Youtube istifadecileri ucun pul qazaanmaq sertlerini asanlasdirdi yeni qaydalar
0
(0)

YouTube məzmun yaradıcısı olmaq istəyənlərin səbirsizliklə gözlədiyi yeniliyi həyata keçirdi. Şirkət videolardan pul qazanmaq üçün yerinə yetirilməli olan şərtləri  daha da asanlaşdırdı.

YouTube-da pul qazanmağın əvvəlki şərtləri:

  • Minimum 1000 abunəçi
  • İl ərzində 4000 saat baxış və ya son 90 gündə  shorts-da 10 milyon baxış.

YENİ ŞƏRTLƏR

Techcrunch-a görə, YouTube partnyor proqramına uyğun olmaq üçün yaradıcıların yerinə yetirməli olduğu yeni şərtlər aşağıdakılardır:

  • Minimum  500 abunəyə sahib olmaq
  • Son 90 gündə hər kəsə açıq 3 yükləmə
  • İl ərzində 3000 saat və ya son 90 gündə 3 milyon Shorts baxışı
"Youtube" istifadəçiləri üçün pul qazanmaq şərtlərini asanlaşdırdı | Yeni qaydalar

“Youtube” istifadəçiləri üçün pul qazanmaq şərtlərini asanlaşdırdı | Yeni qaydalar

Yaradıcılar yeni tələblərə cavab verərsə, onlar YouTube Partnyor proqramı üçün müraciət edə və Super Təşəkkür, Super Çat və Super Teqlər, kanal üzvlükləri kimi abunə alətləri və YouTube ilə məhsullarını tanıtmaq imkanı əldə edəcəklər.  

YouTube hazırda bu yeni şərtləri  ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada həyata keçirir. Növbəti dövrdə bu şərtlərin digər ölkələrdə üçün də keçərli olacağı gözlənilir.

Bu yeni şərtlərin Azərbaycanda tətbiq olunacağı təqdirdə, kiçik kanal sahibləri üçün də bir motivasiya olacaq. Bu da Youtube Azərbaycanda daha keyfiyyətli kontentlərin yaradılmasına və inkişafa təkan verə bilər.

Qeyd edək ki, Youtube-dan pul qazana bilmək üçün Google Adsense hesabınız olmalıdır. Qazanclar ölkəyə, kanalın mövzusuna və reklamın kateqoriyasına görə dəyişiklik göstərir.


Bənzər mövzular:

Axtarış sözləri: youtube da pul qazanmaq,youtubeden pul qazanmaq,youtube nece pul qazanmaq olar

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir