“Bir Birimizə Demədiyimiz Sözlər” əsərindən mənalı sözlər | Marc Levi

mark levi kitabi bir birimize demediyimiz sozler 1
4.4
(5)

Çox zaman əhəmiyyətsiz bir şey, ya da bir qorxu həmişəlik çıxıb gedənlər haqqında xatirələri beyində yenidən dirildir.

Marc Levy, Bir Birimizə Demədiyimiz Sözlər

Necə olmuşdu ki, həyatın sənə bu qədər amansızca yanaşmasına baxmayaraq, sən o uşaqlıq saflığını qoruyub saxlaya bilmişdin?

Müəyyən yaşa qədər insan başqasına olan məhəbbətindən məst olur, əslində isə bu, insanın özünün özünə olan sevgisidir.

Həyata baxışın iki növü vardır: ya möcüzələrə inanmamaq,ya da həyatın özünün bir möcüzə olduğunu sanmaq. 

Yalnız axmaq adamlar heç bir zaman fikirlərini dəyişmirlər.

Sən ictimai fikri qəlbinə çox yaxın buraxırsan.

Uşaqlar və valideynlərin üz-üzə gəlmələri üçün bəzən illər tələb olunur

Lakin qızı atasını eşitmək üçün ondan çox uzaq məsafədə idi – onları ötüb-keçən iyirmi il ayırırdı.

Sizin istənilən halda ilk uşaqlıq illərinizi unudacağınızı, böyüdükdə bizim haradasa bir səhv buraxdığımıza görə qəzəblənəcəyinizi, sizin sevinclə əldə etdiyiniz azadlığa çataraq bir gün bizi tərk edəcəyinizi bilə bilə, yalnız sizdən ötrü yaşamağı öyrənmək üçün nə qədər güclü sevmək gərək olduğunu anlayırsanmı?!

Axı azadlıq mövcud olmanın ən başlıca təminatıdır və insanların əksəriyyəti azadlıq həsrətindədir,lakin ondan istifadə etməyi bacarmırlar.

Bir ömür yaşasaq belə, bizə çatışmayan bir neçə günü, əbədiyyətdən qopara biləcəyimiz bir neçə saatı əldə etmək üçün; sadəcə, bizim səninlə əvvəllər bir-birimizə deyə bilmədiyimiz sözləri demək üçün.

O – qüsursuz biridir! sadəcə olaraq, sənin yanında səni öz “müsbət” keyfiyyətlərilə cəlb edən Adamı yox, bir çox mənfi xüsusiyyətləri olmasına rəğmən, həqiqətən də, ağlını başından çıxara biləcək birini görmək istərdim.

Mən, sadəcə olaraq, sənin yanında səni öz “müsbət” keyfiyyətlərilə cəlb edən Adamı yox, bir çox mənfi xüsusiyyətləri olmasına rəğmən, həqiqətəndə, ağlını başından çıxara biləcək birini görmək istərdim.

Qəzetlər bu xəbərin xırdalıqlarına varmırdı – dörd qurban, vəssalam. Bu xəbər dünyaya kifayət edirdi, qalanı isə – həlak olanların adları, onların həyatı, həmişəlik qoyub getdikləri yaxınları, doğmaları və s. xəbərlər əhəmiyyət kəsb etmirdi.

Axı qəlbin ən dərinliyində olan sirləri tanımadığın insana açmaq tanıdığın insana açmaqdan çox fərqlənir. Bu, sadəcə, bir dəqiqəlik zəiflikdir, onu tamamilə yad bir adama bölüşdüyün üçün, yaddaşdan asanlıqla silmək mümkündür.

Həyatını asanlıqla məyusluq və peşmanlığa dönə biləcək xatirələr üzərində qurma! Xoşbəxtlik, azacıq da olsa, nə isə müəyyən bir şeyə əsaslanmalıdır.

Eh, sən heç təsəvvür belə edə bilməzsən ki, minlərlə insan həyatının son anlarında nələri düşünür: “Kaş biləydim, kaş anlayaydım, kaş onlara bu sözləri deyə biləydim, onlar bilsəydilər…”

Həyat onu münaqişələrə..küsmələrə.. söz-söhbətlərə..mənasız işlərə sərf etməyəcək qədər qısadır..

Həyat bütün çətinlikləri.. xəstəlikləri.. ölümü..müsibəti ilə birgə həyat hesab olunur.. o yalnız sağlamlıq yaşamaq deyildir..o gecə və gündüz..başlanğıc və sonun cəmidir.

Axtarış sözləri: menali kitab sozleri, kitablardan sitatlar, mənalı kitab sözləri mənalı sitatlar kitablardan mənalı sözlər | Marc Levi

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.4 / 5. Səs sayı: 5

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir