Meta şirkəti, Twitter-ə rəqib olacaq Threads sosial media platformasını istifadəyə verdi

mark zukerberq elon musk meta sirketi threads tetbiqi yeni sosial sebeke 3
0
(0)

Instagram və Facebook-un sahibi olan  Meta şirkəti, iyulun 6-da yeni sosial media platforması  olan Threads-i istifadəyə verəcək.

BBC-nin xəbərinə görə, təxmin edilir ki,   proqram pulsuz olmaqla bərabər, baxılacaq məzmun sayında da heç bir məhdudiyyət olmayacaq.

  Tətbiqin interfeysinin visual baxımdan Twitter ilə oxşarlığı diqqəti çəksə də, Meta Threads-in “mətn əsaslı söhbət proqramı” olacağını açıqladı.

Threads tətbiqini App Store və Google Play Store-dan endirmək mümkündür. Tətbiqdən istifdadə zamanı məkan məlumatları, satın alınan məhsullar və internet tarixçəsi kimi bir çox məlumatların toplanacağı bildirlir..

Digər tərəfdən, Threads Twitter-ə rəqib kimi çıxan ilk proqram deyil.
ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus “Truth Social”dan əlavə, “Mastadon” və “Bluesky” proqramları da Twitter-ə rəqib olub.

Digər şirkətlərin ideyalarını sosial media platformalarında uğurla tətbiq etməsi ilə tanınan Meta şirkətinin maliyyə imkanları ilə Twitter-ə əsl rəqib olacağı gözlənilir.

İnstaqram ilə inteqrasiya olunmuş şəkildə işləyəcək Threads ilə yüz milyonlarla hesaba çatmağı hədəfləyən Zukerberq, Elon Maskın Twitter-i satın aldıqdan sonra verdiyi müxtəlif qərarlar səbəbiylə platformadan istifadəni dayandıran istifadəçiləri öz yeni layihəsinə cəlb etməyi hədəfləyir.

mark zukerberq elon musk meta sirketi threads tetbiqi yeni sosial sebeke 1
Meta şirkəti, Twitter-ə rəqib olacaq Threads sosial media platformasını istifadəyə verdi

Twitter qadağaları Threads tətbiqinin yaranması üçün fürsət yaratdı

Mask iyulun 2-də istifadəçilərin Twitter-da atılan tvitlər ilə edilən manipulyasiyanı müəyyən etmək üçün müvəqqəti olaraq paylaşımlara olan  baxış sayında müəyyən limitlər qoydu.

Belə ki, doğrulanmış hesabların gündə 8000, təsdiqlənməmiş hesabların isə 800 baxış sayını keçməməlidir. Təsdiqlənməmiş yeni hesablarda isə bu limit gündə 400 baxışdır.

Mark Zukerberq və Elon Mask arasındakı mübarizə

mark zukerberq elon musk meta sirketi threads tetbiqi yeni sosial sebeke 2

Zukerberq Maskın “qəfəs döyüşü” təklifini qəbul etdi.

Maraqlıdır ki, Threads-in açılışı Musk Zukerberqə “qəfəs döyüşü” təklif etdikdən sonra gəldi.Mark Zukerberq və Elon Mask arasında zatən öncədən fikir süni zəka mövzusunda ayrılıqları var idi.
Zukerberqi  ” Threads ” adlı “Twittera  alternativi, yeni sosial şəbəkə quracağını elan etdikdən  sonra Musk Zukerberqə meydan oxudu və Zukerberq iyunun 22-dəki paylaşımında döyüş  təklifini qəbul etdiyini açıqladı.

Bu sadəcə rinqdə baş tutacaq adi bir döyüş deyil. Bu həm də ikili arasındakı mənfəət və güc savaşıdır.
Virtual aləmdəki hər bir istifadəçi və onun datası şirkətlər üçün böyük önəm kəsb edir. Daha çox data daha çox güc deməkdir.
Şirkətlərarası bu mübarizədə kimin üstün gələcəyini və güc yarışında qalib olacağını isə zaman göstərəcək.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir