essedir. 😊
.
Bu nədir 😡
Möhtəşəm
cox gozel essedir
ÇOX çirkin essedir
Həm çirkin deyirsiz həm gözəl
Eee danışığını bil. Əlaaaa essedir
Ə niyə elə diyirsən
Tm
Tmm
Mənə bax anonim əəəlllaaaaa essedir!❤️❤️❤️səndə az danış 😡😡😡
Gözəldir.Möhtəşəm
pis danısmayin
Çox gözəl