İnsan haqqında aforizmlər və mənalı sözlər

İnsan haqqında aforizmlər və mənalı sözlər insanlar haqqinda
0
(0)

Məşhur dahilərin insan haqqında söyləmiş olduğu bir-birindən mənalı söz və kəlamları sizlər üçün toplayıb ərsəyə gətirdik.


Sevdiyimiz insanların sevgisini hiss etmək, həyatımıza həyat verən günəş kimidir. – Pablo Neruda

Gözəl bir xarakter, gözəl bir üzdən daha uzunömürlüdür.- Hz. Əli

Böyük insan olmaq yolunda atacağınız ilk addım, dürüst olmaqdır. – Samuel Conson

Bir kəs ki ağrı hiss edir – canlıdır. O kəs ki başqasının ağrısını hiss edir, o – insandır.- Lev Tolstoy

Heç nə insan qədər yüksələ bilməz və heç nə insan qədər alçala bilməz. – Fransua de Laroşfuko

Başqalarını pisləməyi xoşlayanlarla dostluq etməyə dəyməz. – Demokrit

İnsan haqqında aforizmlər və mənalı sözlər

Dünya hər kəsi qırar və bəziləri o qırıq yerlərindən güclənər! – E. Heminqvey

Gedən dönməyəcəksə;qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər; qalanlarla yaşamağa davam edəcəksən. – Tolstoy.

İnsanların şəxsiyyətləri güc və vəzifə zamanı ortaya çıxar.- Avram Linkoln

Xəyal gücü olmayan insanların qanadları yoxdur. – Məhəmməd Əli

Yalan – mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır. – Maksim Qorki

İnsanların mənim barədə nə düşündüklərinə baş qoşmamaqla ömrümü 10 il uzatdım.– Çarlz Bukovski

Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır. -Nəsirəddin Tusi.

Danışarkən yalnız axmaqlar ağzından istifadə edir. Ağıllılar beynindən, müdriklər isə ürəyindən istifadə edir.- Cek Ma

Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. – Mark Tven

Hər insan məğlub olar, amma ancaq sevməyən imtina edər. Bil ki, eşq, məğlub olduğunda deyil, imtina etdiyində bitər əslində.- Paulo Coelho

Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir. – Mühəmməd peyğəmbər

Ağıllı adamlar söyləməyə sözləri olduğu üçün, axmaqlar isə danışmağa məcbur olduqları üçün danışırlar. – Plato

Adama görə davranacaqsan, kiçiklə kiçik olacaqsan hətta; amma səviyyəsizin səviyyəsinə enəcək qədər düşməyəcəksən həyatda. -Paulo Coelho.

Paxıllıq edən insanlara nifrət etmək lazım deyil, çünki onlar boyunlarına alırlar ki, sən daha yaxşısan! ~Monika Belluçi

Bizim cəmiyyətdə insanlar elə tərbiyə olunurlar ki, sanki pulu sevmək bütün bəlaların köküdür
-Robert T. Kiyosaki

Bir cahil üçün ən yaxşı şey susmaqdır. Nə var ki, bunu bilsəydi, onsuz da cahil olmazdı.- Səd

sponsor 3

Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir göürməsin. Elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. – Fransua de Laroşfuko.

Dərdi dünya olanın, dünya qədər dərdi vardır. -Yunus Əmrə

Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar.- Uilyam Şekspir.

Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir. – Əbu Turxan.

Xarakter ağac, şan –şöhrət isə o ağacın kölgəsi kimidir. Biz çox vaxt kölgəni düşünürük, ancaq gerçək olan ağacın özüdür. – Uilyam Linkoln

İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər.– Deyl Karnegi

Vay o adamın halına ki, o ancaq bədəni, şəkli, surəti sevmişdir! Ölüm bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də onu taparsınız.– Viktor Hüqo

Pulu, evi, əmlakı itirmək o qədər də acınacaqlı deyil, çünki bütün bunlar insanınkı deyil. Acınacaqlısı insanın öz həqiqi mülkünü – ləyaqətini itirməsidir. – Epiktet

İnsanlara toxunmaqdan çəkinən, hələm-hələm sevdiklərini qucaqlamayan insanlara təəssüflə baxıram. Çünki, çox şey itirirlər. -Joe Navarro

Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir. – Ustad Əli Şəriəti


İnsanlar sizə lağ etmək üçün hər vaxt bir çatışmayan nöqtənizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq. Bunun üçün doğru bildiyiniz şəkildə yaşayın və ürəyinizin sizi istiqamətləndirdiyi yerə gedin.- Çarli Çaplin

Bənzər Sözlər:


Axtarış sözləri: İnsan haqqında aforizmlər və mənalı sözlər,dahilerden dahi sozler azerice, dahi sözlər,dahi sözler, dahiərin hikmətli sözləri, Dahilerden sozler menali, dahilerden kelamlar, dahilərdən sitatlar, məşhurlardan sitatlar, məşhurların mənalı sözləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir