Səlahəddin Xəlilov (təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).
- Yaşamaq – sadəcə nəfəs almaq deyil, həyatın nəfəsini duymaqdır.
- Pul qazanmaq qabiliyyət tələb edirsə, onu düzgün xərcləmək ikiqat qabiliyyət və mədəniyyət tələb edir.
- Cəmiyyət o zaman çiçəklənər ki, onun zənginləri maarifpərvər olsun.
- Ağ lövhə təkcə Allah-a məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq.
- İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır.
- İnsanı yaşadan, irəli aparan arzulardır. Amma hər bir insanın qəlbinin dərinliyində bir tarixdə qalmaq arzusu da var.
- Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur.
- Həyatın ağrı-acısını görən və dərk edən insan fəlsəfəni həyatın öz kitabından da oxuya bilər.
- Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur. Ancaq eşq ölümdən qorxmur.
- Zülmət çoxaldıqca ömrü qısalar.
- Riyakarlıq zəiflərin silahıdır.
- Onda ki, yalan taxta çıxır, Saf almaz saxta çıxır.
- Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır.
- Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir.
- Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar.
- Tarix olanı, elm mümkün olanı, fəlsəfə olmalı olanı öyrənir.
- Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözür. Və nə vaxtsa daha buna da dözə bilmir.
- Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə qığılcımları onu hər dəfə yenidən alovlandırır.
- Günəş çıxanda Yer hansı hissi keçirirsə, sevgilisini görən aşiq də həmin hissi keçirir.
- Sevgi ancaq işıqlı adamların qismətidir. Qara qəlblər işıqdan qorxur.
- Dil də torpaq kimidir; münbit olmasa, fikir cücərməz.
- Axına düşənlər başqa yolların mümkünlüyünü heç ağlına da gətirmir. Müdrik adam isə fərqli yolları görür və özü seçim edir.
- Məhəbbətdir işıq saçan, onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin , sanma ki, bir həqiqətdir. - Ehtirasın hakimiyyəti zəiflədikcə, əqlin meydanı genişlənir.
- Tarixdə iz qoymaq da hər adama müyəssər olmur, tarixə imza atmaq isə ancaq dahilərə nəsib olur.
- Damlada itirdiyimiz bir dəniz qədər önəmli ola bilər.
- Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır..
- Zirvəyə gedən yol insan qəlbinin dərinliyindən keçir.
- Hamı ağılla anlamağa çalışır. Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır.
- Hikmət və nadanlıq insan zəkasının iki nəhayətsiz qütbüdür.
- Göz üçün işıqlı və qaranlıq sahələr olduğu kimi, zəka üçün də işıqlı və qaranlıq sahələr vardır.
- Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun.
- Ordu torpaqları, kitab könülləri fəth edir.
- Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir. Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur.
- İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.
- Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq.
- Bənzər sözlər:
- Dahilərdən Aforizmlər
- Alimlərdən Hikmətli Sözlər
- Mənalı düşündürücü sözlər
Axtarış sözləri: Əbu Turxan sözləri, Səlahəddin Xəlilov, Ebu Turxan sozleri. Selaheddin Xelilov

